Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənin ölməz oğulları

27 may 2022 | 17:30

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, qazilər, şəhid ailələri və Masallı rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk öncə tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən danışdı. O, may ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə etmiş oldu.

Müharibə veteranı Nahid Rəhimov, “Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi Fidan Abbaslı, Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edildiyindən ətraflı danışdılar. Natiqlər qeyd etdilər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar, onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir. Eyni zamanda onlar qazilərə və şəhid ailələrinə maddi və mənəvi dəstək göstərməyin bizlərin hər birimizin vətəndaşlıq borcu adlandırdılar.

Şəhid anası Günay Seyfullayeva, şəhid qardaşı İslam Alışov onlar üçün övlad, qardaş itkisinin nə qədər ağır olsa belə, qəmi içlərində boğaraq , qəhrəmanlarımızla qürur duyduqlarını qeyd etdilər. Həmçinin qazilərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə və bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıq bildirdilər.

Yekunda tədbirdə iştirak edən, may ayında doğulan şəhid ailələrinə muzeyin “Təşəkkürnamə” ləri təqdim olunub.

Keçidlər