Vətənin qələbə rəmzi şəhidlər
Mayın 24-də Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidləri Araz Seyfullayev və Əli Nəcəfovun xatirəsinə həsr olunmuş “Vətənin qələbə rəmzi şəhidlər” adlı tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova qəhrəman şəhidlərimizin şərəfli ömür və döyüş yolu haqqında ətraflı məlumat verib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.
Tədbirdə Sakit Tağıyev adına Masallı şəhər 4 saylı orta məktəbin V sinif şagirdləri iştirak ediblər. Kitabxana əməkdaşları məktəbliləri kitabxana fondu və ondan istifadə qaydaları ilə tanış ediblər.