Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik klubu” çərçivəsində Il Qarabağ müharibəsi veteranı Şahin Məmmədovu ziyarət

12 sentyabr 2023 | 17:02

12 sentyabr 2023-cü il tarixində “Vətənpərvərlik klubu” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi veteranı Məmmədov Şahin Vidadi oğlunu ziyarət ediblər. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Şahin Vidadi oğlu 08 noyabr 1998-ci il tarixində Masallı rayon Böyük Kolatan kəndində anadan olmuş, 2005-2016-ci illərdə tam orta təhsil almış, 2017-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından yaralanmış, evlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Şahin Vidadi oğlu “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və
“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Keçidlər