Şriftin ölçüsü :

Saytın rəngi :

Viləş kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi barədə tədbir

01 may 2025 | 17:34

01.05.2025-ci il tarixində Seyran Hacıyev adına Masallı rayonu Viləş kənd tam orta ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev çıxış ediblər. Şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparılıb.

Sonda tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb.

Keçidlər