Viləşçay SAİİ işçiləri peşə bayramlarını qeyd etdilər
5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə əlaqədar Viləşçay Su Anbarı İstismar İdarəsinin kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərində yerləşən abidəsini və “Qəhrəmanlar parkı”nı ziyarət ediblər.
Sonra tədbir Viləşçay SAİİ-nin inzibati binasında davam edib. İdarənin rəisi Rusif Kərimov tərəfindən işində fərqlənən əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Eyni zamanda işində fərqləndiyinə görə idarənin mühəndis-hidrotexniki Səbuhi Ağamalıyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən fəxri fərmanla mükafatlanıb. İdarənin mühasibi Bəsirə Əliyeva isə Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri. Həmkarlar İttifaqı Federasiyasının diplomu ilə təltif edilib.
Tədbir çay süfrəsi arxasında davam edib.
asiya.az