Şriftin ölçüsü :

Saytın rəngi :

Viləş kəndində şəhid Balaqardaş Vəliyevin anım mərasimi

15 dekabr 2022 | 15:03

Masallı rayonunun Viləş kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Balaqardaş Fərhad oğlu Vəliyevin anım mərasimi keçirilib.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin, şəhid ailələri, kənd​ sakinləri və media nümayəndələri iştirak ediblər.

Vətən müharibəsinin şəhid əsgəri Balaqardaş Vəliyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər. 

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Masallı rayonunun Viləş kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri, “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medallı Balaqardaş Vəliyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.

Keçidlər