“Xalqın və dövlətin qurtuluş günü” mövzusunda fəal qadınlarla görüş
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon Tarix Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Xalqın və dövlətin qurtuluş günü” mövzusunda fəal qadınlarla görüş keçirilmişdir
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə həllini gözləyən ciddi problemlər var idi. Bəzi siyasi qüvvələrin hakimiyyət uğrunda amansız çəkişmələri ölkədə dağılmaq həddinə çatan sosial-siyasi katalizmlər yaratmışdı və bunun qarşısını almaq üçün qəti addımlar atmaq tələb olunurdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı cəmiyyətin ictimai-siyasi həyatında böyük dönüş yaratdı.Azərbaycan müstəqilliyini qoruyub saxlamağa və möhkəmləndirməyə müvəffəq oldu, bütün bunlar ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələri kimi tarixə düşmüşdür. Dahi şəxsiyyət Azərbaycanda bütün sahələrdə milli həmrəyliyə nail oldu, milli dövlətçilik təfəkkürünün formalaşdırılmasını təmin etdi və ölkədə davamlı tərəqqinin əsasını qoydu.Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə etdi. O, çıxışında bu gün ölkəmizdə qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktının dayandığını qeyd etdi.
Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova, Bədəlan kənd tam orta məktəbin direktor müavini Məhbubə Şahbazova, Boradigah qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Nuridə Qasımova Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gün olduğunu qeyd edərək, 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, bu tarixin həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən bir tarix gün olduğunu qeyd etdilər.
Sonda xatirə şəkili çəkilmişdir.