Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 32 ildönümü ərəfəsində Xocalı ailəsi ilə görüş

24 fevral 2024 | 14:52

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da hüznlə qeyd olunur.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Araz Əhmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlara işin təşkilatçısı Abbas Abbaszadə və Ərkivan qəsəbə İƏD üzrə nümayəndəsi Əhməd Əhmədov rayonun Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı sakini Quliyev Yusif Məhəmməd oğlunun ailəsi ilə görüşmüşdür. Görüş zamanı rayon rəhbəri bildirmişdir ki, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımdır. Bu qətliam dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı. 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin qələbə qazanması ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində əldə olunmuş tarixi Qələbəmizin, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Xocalı sakini Kamilə Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Keçidlər