“Xocalı soyqırımı-Unutmayaq!” mövzusunda dəyirmi masa
Fevralın 22-də Masallı Tarix- Diyarşünaslıq Muzeyin təşkilatçılığı Masallı Dövlət Rəsm Qalereyası, Masallı Dövlət Regional Kolleci, Masallı Rayon Gənclər və idman İdarəsinin dəstəyi ilə Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-Unutmayaq!” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları və tələbələr iştirak etdi.
Əvvəlcə Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdiyini söylədi.
Muzeyin əməkdaşı Sevinc Əliyeva Xocalı soyqırımı ilə bağlı geniş məruzə etdi.
Sonra Masallı Rayon Gənclər və idman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Qurbanov, Masallı Dövlət Regional Kollecin müəllimi Aysun Məcidli, Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır dedilər. Natiqlər hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə xalqımıza qarşı həyata keçirilmiş soyqırım olduğunu və hər bir soydaşımızın yaşından, peşəsindən aslı olmayaraq qəsbkara cəzasını vermək üçün bir yumruq altında birləşməyimizin vacibliyini xüsusi qeyd etdilər.
Yekunda tədbir iştirakçıları muzey və qalereyada Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olaraq muzeyə ekskursiya etdilər.