Şriftin ölçüsü :

Saytın rəngi :

Yardım aksiyasına Masallıda qoşuldu

08 fevral 2023 | 20:20

06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.

Belə ki, Ölkə Başçısı Cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Turkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar yardım üçün yola düşmüşdür. Azəzrbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam etdirildi. Sonra Bakı şəhərində Azərbaycan xalqı növbəti birliyini nümayiş etdirərək yardım kompaniyasına qoşuldular.

Ölkənin paytaxtı ilə yanaşı digər rayon və şəhərlər kimi Masallı rayonu da iki dövlət bir millət prinsipi ilə türkiyəli soydaşlarımız üçün edilən yardım kompaniyasına qoşulmuşdur. Masallı rayonu üzrə könüllü olaraq sahibkarlar, ziyalılar, ağsaqqallar, gənclər və rayonun bütün zümrələrindən olan sakinlər Türkiyə Respubliasında baş vermiş zəlzələdən əziyyət çəkən qardaş-bacılarına Masallı şəhərində və Ərkivan qəsəbəsində rayonun bütün ərazilərindən gətirilən yardımları cəmləşdirərək toplamağa başlamışlar. Artıq 5 yük maşını müxtəlif ərzaq, isti geyim, kanservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar Masallı şəhərindən Bakı şəhərinə Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır.

 

Qeyd etmək istərdik ki, 09 fevral 2023-cü il tarixdə daha 2 iri tutumlu yük maşının Bakı şəhərinə və oradan Türkiyə Respublikasına yola salınması nəzərədə tutulmuşdur.

Keçidlər