Yaşayış evlərinin sığorta olunması
20 oktyabr 2022 | 17:28
Masallı Rayon Icra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və “Paşa Sığorta” şirkətinin nümayəndələri tərəfindən ərazidə vətəndaşlar arasında yaşayış evlərinin sığorta olunması ilə bağlı səyyar görüş keçirilmişdir.
Görüşdə vətəndaşlara sığortanın şərtləri və vacib tərəfləri izah olunmuşdur. Eyni zamanda vətəndaşlara yaşayış evlərinin sığorta olunması barədə daha ətraflı məlumat almaq üçün Masallı Rayon Icra Hakimiyyəti başçısının yerlərdəki inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə müraciət etmələri tövsiyyə olunmuşdur.