Şriftin ölçüsü :

Saytın rəngi :

YAŞILLIQLAR BECƏRİLİR

21 iyun 2022 | 19:24

Masallı şəhərinin bütün istiqamətlərində yaşıllıqlar salınır, əkilənlər becərilir, suvarılır. Şəhər yaşıllaşdırma idarəsindən aldığımız məlumatda bildirilir ki, kollektiv hazırda şəhərin Heydər Əliyev və Qəhrəmanlar parklarında yeni güllər əkir və buradakı mövcud yaşıllıqlara qayğı göstərir.

Heydər Əliyev prospektində, Asan xidmət binasının qarşısında, Musakücə kəndi dairəsində də bu tədbirlər həyata keçirilir. Şəhərin həmin nayihəsindəki qazonlar alaqdan təmizlənir, burada təzə gül-çiçəklər, dekorativ kollar suvarılır.

Keçidlər