Yeniyetmələrin inkişafında milli dəyər, ənənə və etik qaydaların rolu
Martın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” ı çərçivəsində “Yeniyetmələrin inkişafında milli dəyər, ənənə və etik qaydaların rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin əməkdaşı Dilgüşə Məmmədova və qalereyanın direktor işini icra edən Təhmasib Məcidov mövzu ilə bağlı geniş danışaraq ,şagirdlərə tövsiyələrini vermiş oldular.
Sonra Xırmandalı məktəbinin direktor əvəzi Mais İsmayılov yeniyetmə və gənclərin gələcək həyatlarında dönüş yarada biləcək təbliğat əsaslı tədbirlərin say çoxluğuna böyük ehtiyac və zərurətin olduğunu bildirdi.
Tədbirin sonunda yeniyetmələr muzey və qalereyada regionun tarixi, adət ənənələri, qəhrəmanları, tanınmış şəxsiyyətləri, rəngarəng rəsm tabloları ilə də tanış olaraq maraqlı ekskursiya etmiş oldular.