Şriftin ölçüsü :

Saytın rəngi :

Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması mövzusunda tədbir

11 dekabr 2023 | 17:25

Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat mövzusunda tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin inzibati binasında “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16.03.2020-ci il tarixli 1941 nömrəli Sərəncamının 8.7.3-cü tapşırığının  icrası ilə bağlı 11.12.2023-cü il tarixdə Rayon İcra hakimiyyəti, rayon Polis şöbəsi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Viləşçay Su Anbarı İstismarı İdarəsi, Masallı şəhər bələdiyyəsi, Qəriblər bələdiyyəsi, eyni zamanda hazırda “Viləşçay” qum çınqıl yatağından qanunamüvafiq qaydada istifadə edən (4.0 hektar) 47 saylı Yol İstismarı MMC və (5.0 hektar) Masallı rayonunda fəaliyyət göstərən “Sirr-M” MMC-nin əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir.          

Görüşdə Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qeyd etmişdir ki, yerin təkindən faydalı qazıntıların çıxarılması məqsədi ilə əlaqədar Masallı rayonu ərazisində yerləşən və ehtiyatı müvafiq qaydada təsdiq edilmiş torpaq sahələri mövcuddur. Hazırda “Viləşçay” qum çınqıl yatağından qanunamüvafiq qaydada (4.0 hektar) 47 saylı Yol İstismarı MMC və (5.0 hektar) Masallı rayonunda fəaliyyət göstərən “Sirr-M” MMC istifadə edirlər.  Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının təşkili məqsədilə onlara mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsi  və görülən işlərin səmərəliliyinin artırılması üçün  qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılmış və sözügedən məsələnin Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən nəzarətdə saxlanıldığı bildirilmişdir.

Keçidlər