Şriftin ölçüsü :

Saytın rəngi :

Yeyənkənd kəndində şəhid ailəsinə tikilən evdə işlər sürətlə davam edir

15 oktyabr 2024 | 12:31

Yeyənkənd kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evində işlər sürətlə davam etdirilir.

Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə Yeyənkənd kəndində I Qarabağ müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun anası Xəmmədova Gülüsüm Göyüş qızı üçün 20 avqust 2024-cü il tarixdə fərdi yaşayış evinin təməli qoyulmuş və mərasimdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatının məsul şəxsləri iştirak etmişlər.
Artıq fərdi yaşayış evində tikinti işləri yekunlaşmış, evin fasadı suvanmış, dam örtüyü vurulmuş və pəncərələri yerləşdirilmişdir. Evdə təmir işləri sürətlə davam etdirilir.
Şəhid anası Gülüsüm Xəmmədova evin tikintisi, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olan hər kəsə dərin minnətdarlığını bildirir.

Keçidlər