Şriftin ölçüsü :

Saytın rəngi :

Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi

08 dekabr 2022 | 17:44

08 dekabr 2022-ci il tarixdə​​ Masallı rayonunun Yolağac kəndində​ 44 günlük Vətən müharibəsinin şəhid giziri Raqib Vidadi oğlu Əzizovun anım mərasimi keçirilib.

Anım mərasimində​ Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ cənab Araz Əhmədov​ və aparatı,​ hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin, şəhid ailələri, kənd​ sakinləri və media nümayəndələri iştirak ediblər.

Vətən müharibəsinin şəhid giziri Raqib Vidadi oğlu Əzizovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin​ şəhidi, «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə» və «Zəngilanın azad olunmasına görə» medallı Raqib Vidadi oğlu Əzizovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.

Keçidlər