Yollar təmir olunur
18 iyul 2022 | 19:16
47 nömrəli Yol İstismarı MMC-nin kollektivi Ələt-Astara yolunun Masallı rayonundan keçən hissəsində cari təmir işlərini davam etdirir. Yol ustaları havaların isti keçməsinə baxmayaraq verilən tapşırıqları vaxtında həyata keçirməyə çalışırlar. Hazırda işlər M-3 Ələt –Astara yolunun 154-159-cu kilometrliyində, rayonun Təzə Alvadı kəndindən keçən hissəsində davam edir.