Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərə gedən yol” adlı tədbir

03 aprel 2024 | 14:22

Masallı Rayon İcra Hakimiyyəti Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunan “Zəfərə gedən yol” adlı tədbir keçirildi.  Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, media nümayəndələri və gənclər iştirak etdi.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz  xatirəsi dərin hüznlə yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel 2016-cı il dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərin təcavüzkar Ermənistan ordusuna  cavab olaraq ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etməklərindən danışdı.

Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibə iştirakçıları ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Nurlan Muradov , Kollecin direktor müavini Dilarə Hüseynova, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ordusunun  Qarabağ ərazisində ardıcıl şəkildə qazandığı  uğurlar, bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi  əks-həmlə əməliyyatı - Aprel döyüşləri  Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi  xatırlanacağını xüsusi qeyd etmiş oldular.

Daha sonra şəhid atası Qismət Məlikov övladından  və   Vətən müharibəsi iştirakçıları,  hərbiçi Nazim Cəfərov , Bəhruz Mehbaliyev  Aprel döyüşləri zamanı  ordumuzun imkanlarının  cüzi bir faizini nümayiş etdirdikləri, səbr edərək bizə aid olanı geri qaytarmaq üçün  nə etmək lazımidirsə ,  44 günlük müharibədə onu da mərdliklə  etdiklərindən danışdılar.

Tədbirin yekununda iştirakçılar Masallı Regional Kollecin tələbələrinin  ifasında kompozisiyaya  baxdıqdan sonra muzeydə Aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhidlərə həsr olunan sərgi ilə də tanış oldular.

Keçidlər