”Zərərli vərdişlər sağlamlığa qəsddir” adlı tədbir
Fevralın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” nın icrası ilə əlaqədar Uşaqların zərərli informasiyalardan qorunması məqsədilə ”Zərərli vərdişlər sağlamlığa qəsddir” adlı tədbir keçirildi. Tədbirdə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva zərərli vərdişlər və onların məhvedici sonluğu, bu vərdişlərin cəmiyyətin qlobal xəstəliyinə çevrilməyindən geniş danışdı.
Sonra Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Böyük-Xocavar kənd məktəbinin müəllimi Xədicə Balakişiyeva və Həlimə Məlikova çıxışlarında zərərli vasitələrdən istifadə adətinin yeniyetməlik dövründən başladığını, bu vasitələrdən istifadənin səbəbləri, yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birliyinin vacibliyinindən söhbət edərək uşaqlara tövsiyələr verdilər.
Tədbirin sonunda şagirdlər muzey və qalereyaya geniş ekskursiya etmiş oldular.