Şriftin ölçüsü :

Saytın rəngi :

Çaxırlı

Çaxırlı

Kəndin adı:
Çaxırlı

Əhalisi:
2014 nəfər 

Ərazisi:
1200ha
 
Coğrafi mövqeyi: Masallı rayonunun şimal-qərbində yerləşir.

Kəndlilərin əsas məşğuliyyəti: 
Keçmişdə burada yoxsul əhalinin çəltikçilik və heyvandarlıqla məşğul olması tarixi qaynaqlarda xəbər verilir. Çaxırlıda becərilən çəltik bütün Lənkəran qəzasında məşhur olub, sərgi salonlarında nümayiş etdirilib. Tarixi mənbələrdə göstərilir ki, 1889-cu ildə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən mülkədar Ter-Stepanov Akulə çəltiyi ilə iştirakına görə gümüş medal və diplom ilə təltif olunmuşdu. Sonradan kənd əhalisi tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğul olmuş, eyni zamanda bu sahədə nəaliyyətlər qazanmışlar. 1970-1980-ci illərdə üzümçülük və heyvandarlıqla məşğul olublar. Hal-hazırda taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldurlar.

Həmsərhəd olduğu kəndlər:
Çaxırlı kəndi Təklə, Kəlbəhüseyinli, Sarıcəfərli, Şərəfə, Bala Təklə və Həsənli kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
Çaxırlı rayonumuzun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Rayonumuzdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda(indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür. Alimin fikrincə toponimin düzgün yazılışı Çakirli olmalıdır. A. A. Bakıxanov Gülüstanı-İrəm əsərində bu tayfanın adını Çakərlu kimi qeyd etmişdir. Çakirli tayfaları həmçinin Cəyirlilər kimi tanınmışdır. Çaxırlı toponimi XVI əsrdən sonrakı yüziliklərdə yaranmışdır. Bu tayfanın rayonumuzda məskunlaşmasından əvvəl bu yerlərdə qədim insan məskənləri olmuşdur. Çaxırlıda aşkar edilən tunc dövrünə aid kurqan bu fikri bir daha təsdiq edir. Qazıntılar zamanı tapılan küp qəbirləri buna bir daha əsas gətirir. Hal-hazırda məskunlaşan əhalinin bura gəlməsindən qabaqlar burada yaşayış məskəni olub. Həmən kənd hal-hazırda ”ocaq başı” kimi tanınan yerdə olub. Zəlzələ və kiçik vulkan püskürməsi nəticəsində həmən yaşayış məskəni dağılıb. Keçmiş rus xəritələrində bu yer Çaxırlıdakı zəlzələnin mərkəzi kimi göstərilir. (belə qeyd olunur - “Epidtsentr Çakarlinskaya zemletresenie”)

Tarixi abidələri:
Çaxırlıda Seyid Nəbiyəddin ocağıda var. Yerli əhali onun Səfəvilər nəslindən olmasını söyləyir və seyid olduğuna görə qəbrini ziyarət edirlər. Tədqiqatçı jurnalist mərhum Novruz Novruzovun qeyd etdiyinə görə seyid Nəbiyəddin indiki İran İslam Respublikasının Ərdəbil şəhərinin yaxınlığındakı Şarafabad mahalından köçüb rayonumuzun Şərəfə kəndində məskunlaşmışdır. Şərəfə kəndinin adı da onunla bağlıdır. O, dövrdə orada qəbirəstanlıq olmadığından, onu Çaxırlı kəndində dəfn ediblər. Çünki Çaxırlı kəndi qədim yaşayış məskəni idi. Çaxırlıda Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə “abidə kompleksi” tikilmişdir.

Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk dərs demək üçün sinif kəndin varlı adamı (1930-cu ildə) Mirzə Əhədin evi müsadirə edilərək orada yerləşib, sonralar isə Şahhüseyn damı deyilən yerə köçürülüb. İlk orta məktəb 1958-ci ildə istifadəyə verilib.
Məktəbin ilk direktoru Nəbiyev Məmməd Fəyyaz oğlu olmuşdur.

Kəndin ilk ali təhsillisi:

Əbülfəz Mirzə Əhəd oğlu Əhmədov 
1909-cu ildə Çaxırlı kəndində anadan olmuş. İlk təhsili ərəb, farsca və rus dillərini mükəmməl bilən, kənd adamlarının Mirzə Əhəd adlandırdığı atasından almışdır. 1924-28-ci illərdə Lənkəran şəhərindəki iki dərəcəli məktəbdə oxumuş, 1228-29-cu dərs ilində Lerik rayonunun Əliabadı kəndində məktəb müdiri işləmişdir. 1929-31-ci illərdə Astara şəhərindəki beynəlmiləl məktəbdə müdir, 1931-32-ci illərdə Masallı Maarif şöbəsində inspektor işləmişdir. 1932-36-ci illərdə Bakı Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1936-37-ci dərs ilində Masallı Maarif şöbəsində inspektor işləmişdir. 1937-ci ildən 21 mart 1942-ci ilə kimi Digah orta məktəbin direktoru işləmişdir.21 mart 1942-ci ildə hərbi xidmətə keçmiş,Gürcüstandakı hərbi komandirlər məktəbini bitirdikdən sonra cəbhəyə göndərilmişdir.23 iyun 1944-cü ildə Belarusiya Respublikasının Moqilevski vilayətinin Çausı rayonunun Kamenka kəndində döyüş zamanı qəhrəmancasina həlak olmuşdur. Həmyerlimizin abidəsi bu gün də Belarusiya vətəndaşlarının and yerinə dönmüşdür. 

Kəndin elmlər namizədləri:

Cəfərli Barat Adəm oğlu 
25 fevral 1930-cu ildə Masallı rayonunun Çaxırlı kəndində dəmirçi anadan olmuşdur.Atasi Cəfərli Müharibəsində Stalinqrad cəbhəsində həlak olmuşdur.O,1947-ci illərdə Lənkəran Pedaqoji Texnikumunu bitirdikdən sonra bir il Yardımlı rayonunun Kürəkçi kəndində müəllimlik etmişdir. 1948-49-cu illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olmuş və 1954-cü ildə orani bitirmişdir.Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstituna təyinatla işə göndərilmişdir, laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır.1957-ci ildə həmin institutda aspiranturaya daxil olmuşdur. B.Cəfərli dövrünün görkəmli alimləri, akademik Həsən Əliyevin və Sergey Zonnun (Moskva şəhəri) rəhbərliyi altında 1962-ci ildə torpaqşünasliq sahəsində dissertasiya işi yazib müdafiə etməklə kənd təsərrüfatı fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.Müdafiədən sonra bir müddət baş elmi işçi vəzifəsındə işləmişdir.1976-72-ci illərdə o zamankı Yəmən Xalq Demokratik Respublikasinin Kənd Təsərrüfatı Departamentində ekspert-torpaqşünas kimi işləmişdir. 1982-89-cu illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsinə rəhbərlik etmişdir.Burada işlədiyi dövrdə böyük təşkilatçılıq qabiliyyəti olan B.Cəfərli onlarla elmi kadrların yetişdirilməsində böyük əməyi olmuşdur.O, 1982-ci ildə ”Çay gətirilmələrinin öyrənilməsi rekultivasiyası”laboratoriyasını təşkil etmiş və 1989-cu ilə kimi ona rəhbərlik etmişdir.Böyük Qafqazın cənub-qərb yamacının Çay Subasarların daşlı-çınqıllı torpaqların daşlılıq dərəcəsinin öyrənilməsini və onların daşdan təmizləmək üçün ilk dəfə olaraq Respublikaya bir neçə Daşyığan kombaynin Estoniyadan alıb gətirilməsini təmin etmişdir.Bir neçə aspirantın elmi rəhbəri və eləcə də bu sahədə müdafiə olunan bəzi dissertasiya işlərinə elmi apponent olmuşdur. 1991-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya rəhbəri və bir qədər sonra isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır.1997-2002-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitsində Torpaq Ehtiyatlarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Eləcə də həmin dövrdə rayon Aqrar Komissiyaları tərəfindən komitəyə daxil olan torpaq islahatına dair sənətlər toplusunu araşdıran ekspert Komissiyasının sədri kimi Respublikada torpaq islahatının keçirilməsində böyük əməyi olmuşdur. Ali qanunvericilik orqanı olan Milli Məclisin Aqrar Komissiyasının işçi qrupunun tərkibində torpaq qanunvericiliyinə dair xeyli sayda hüquqi-normativ aktların hazirlanmasında yaxından iştirak etmişdir. Torpaqşünas alim kimi B.Cəfərli 50 ildən çox elmi yaradıcılıq fəaliyyəti dövründə respublikamızda və eləcə də bir sira xarici ölkələrdə torpaqşünaslığa dair(Dehli,Frenso,Moskva,Tbilisi və s.)keçırilən qurultay,elmi konfrans və beynəlxalq konqreslərdə məruzələrlə çıxış edərək respublikamızı təmsil etmişdir.O,torpaqşünaslıq və torpaqdan istifadəyə dair 70-dən çox elmi əsərin,eləcə də 35-dən çox rayon və təsərrüfatin torpaq xəritələrinin müəllifidir.Mühüm kənd təsərrufatı əhəmiyyətli bir ixtiranın və bir neçə səmərəliləşdirici təklifin müəllifidir. Hal-hazirda”Dəvəçi”broyler ASC-nın əkinçilik Departamentində elmi məsləhətçi kimi çalışır.Əmək veteranidir. İki övlad atasıdır.

Nəbiyev Əliş Fəyyaz oğlu 
Filologiya üzzrə fəlsəfə doktoru, 1929-cu ildə Çaxırlı kəndində anadan olub. Bakı Dövlət Universtetinin jurnalistika fakultəsində müəllim işləyib. 1990-cı il 20 yanvar hadisələrində yaralanıb. 2007-ci ildə Bakı şəhərində vəfat edib, oradada dəfn edilib.

Əhmədov Musa Əlisa oğlu 
Texniki elmlər üzrə fəlsəfə doktoru. 1946-cı ildə Çaxırlı kəndində anadan olub. Su problemləri elmi tədqiqat institutunda işləyir. Bakı şəhərində yaşayır.

Nəbiyev Mirzə Məmməd oğlu 
Texniki elmlər üzrə fəlsəfə doktoru. 1946-cı ildə Çaxırlı kəndində anadan olub. “AZƏRSU”səhmdar cəmiyyətində işləyir. Bakı şəhərində yaşayır.

Əsgərli Fizuli Feyruz oğlu
1945-ci il martın 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur.Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) filalogiya fakültəsinin əyani şöbəsinı bitirmişdir. ”Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri(1950-80) ”mövzusunda dissertasiya müdafiə etmişdir. Filalogiya üzrə fəlsəfə doktoru, həmin ali məktəbin dosentidir. Ali və orta ixtisas məktəbləri üçün ”Uşaq ədəbiyyati” (2007, 2009, 2011, 2012) dərsliyinin, ”Sənətkarın uşaq dünyası” (2003), ”Ədəbi düşüncələr” (2004), ”Ömrün sözü, sözün ömrü” (2008), ”Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı (2009), ”Bədii tərcümə problemləri” (2009), ”Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcııq qaynaqları” (2010) ,,Bedii təhlil və tənqid” (2010), ”Sehrli dünyanın memarı” (2012), ”Problemlər, düşüncələr” monoqrafiyalarının, tərtib etdiyi “Zahid Xəlilin sənət dünyası” (2010) məqalələr toplusunun, ”Azərbaycan uşaq ədəbiyyatı” və “Dünya uşaq ədəbiyyatı” (2012) dərs vəsaitlərinin, 100-dən çox elmi-nəzəri və publisistik məqalənin müəllifidir. ”Qızıl qələm” mükafatı laureatıdır. ”İlin müəllimi”(2009), ”İlin nüfüzlu ziyalısı” (2010) fəxri adına layiq görülmüşdür. Uzun illər bədii tərcümənin nəzəri problemləri ilə məşğul olmuş,dünya ədəbiyyatının bir sıra ədəbi nümunələrini dilimizə tərcümə etmişdir. Bakı şəhərində yaşayır.

Xəlfəli Sabir Abdulhüseyin oğlu
İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor. 1946-cı ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. Moskva şəhərində aspiranturada oxuyub,İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Ukrayna respublikasında ali məktəbdə müəllim işləyib. 2013-cü ildə Çaxırlı kəndində vəfat edib.

Fətullayev Hikmət Şahpələng oğlu
1962-ci ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (Azərbaycan İqtisadiyyat Universteti) bitirdikdən sonra Sankt Peterburq şəhərində təhsilini davam etdirərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyində ayrı-ayrı vəzifələrdə çalışaraq nazirliyin idarə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Vergi qanunvericiliyinə və tədrisinə dair bir çox layihələrin hazırlanmasındaiştirak etmişdir. Hal-hazırda Vergilər nazirliyində audit idarəsində şöbə rəisi vəzifəsində işləyir. Baş vergi müfəttişidir. Bakı şəhərində yaşayır.

Kəndin din xadimləri: 

Axund Şeyx Rəhmət Bayraməli oğlu
1870-ci ildə Çaxırlıda anadan olub.25 il Nəcəf şəhərində dini təhsil alıb. Müctəhidlik rütbəsinə qədər yüksəlib. 1970-ci ildə Çaxırlı kəndində vəfat edib.

Təhməzov Mirqiyas Mirxas oğlu
1944-cü ildə Yardımlı rayonunun Televar kəndində anadan olmuşdur. 1951-ci ildə Televar kənd məktəbinin I sinfinə daxil olmuş, 1959-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. İlk ruhani təhsilini Biləsuvar (keçmiş Puşkin) rayonunda Molla Hüseyn Axundun daha sonra isə Lerik rayonunda Şeyx Qələm Axunddan almışdır. 1965-ci ildə Masallı rayon Çaxırlı kəndinə köçmüşdür. Çaxırlı kəndində yaşadığı müddətdə “Pravda” sovxozunda fəhlə işləməklə yanaşı gecə məktəbində orta təhsilini davam etdirmişdir. “Pravda” sovxozunda işlədiyi dövrdə əmək fəaliyyətinə görə dövlət tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Sovxozda işləməklə yanaşı dini təhsilini Çaxırlı kəndinin Axundu Şeyx Rəhmət Axundun yanında davam etdirmişdir. 1987-ci ildə Rayon Sovetinin deputatı seçilmişdir. Əvvəllər olduğu kimi indi də şəxsi təsərrüfatla məşğuldur. Keçmiş sovetlər dövründən bu günə kimi xeyirxah işlərlə məşğul olmuş, təmənnasız olaraq insanların xeyir və şər məclislərində iştirak edir. 1996-cı ildə Masallı rayonunun “Cümə” məscidinə Axund təyin olunmuş, 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi vəzifəsinə irəli çəkilmişdir. Hansı vəzifədə işləməyinə baxmayaraq bütün zamanlarda xalqın və dövlətin xidmətində durmuşdur. Ulu öndərimiz Heydər Əliyev cənablarının Prezident seçkilərində təbliğatçı kimi fəal iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşü Bakı şəhərində “Bibiheybət” məscidinin təməlqoyma mərasimində olmuşdur. Sonra müxtəlif illərdə Ulu öndər Heydər Əliyevin Masallı rayonuna səfərləri zamanı görüşmüş, onun yeritdiyi daxili və xarici siyasəti özü üçün həmişə həyat manifesti hesab etmişdir. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əməyinin ruhanilərin üzərində böyük olduğunu daim vurğulamışdır. 
Qazi işlədiyi dövrdə rayonun müxtəlif ərazilərində xeyr və şər evlərinin tikintisində, iki məscidin tikilib təhvil verilməsində, Çaxırlı kəndi ərazisində yolların və qaz xəttinin çəkilməsində xüsusi köməkliyi olmuşdur. Kimsəsiz və şəhid ailələrinə həmişə öz vəsaiti hesabına köməklik etmiş və hal-hazırda etməkdədir. Ruhani və qazi işlədiyi zaman təmənnasız olaraq arzusunda olan insanlara dini təhsil vermişdir. 
Ruhani təhsilinin bir hissəsini Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə birlikdə almış, sonrakı inkişafında onun böyük əməyi olmuşdur.
Ailəliyəm beş övladı var.


Vəlməmmədov Qəfər (Xəlifə) Abdulhüseyn oğlu
1861-ci ildə anadan olub 1961-ci ildə vəfat etmişdir. 

İbişov Kəlbəlayi şeyx Həsən Kəlbəlayi Ağasalah oğlu
1878-ci ildə anadan olub 1976-cı ildə vəfat etmişdir. 

Kəndin şəhidi haqqında:

Rzayev Rüfət Vaqif oğlu 
1976-cı ildə Çaxırlıda anadan olub.1994-cü ildə şəhid olub.

BVM-də iştirak edənlər:

İkinci dünya müharibəsində 59 nəfər iştirak etmişdir. 30 nəfər müharibədə həlak olmuşdur, 11 nəfər itkin düşmüşdür,18 nəfər isə müharibədən sonrakı illərdə vəfat etmişdir. Hal hazırda sağ qalanı yoxdur.

Rəhbər işlərdə çalışanlar:

Ruhullayev Ruhulla Dəyyan oğlu
1926-cı ildə Çaxırlı kəndində anadan olmuşdur.7-ci sinfi Çaxırlı kənd 7 illik məktəbində qurtarmışdır.Sonra Masallı şəhər orta məktəbinə daxil olmuşdur. 9-cu sinifdə oxuyarkən 1942-ci ilin əvvəlində əsgər getmişdir. Orduda olarkən Berlinə qədər döyüş yolu keçmişdir. Orduda göstərdiyi xidmətə görə orden və medallarla təltif olunmuşdur. Ordudan azad olunduqdan sonra yenidən Masallı orta məktəbində təhsil almış 10-cu sinfi bitirmişdir. Rus dili Pedoqoji İnstitutunu bitirdikdən sonra Masallı maarif şöbəsində inspektor işləmişdir. Sonra Masallı RPK-da uçot şöbəsinin müdiri işləmişdir. Ali Partiya məktəbini bitirdikdən sonra Masallı RPK-da katib vəzifəsinə təyin olunmuşdur. 6 il bu vəzifədə işlədikdən sonra Çaxırlı “Pravda”sovxozunda direktor, Masallı rayon İcraiyyə komitəsində katib vəzifələrində işləmişdir. 06 noyabr 1985-ci ildə Çaxırlı kəndində vəfat etmişdir. 

Kazımov Məmməd Əlibala oğlu
1913-cü ildə Çaxırlı kəndində anadan olub.Azərb.KPMK-da məsul vəzifədə, Zaqatala və Lənkəran rayonlarında rəhbər vəzifələrdə işləmişdir. Lənkəran rayonunda “Avrora” sovxozunun direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə Bakı şəhərində vəfat etmiş, məzarı Bakı şəhəri Yasamal qəbirəstanləğındadır.

Kazımov Yunsur Əlibala oğlu
1921-ci ildə Çaxırlı kəndində anadan olub.Naxçıvan Muxtar Respublikasında prokuror, Gəncədə prokuror, Neftçala və Cəlilabad rayonlarında hüquq işlərində çalışmışdır. 1991-ci ildə Bakı şəhərində vəfat etmiş,məzarı Bakı şəhəri Nardaran qəbirəstanlığındadır.

Ağayev Noruz Hüseyn oğlu
1924-cü ildə Çaxırlı kəndində anadan olub. Bakı Dövlət Universtetini bitirmişdir. Salyan və Lerik rayonlarında mmüstəntiq işləmişdir. Sonralar ömrünün axırına kimi Aqrar Sənaye işçilərinin Həmkarlar İttifaqı rayon komitəsinin sədri vəzifəsində işləmişdir. 1986-cı ildə Çaxırlı kəndində vəfat etmişdşr.

Məmmədov Yunus Ayaz oğlu
1915-ci ildə Çaxırlı kəndində anadan olub. Lənkəran Pedoqoji Texnikomunu bitirib,Azərbaycan Pedoqoji İnstitutunda qiyabi yolla təhsil almışdır. 1940-43-cü illərdə Masallı rayon Komsomol Komitəsinin birinci katibi və rayon icraiyyə komitəsində katib vəzifələrində işləmişdir. 1959-сu ildən ömrünün sonuna kimi Çaxırlı kənd orta məktəbində təsərrüfat müdiri işləmişdir. Əmək veteranı medalı ilə təltif olunmuşdur. 1983-cü ildə Çaxırlı kəndində vəfat etmişdir.
 
İbrahimov Əlmusa Gülmusa oğlu
1966-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşunaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il BDU-nun Beynəlxalq münasibətlər şöbəsində tərcüməçi kimi əmək fəaliyyətinə başlamışdır. Beynəlxalq münasibətlər şöbəsində müdir, xarici tələbələrlə iş üzrə dekanliqda dekan muavini vəzifələrində çalışmışdır. Ərəb, ingilis, fars, rus, türk dillərini bilir. Almaniya, Fransa, Belçikanın müxtəlif universitetlərində, o cümlədən Türkiyənin Bilkent Universitetində qısamüddətli kurslar keçmişdir. Ə.G.İbrahimov eyni zamanda Beynəlxalq münasibətlər kafedrasında müəllim vəzifəsində çalışır. “Konflik-tologiya” fənni üzrə bakalavr pilləsində, “Misir muasir beynəl-xalq münasibətlərdə”, “İran muasir beynəlxalq münasibətlərdə” fənləri üzrə magistraturada pilləsində İngilis dilində muhazirə aparir. 1 dərslik, 2 proqram, 20-yə yaxın elmi məqalələrim müəllifidir. 
Əhmədov Vaqif Əbülfəz oğlu
1940-cı ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. 10 il (1982-92-ci) Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi işləmişdir. Hal-hazırda “TUBA”özəl tibb müəssisəsində baş həkimin müavini vəzifəsində işləyir.

Təhməzov Əfrahim Cəbrayıl oğlu 
1961-ci ildə Çaxırlı kəndində anadan olub.bakı dövlət Universtetinin ayrı-ayrı vaxtlarda jurnalistika və hüquq fakultələrini bitirmişdir. Respublikanın müxtəlif dövlət qazetlərində və Azərbaycan radiosunda jurnalist kimi fəaliyət göstərmişdi. Hal hazırda Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi və prokurorluğun mətbuat xidmətinin rəhbəridir. Ədliyyə polkovnikidir..

Məmmədova Asudə Sərhəd qızı
kəndin ilk ali təhsilli qadını. 1961-ci ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Pedaqoji institutunu bitirib (indiki Azərbaycan Pedoqoji Dövlət Universteti), 1984-1986-ci illərdə Masallı rayon komsomol komtəsinin katibi, 1987-2008-ci illərdə Azərbaycan respublikası təhsil işçiləri Azad həmkarlar ittifaqı Masallı rayon komitəsinin sədri vəzifələrində çalışmışdır. Masallı rayonu M. Qarayev adına Sığıncaq kənd tam orta məktəbində direktor işləmiş. Hal hazırda Sarıcəfərli kəndində müəllim işləyir. Çaxırlı kəndində ilk ali təhsil alan qızdır. Ailəlidir dörd övladı vardır.

Kazımov Yunsur Əlibala oğlu
Kəndin ilk bələdiyyə    sədri. 1955-ci ildə Çaxırlı kəndində anadan olub. Ali təhsillidir, Çaxırlı kəndinin ilk bələdiyyə sədridir. 2000-2010-cu illərdə Çaxırlı bələdiyyəsinin sədri olub. 2006-2010-cu illərdə Masallı rayon bələdiyyə sədrlər şurasının sədri ,2007-2010-cu illərdə Azərbaycan kənd bələdiyyəsi Milli Assosiasiyasının idarə heyyyətinin üzvü olmuşdur. İşlədiyi müddətdə Respublikada 2754 bələdiyyə içərisində qabağcıl təcrübəsi,3200 nüsxə ilə çap edilib. -Respublikada yayılmış.İşlədiyi müddətdə ABŞ-ın ölkəmizdəki səfiri,ABŞ-ın beynalxalq inkişaf Aqentliyinin Avro Asiya üzrə direkdoru Ken Yamosito və ölkəmizdəki direktoru Skot Teylor kənd sakinlərinin qonağı olmuşdur.

Qubadov Tofiq Musa oğlu
1943-cü ildə Kəlbəhüseynli kəndində anadan olmuş, Ali təhsillidir. 1978-1982-cı illərdə Masallı RPK-nın büro üzvü olmuşdu.1981-1983-cü illərdə Masallı rayon Kənd Kimya birliyinin müdiri, 1983-1993-cü illərdə“Pravda” sovxozunun direktoru və 1993-1995-ci illərdə ̎Kəlbəhüseynli̎ sovxozunun direktoru vəzifəsində işləmişdir.İşlədiyi müddətdə qabağcıl təcrübəyə yiyələnmiş “Qızıl sümbül”, Əmək İgidliyinə görə medalına laiq görülmüş və qurultaya nümayəndə seçilmişdir. Hal-hazırda kənd ağsaqqalları şurasının sədridir. Ailəlidir. Altı övladı vardır.

Xəlifəli Ramiz Məmmədsadiq oğlu 
1962-ci ildə Çaxırlı kəndində anadan olub.Ali təhsillidir.Azərbaycan İnşat Universtetinin memarlıq fakultəsini bitirmişdir. Masallı rayonunda tikilən bir çox binaların və abadlıq işlərinin layihə müəlifidir.Masallı RİHB-ı aparatının tikinti layihə arxitektura şöbəsində çalışmış,hazırda Bakı şəhərində Səbail RİHB-ı aparatının tikinti,layihə və arxitektura şöbəsində işləyir. Onun layihələrində Respublikanın digər rayonlarında da istifadə olunmuşdur.Ailəlidir,2 övladı vardır. 

Xəlifəli Rauf Məmmədsadiq oğlu 
1961-ci ildə anadan olmuş,ali təhsillidir.Muğan bankın Masallı filialının direktorudur.Ailəlidir 2 övladı vardır.

Bağırov Rasif Həsən oğlu-həkim
1955-ci ildə Çaxırlı kəndində anadan olub.Azərbaycan Tibb İnstitutunu bitirib,ali təhsilli həkimdir.Bakı şəhərində 1990-93-cü illərdə poliklinikaların birində baş həkim işləyib. Hal-hazırda Bakı şəhərində özəl klınıkada həkim işləyir. Bakı şəhərində yaşayır,evlidir,iki övladı vardır.

Bağırov Rauf Həsən oğlu-həkim
1951-ci ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Təklə həkim məntəqəsinin müdiridir. Evlidir, 3övladı vardır.

Əhmədov Fərhad Əlisa oğlu- ali dərəcəli cərrah
1948-ci ildə Çaxırlı kəndində anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Masallı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində işləyir. Evlidir, 3 övladı vardır.. Masallı şəhərində yaşayır.

​​​​Əhmədov Firdovsi Əlisa oğlu- həkim
1957-ci ildə Çaxırlı kəndində anadan olub.Azərbaycan Tibb İnstitutunu bitirib. Çaxırlı həkim məntəqəsinin müdiridir.

Əhmədov Mirzə Əbülfəz oğlu
1939-cu ildə Çaxırlı kəndində anadan olub. 32 il dövlət qulluğunda çalışıb.Son iş yeri Masallı RİHB-nın Çaxırlı kənd İƏD-i üzrə nümayəndəsi olmaqla 22 il bu vəzifədə çalışıb. Hal-hazırda təqaüddədir. Əməyi “Azərbaycan SSR-nin qabaqcıl maarif xadimi”, “SSRİ-nin maarif əlaçısı”döş nişanları, RİHB-nın fəxri fərmanları, “Şərəf nişanı ordeni”ilə qiymətləndirilib. 

Cavadov Oktay Əlihüseyin oğlu
1956-cı ildə Çaxırlı kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 22 il Masallı RİHB-nın Çaxırlı kənd İƏD-i üzrə Nümayəndəsinin müavini, 2011-ci ildən Nümayəndə vəzifəsində işləyir. İşlədiyi müddətdə kənd sakinlərinin hörmətini qazanmışdır. Evlidir,3 övladı vardır.

Qədirov Yarımşah Bədir oğlu
Çaxırlı kəndində anadan olub.Lənkəran Pedoqoji Texnikomunu bitirdikdən sonra Bakı Dövlət Universtetinin tarix fakultəsində təhsilini başa vurmuşdur. Təklə, Sığıncaq, Çaxırlı kəndlərində məktəb direktoru ,Masallı rayon Maarif Şöbəsində inspektor və müdir müavini vəzifələrində işləmişdir. 2011-ci ildə Çaxırlı kəndində vəfat etmişdir.

Bədirov Mirzəşah Nadirşah oğlu
Çaxırlı kəndində anadan olub . Ali təhsilli mühəndisdir. Azərbaycan Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində işləmişdir. Hal-hazırda özəl layihə şirkətində işləyir. Bakı şəhərində yaşayır. Evlidir, 2 övladı vardır. 

Umudov Telman Əliş oğlu
1961-ci Çaxırlı kəndində anadan olub. Moskva şəhərində ali təhsil alaraq mühəndis ixtisasına sahib olub. Masallı su meliorasiya idarəsinin müdiri işləyib. 2006 -ci ildə Çaxırlı kəndində vəfat edib.

Digər məlumatlar:

Fətullayeva Bəsti Xanəli qızı
1921-ci ildə Çaxırlıda anadan olub.”Pravda” kolxozunda sağıcı işləyərkən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.1986-cı ildə vəfat etmişdir.

Əmiraslanov Qəni Almas oğlu 
Çaxırlı kəndində anadan olmuşdur.30 il Pravda kolxozunun sədri işləmişdir.Bir çağırış Azərbaycan SSR-nin Ali Sovetnə deputat seçilmişdir.1967-ci ildə vəfat etmişdir.

Əhmədov Əlisa Mirzə Əhəd oğlu 
1912-ci ildə Çaxırlı kəndində anadan olmuşdur.Çaxırlı kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. Çaxırlıda 4 nəfər əməynə görə Lenin ordeni ilə təltif olunmuşdur. 18 nəfər Qəhrəman ana döş nişanna layiq görülmüşdür.

 

Kəndin adı:
Kəlbəhüseyinli

Əhalisi:
1287 nəfər

Ərazisi:
600 hektar
Kəndin əsas məşğulyyəti:əkinçilik və heyvandarlıq.

Həmsərhəd kəndləri:
Çaxırlı, Sarıcəfərli, Əhmədli

Kəndin adının mənası:
Çox tanınmış el ağsaqqalı Kərbəlayi Hüseynin adı ilə bağlıdır. Yaşlıların dediyinə görə XVII əsrdə Şah Təhmasibin dövründə əhali buraya köçüb məskən salmışlar. Kəndin qədim adı isə belədir: Qaladibi
Tarixi abidələri:
“Qala”XVII-XVIII əsrlərdə I-ci Pyoturun dövründə ruslar tərəfindən salınmış və müdafiə xarektirli olmuşdur. Digər məlumatda qeyd olunur ki,“Qala” – kəndin ən qədim tarixi abidələrindəndir.Torpaq qaladır. Qalanın hər iki tərəfində böyük giriş və çıxış qapıları olmuşdur.İndi xeyli çökmüş və uçulmuş qalanın nə vaxt ucaldıldığı barədə dəqiq məlumat yoxdur.Böyük ehtimalla, Səfəvilər imperiyasıdövründə hərbi məqsədlə tikilmişdir.

Kənddə ilk məktəb:
1937-1938-ci illoərdə açılıb.

İlk ali təhsilli ziyalılar:
1.Rzayev Əli Enulla oğlu
2.Bəşirov Müzəffər Bəşir oğlu
3.Abuşov İbrahim Şahbaz oğlu
4.Bəşirov Abas Bəşir oğlu

Elmlər namizədləri
1.Paşayev Aydın Məmməd oğlu –Filologiya
2.Bəşirov Seyran Müzəffər oğlu-Fizika

Elmlər doktorları:
1.Bəşirov Abas Bəşir oğlu-Fizika
2.Ulusel Rahid Süleyman oğlu (Rahid Ulusel)


Kəndin din xadimləri:
1.Molla Müctəba
2.Molla Höccət
3.Molla Hüseyin
Kəlbəhüseyinli kəndinin şəhidi:
Əbilov Nicat Əbil oğlu.

BVM-də iştirak edənlər:
İkinci dünya müharibəsində 14 nəfər iştirak etmişdir. 4 nəfər müharibədə həlak olmuşdur.10 nəfər isə müharibədən sonrakı illərdə həlak olmuşdur.

Müharibədə həlak olanlar:
1.Zəkəriyyəyev Sübhan
2.Əliyev Səməd
3.Molla Müctəba
4.Kərimov Qənbər
5. Süleymanov Muxtar

Müharibədən sonra vəfat edənlər:
1.Rzayev Əli
2.Abuşov İbrahim
3.Abuşov Fətulla
4.Rzayev Səid
5.Ələkbərov Məhəmməd
6.Rzayev Maqsud
7.Ağayev Mirtağı
8.Səmədov Xudaverdi
9.Molla Qulamhüseyn Hüseynov
10.Nuriyev Saleh
11. Həsənov Bəhmən
12. Səmədov Əli
13.Rzayev Məsmud
14. Həsənov Sahib
15.İbrahimov Ağamir-Belarusiya cəhbəsində partizan hərakatının fəal üzvü olmuşdur.

Kəndin tanınmışları:
Rahid Süleyman oğlu Xəlilov - Rahid Ulusel
Rahid Ulusel (Rahid Süleyman oğlu Xəlilov) 1954-cü ildə Masallı rayonunun Kəlbəhüseynli (əski adı – Qaladibi) kəndində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmiş, 1975–2002-ci illərdə Masallı rayonunun Güllütəpə, Çaxırlı kənd və Masallı şəhər orta məktəblərində müəllim, Masallı rayon İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, şöbə müdiri, “Yeni qəzeti”n baş redaktoru vəzifələrində çalışmışdır. 2002-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, 2005-ci ildən Qərb Universitetinin fəlsəfə və mədəniyyətşünaslıq müəllimi, “Qlobalistika və Sivilizologiya” EAİB-nin sədri, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rahid Uluselin 17 kitabı – “Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya” (Azərbaycan Milli Ensiklopediyası, 2002), “Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına” (Təhsil, 2003), “Mədəniyyət və Texnosivilizasiya” (Azərbaycan Milli Ensiklopediyası, 2003), “Qloballaşma və Türk sivilizasiyası” (Çaşıoğlu, 2005), “Qloballaşma və Harmoniya fəlsəfəsi” (Elm, 2005), “Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır” (Sabah, 2008), “Klassika” (Avropa, 2008), “Esseistika” (Avropa, 2009), “Müasir Azərbaycan tənqidi” (Elm, 2009), “Həyat və düşüncə ritmləri” (Çaşıoğlu, 2009), “Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti” (Letterpress, 2010), “Heydər Əliyev və Azərbaycan-Dünya Münasibətləri: siyasətdən mədəniyyətədək” (İdeal-Print, 2010) və s., 200-dən çox məqaləsi Azərbaycanda və xaricdə çap olunmuşdur. Yuri Borevin “Estetika” kitabını (Təhsil, 2010) Azərbaycan dilinə tərcümə etmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşdür.
Professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun Dissertasiya Şurasının üzvü, Beynəlxalq Biokosmologiya AssosiasiyasınınAsiya üzrə vitse-prezidenti,“Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin üzvü, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvüdür. O, XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), XXIII Dünya Fəlsəfə Konqresində (Afina, 2013) və bir sıra nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir.
Bəşirov Abbas Bəşir oğlu
1934-cü ildə Kəlbəhüseynli kəndində anadan olmuşdur. 1955-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1966-cı ildə texniki elmlər namizədi, 1967-ci ildə Fizika fakültəsinin Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti olmuş, 1988-ci ildə Fizika-riyaziyyat elmləri doktoru və 1989-cu ildə professor olmaqla Fizika fakültəsində kafedra müdiri işləmişdir. 1998-ci ildə vəfat etmişdir.
Bəşirov Seyran Müzəffər oğlu
1954-cü ildə Kəlbəhüseynli kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1975-1981-ci illərdə Masallı rayonunda Fizika müəllimi kimi fəaliyyət göstərmiş, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1984-cü ildə təhsilini başa vurmuşdur. 1987-ci ildən Fizika-riyaziyyat elmləri namizədidir. Hal-hazırda C. Naxçıvanski adına hərbi liseydə dərs deyir.

 

Kəndin adı: 
Sarıcəfərli.

Əhalisi:
446 nəfər

Ərazisi: 
130 hektar
 
Kəndin əsas məşqulyəti: 
Maldarlıq və əkinçilik.

Həmsərhəd olduğu kəndlər:
Binə Xocavar,Çaxırlı,Şərəfə,Kəlbəhüseyinli kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
Sarı Cəfər adlı şəxsin adı ilə bağlıdı.

Kəndin qısa tarixi: 
Kəndin əhalisi İran ərazisindən indiki İmişli rayonuna köçmüş Çaxırlı kəndində məskunlaşmağa başlamışlar.Hazırda İmişli rayonunun Çaxırlı kəndində həmin tayfaların qohumlarından yaşayan var.

Tarixi abidəsi:
Kənddə keçmişdən qalan məscid binası tarixi abidə kimi qorunub saxlanılır.

Kənddə ilk məktəbin açıldığı tarix:
Sarıcəfərli kəndində məktəb 1994-cü ildə açılmışdır.

Kəndin ilk ali təhsillisi:
Niftiyev Nadir Məhəmməd oğlu
Babayev Səccat Sadıq oğlu

Kəndin ilk elmlər namizədi
Niftiyev Gündüz Məhəmməd oğlu

İlk elmlər doktoru
Niftiyev Gündüz Məhəmməd oğlu
1949-cu ildə Sarıcəfərli kəndində anadan olmuşdur.1966-cı ildə ADPİ-na daxil olmuş və 1970-ci ildə oranı bitirmişdir.Sonra aspiranturiya qəbul olunmuş və 1975-ci ildə müdafiə edərək,elmlər namizədi dərəcəsi almışdır. 1990-cı ildə ,,Qallium indium və lantaniud halkogened monokristallarında 3-a və 4-f elementi aşkarlarının spektroskoniyası,, mövzusunda doktorluq işini müdafiə etmişdir. 1991-ci ildə vəfat etmişdir.

Niftiyev Nadir Məhəmməd oğlu 
1934-cü ildə Sarıcəfərli kəndində anadan olmuşdur.1952-ci ildə V.İ.Lenin adına ADPİ-nun fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur.1956-cı ildə ali məktəbi bitirdikdən sonra kənddə müəllimlik fəaliyyətinə başlamışdır. Nadir müəllim respublikanın ,,əməkdar müəllimi,, keçmiş SSRİ-nin ,,maarif əlaçısı,, ,,əməkdə fərqlənməyə görə medal və ,,Şərəf nişani,, ordeni ilətəltif olunmuşdur.


Kəndin ziyalısı:
Babayev Sədcat Sadıq oğlu 
1933-cü ildə anadan olmuşdur.1953-1957-ci illərdə hərbi xidmətdə olmuşdur.1956-cı ildə Macarıstan qiyamının yatırılmasında iştirakına görə müharibə veteranıdır.1957-ci ildə Lənkaran Pedeqoji texnikomuna daxil olmuş və 1959-cu ildə oranı bitirmişdir.1962-ci ildə V.İ.Lenin adına ADPİ-nin dil ədəbiyyat fakultəsinə daxil olmuş və1968-ci ildə oranı bitirmişdir.Təlim-tərbiyə işində fəal iştirakına görə ,, onuncu beşilliyin qalibi,, döş nişanı, 1980-cı ildə ,,sosialist yarışının qalibi,,adına, 1988-ci ildə ,,əmək veteranı,, medalına, 1982-ci ildə ona ,,Baş müəllim, sonralar ,,Ali dərəcəli müəllim,, adı verilmişdir. Hazida təqaüddədir. 

Kəndin din xadimi:
Sarıcəfərli kənd sakini olan Axund molla Sadıq olmuşdur.O,ruhani təhsilni İranın Ərdəbil şəhərində almışdır.

BVM-də iştirak edənlər:
İkinci dünya müharibəsində Sarıcəfərli kəndindən 23 nəfər müharibəyə getmişdir.18 nəfər müharıbədən qayıtmamış, 5 nəfəri qayıdıb sonrakı illərdə vəfat etmişlər.

1.Əzim İmran oğlu
2.Məmmədhüseyn Bəhrəm oğlu
3.Qəzənfər Dadaş oğlu
4.Qurban Dada. Oğlu
5.Hacıbaba Paşa oğlu
6.Əsgər Ələkbər oğlu
7.Şahnəzər Abdulla oğlu
8.Bayramov Qurban
9.Tanrıverdi İsmayıl oğlu
10.Mehralı Hüseynxan oğlu
11.Həsənxan Abbas oğlu
12.Quluyev Hümmət
13.Ağayev Kazım
14.Vəli Rüstəm oğlu
15.Qeyzulla Xələf oğlu
16.Behbudov Əli Əlican oğlu
17.Məşhədi Cəfər Ağahüseyn oğlu
18.Mehrabov Hüseyn Əhəd oğlu
19.Kərimov Qüdrət
20.Mehrabov Minbaşı 
21.Fətullayev Əbülfət
22.Behbudov Nəzər
23.Məmmədov Əmirzada
Müharibədə iştirak edənlərdən hal-hazırda sağ qalanı yoxdur.

Rəhbər vəzifədə işləyənlər:
Həsənov Baba Həsənağa oğlu
1959-cu ildə Sarıcəfərli kəndində anadan olub. !985-ci ildə Moskva şəhərində ÜİLKGİ MK nəzdində Ali Komsomol məktəbini bitirib. Masallı Rayon Komsomol Komitəsinin II katibi işləyib. Hal-hazırda masallı rayon icra hakimiyyəti aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri işləyir. “Dövlət qulluğunda xidmətinə görə”medalı ilə təltif olunmuşdur. 

Əliyev Seyfəddin Abusət oğlu
1972-ci ildə Kəlbəhüseyinli kəndində anadan olub. 1994-cü ildə Dövlət Neft Akademiyasını,
2001-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. RİH-də müxtəlif vəzi-
fələrdə işləyib. 70 saylı Masallı şəhər DSK-nın sədri olub. Yeni Azərbaycan Partiyası Masallı
rayon təşkilatının sədridir. Masallı rayon icra hakimiyyəti aparatında İnformasiya təminatı və
təhlili sektorunun müdiri işləyir.

Digər tanınmışlar:
Niftiyev Məzahir Nəzirməmməd oğlu
1964-cü ildə Sarıcəfərli kəndində anadan olub. Bakı Dənizçilik Akademiyasını və Bakı Dövlət
Universtetinin Coğrafiya fakultəsini bitirib. Uzaq səfərlər kapitanıdır. 

 

 
Kəndin adı:
Bala Təklə

Əhalisi:
511 nəfər 

Ərazisi:
500 hektar
 
Kəndin əsas məşquliyyəti: 
Əkinçılik və maldarlıq.

Həmsərhəd olduğu kəndlər:
Bala Təklə kəndi,Çaxırlı,Şərəfə və Həsənli kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
Tək Əli tayfasından olmasından işarədi.

Kəndin qısa tarixçəsi:
Bala Təklə Kəndi Şərqi anadolu vilayətindən İrana köçürülmüşlər.Şah İsmayıl Xətai hakimiyyəti dövründə İranda yaşamışlar.Sonra ŞahTəhmasibin hakimiyyəti döründə Təkləlilər sıxışdırılaraq indiki Səlyan rayonunu Qarabucax kəndi ərazisində yerləşmişlər.Sonralar hazır ki,ərazidəməskunlaşmışlar.Bala Təklə kəndinin 600iloə yaxın tarixi vardır.

Kənddə ilk məktəbin açıldığı tarix:
Bala Təklə kəndində ilk məktəb 1930-cu ildə açılmışdır.

Kəndin ilk ali təhsilliləri:
1.Fərəcov Ramazan Alı oölu
2.Fərəcov Abdul Alı oğlu
3.AğayevHüseyn Məmməd oğlu
4.Salmanov Müzəffər Qəzənfər oğlu
5.İbrahimov Əlifağa Ramazan oğlu
6.Şirinov İmanxan Abbasqulu oğlu
7.Fərəcov Həsən Məhərrəm oğlu
8.Ağayev Ağazadə Əhməd oğlu
9.Fərəcov Əfəndi Atabala oğlu
10.Ağayev Yaşar Hüseyn oğlu

Kəndin şəhidi:
Ağayev Yavər Balaxan oğlu
1972-ci ildə Bala Təklə kəndində anadan olmuşdur.1989-cu ildə hərbi xidmətə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq milli orduya yazılmışdır. Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

İkinci dünya müharibəsində iştirak edənlər:
14 nəfər olmuşdur.Onlardan 4 nəfəri qayıtmamış,10 nəfəri sonrakı illərdə vəfat etmişdir.

Xaricdə yaşayan tanınmışlar:
Şirinov İmanxan Abasqulu oğlu - həkim-cərrah
Mahmudov İqbal Böyükkişi oğlu Donetski (Ukraina) vilayətinin Azərbaycan diaspornun sədri olmuşdur.
 
 
Kəndin adı: 
İmanlı

Əhalisi:
170 nəfər

Ərazisi:
70 hektar
 
Kəndin əsas məşqulyəti: 
Əkinçilik və maldarlıq

Həmsərhəd olduğu kəndlər:
Binə Xocavar vəSarıcəfərli kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
İmanlı kəndi İman adı olan adamın adı ilə bağlıdır.

Kəndin ilk ali təhsillisi:
Əliyev Qəyyum Qulam oğlu.

BVM-də iştirak edənlər:
İkinci dünya müharibəsində Ələkbərov İbrahim Əliş oğlu qəhramancasına həlak olub.Qəbri Mamay təpəsində yerləşir.

Kəndin digər tanınmışları:
Həmidli Nurlan Ramiz oğlu 
16 Aprel 1990-cı ildə İmanlı kəndində doğulub. 631 balla BDU-nin tətbiqi riyaziyyat fakultəsinə daxil olub.Hal hazırda Çənubi Kareya Respublıkasında təhsilni davam etdirir.
 
Keçidlər