Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli

Kəndin adı:    Həsənli
Əhalisi: 2879 nəfər
Ərazisi: 
827 ha

Coğrafi mövqeyi: 
Düzənlik ( aran-rayonun Muğan zonası ).
Kəndin əsas məşğuliyyəti:
Heyvandarlıq və əkinçilik
Həmsərhəd olduğu kəndlər: 
Məmmədxanlı, Təkdam, Köçəkli, Ərəb, Hacıtəpə, Sığıncaq və Çaxırlı
Kəndin adının mənası:
Həsənli kəndi təqribən 350 il bundan əvvəl qurulmağa başlamışdır. 2 rəy var. 1) Urmiya ətrafından gələn Həsənli tayfalarından ibarətdir. 2) Kənddə məskunlaşan ilk adamın Həsənin adı ilə adlandırılıb. 
Kəndin tarixi abidələri: 
Həsənli kənd Məscidi, XIX əsrin son illərində 1880-ci ildə tikilmişdir, əsaslı təmir edilib, Seyid Sadıq Məqbərəsi cəmiyyətin inanc yerinə çevrilib.
Kənddə ilk məktəbin açıldığı tarix: 
Kənddə ilk məktəb ibtidai məktəb olmaqla 1936-cı ildə açılmışdır
Kəndin ilk ali təhsillisi: 
Bəşirov İdris Həsən oğlu – Kənd təsərrüfatı institutunu qurtarıb, uzun müddət rəhbər vəzifələrdə işləmişdir. Əhədov Hüseynbala Maqsud oğlu – uzun müddət partiya və sovet orqanlarında işləmiş, rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir.    
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Soltanov Hünər Musa oğlu 
(1974-1993).1993-cü ildə Ağdərə döyüşlərində şəhid olmuşdur.
Musayev Azər Ərzuman oğlu 
(1965-1994).1994-cü ildə mayın 8 - də Goranboy döyüşlərində yaralanmış və şəhid olmuşdur.
Orucəliyev Qurbanəli Əlibala oğlu (1974-1995).1995-ci ildə cəbhə xəttində hərbi xidməti yerinə yetirən zaman minaya düşərək şəhid olmuşdur.
Fərəcov Röyal Təşər oğlu 
(1992-2010) cəbhə xəttində hərbi xidməti yerinə yetirən zaman şəhid olmuşdur.
Kəndin ziyalıları haqqında: 
Məmmədov Məmmədhüseyn İlyas oğlu – 
Elmi tədqiqat genetika institutunda elmi işlə məşğul olmuş, biologiya elmləri namizədi adını almış, uzun müddət həmin institutun həmkarlar təşkilatının sədri və partiya təşkilatının katibi olmuş seleksiy-genetke bölməsinin rəhbəri işləmişdir.
Əsədov Aslan Rəcəb oğlu (Aslan Həsənli) şair – 
4 şerlər kitabı çapdan çıxmışdır. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Dadaşov İlham Qulam oğlu-
Şair 3 şerlər kitabı çapdan çıxmışdır.
Qafarov Sudeyif Abbas oğlu – 
“Ənbiyyalar məclisi” adlı cildlik dini – fəlsəfi kitabı çapdan çıxmışdır.
Kəndin din xadimləri: 
Məşədi Gülməmməd Nurməmməd oğlu, XVIII əsrin 90-cı illərində kənddə ilk mədrəsə açmışdır. Hacı Məmməd Manaf oğlu - 1850-1910-cu illərdə yaşamış, kənd qəbiristanlığının və məscidinin sahəsini cəmiyyətin istifadəsi üçün bağışlamışdır. Molla Abbas Qafarov - Fədai Təxəllüsü ilə qəzəl, qəsidə, mərsiyələr yazmış ,zamanın savadlı din alimi olmuş, kənddə klub və hamam onun şəxsi memarlığı və ustalığı ilə tikilmişdir.

 

Kəndin adı:Köçəkli
         

 

Əhalisi:1896 nəfər

 

Ərazisi:588 ha

Coğrafi mövqeyi:

Xəzər dənizinin çökəkliyində yerləşir

 

Kəndin əsas məşğuliyyəti:

Heyvandarlıq və ovçuluq

 

Həmsərhəd olduğu kəndlər:

Ərəb, Həsənli, Təkdam, Eminli

 

Kəndin adının mənası:

Köçmək sözündən götürülərək ,köçəri tayfalarının oturaq həyata keçməsindən əmələ gəlmişdir. Kəndin 400 ildən artıq yaşı var .Şirvan zonasından köçüb gələn köçəri tayfaların məskunlaşdığı qeyd olunur.

 

Kənddə ilk məktəbin açıldığı tarix:

Kənddə ilk məktəb 1945-ci ildə 4 illik ibtidai məktəb açılmışdır

 

Kəndin ilk ali təhsillisi:

Xəlilov Malik Babalı oğlu – Lənkəran Tibb məktəbini bitirmiş , ömrünün sonuna kimi Eminli tibb məntəqəsinin müdiri işləmişdir.

 

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:

Rəhimov Sərhəddin Yadulla oğlu (1973-1992)

Yaqubov Ceyhun Sabir oğlu (1974-1993)

Şamiyev Fəttah Hümmət oğlu (1975-1996)

 

Kəndin ziyalıları haqqında:

Hüseynov Əyyar Şahverən oğlu - Azərbaycan Aqrar universitetində müəllim işləyir. Zoologiya elmləri doktoru, professordur.

Xəllov Cəlil Malik oğlu – Dövlət idarəçilik akademiyasında müəllim işləyir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Quliyev Nurəddin Əlihüseyn oğlu -Azərbaycan Slavyan universitetində təsərrüfat işləri üzrə prorektor işləyir, elmlər namizədidir.

 

Kəndin din xadimləri:

Molla Qayib Əhməd oğlu - XX əsrdə kəndin savadlı din xadimi olmuşdur, islam dininin inkişafında böyük rolu olmuşdur.

Hacı Ağamirzə Xəlilov – Köçəkli kəndində ilk məscidinin tikilməsində böyük xidməti olmuşdur, kəndin bütün dini mərasimlərinin həyata keçirilməsində yaxından iştirak etmişdir.

 

Kəndin adı:Təkdam
     

 

Əhalisi:548nəfər

 

Ərazisi:260 ha

Coğrafi mövqeyi:

düzənlik

 

Kəndin əsas məşğuliyyəti:

Əkinçilik və heyvandarlıq

 

Həmsərhəd olduğu kəndlər:

Köçəkli, Şəhriyar , Məmədxanlı, Həsənli, Ərəb

 

Kəndin adının mənası:

Məhərrəm adlı şəxs yurd salmış ,onun tək binası olduğuna görə Təkdam deyilmişdir.Kəndin tarixi 200 ilə yaxın bir dövrü əhatə edir.   

 

Kəndin adı:Məmmədxanlı
         

 

Əhalisi:468 nəfər

 

Ərazisi:308 ha

Coğrafi mövqeyi:düzənlik

 

Kəndin əsas məşğuliyyəti:

Əkinçilik , heyvandarlıq

 

Həmsərhəd olduğu kəndlər:

Həsənli, Bala Təklə , Kürdəbaz, Şəhriyar, Təkdam

 

Kəndin adının mənası:

Kəndin bünövrəsi təqribən 300 ildən yuxarı qoyulmuşdur. Kəndin ilk sakini Məmmədxanın şərəfinə adlandırılıb.

 

Kənddə ilk məktəbin açıldığı tarix:

Kənddə ilk məktəb 1980-ci ildə ibtidai məktəb açılmış ,1986-cı ildə isə ictimaətin köməyi ilə binasıtikilmiş, natamam orta məktəb kimi fəaliyyət göstərir.

 

Kəndin ziyalıları haqqında:

Hüseynov Tofiq Yadulla oğlu-Şair jurnalistdir. Şirvan Şəhərində yaşayır. 10 yaxın şerlər kitabının – oçerk, povest və publisistik əsərlərin müəllifidir.

Abıyev Mikayıl Süleyman oğlu- Ali partiya məktəbini bitirmiş, uzun müddət sovet və partiya işində, rayondarəhbər vəzifələrdə çalışmışdır. Məmmədxanlı kəndindəki sovxoz onun adını daşımışdır.

Keçidlər