Qəriblər
Kəndin adı: QəriblərBu inzibati Ərazi Dairəsinin tabeliyində olan kəndlər:
Qəriblər kəndi
Dəmbəlov kəndi
İsi kəndi
Şıxlar kəndi
Sərkəş (statusu olmayan kənd)
Ərazinin adını daşıyan Qəriblər kəndinin
adının mənası:
“Qəriblər toponimi bəzi alimlərin fikrincə Orand (Talış dağlarında yaşayan tayfalardan birinin adıdır) tayfalarının bu yerdə məskunlaşması ilə əlaqədar yaranmışdır.
Oturaq əhali, gəlmə - bu yerə pənah gətirənləri “qəriblər” adlandırmışdır. Sonralar bu ad yaşayış yerinə bütövlükdə şamil olunub. Qərib sözünün ərəbcə mənaları fikirlərimizi təsdiq edə bilər. Beləki, qərib ərəb dilində “yaxın”, “qohum-qonşu”, “yad yerdə yaşayan”, “yad”, “kimsəsiz” deməkdir. Kənd əhalisinin fikrincə, Qəriblər “Qərib nəsli” deməkdir və Qərib adlı bir şəxs bu kəndin bünövrəsini qoymuşdur). (Musarza Mirzəyev və Şahrza Ağayev “Talış toponimlərinin izahlı lüğəti”)
El arasında XX əsrin 70-ci illərinə qədər kəndin adı talışca “Ğəriboba” adlanmışdır. Talış xanlığı dövründə bu yerlərin adı “Siyobıron” (Qaratikanlıq) adlandırılmışdır (bax: Mirzə Əhməd Mirzə Xudaverdi oğlu - “Əxbərnamə”)
Əhalisi:
İ.Ə.D. üzrə 2934 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi -1452, qadın - 1482 nəfər
Ancaq Qəriblər kəndi üzrə: 2074 nəfər
Kənddə etnik mənşəcə dağ talışları və tükdilli azərbaycanlılar yaşayırlar.
Ərazisi: 443 ha
Coğrafi mövqeyi:
Masallı - Yardımlı magistral yolunun 7-ci kilometrliyində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Qəriblər kənd əhalisinin əsas məşğuliyyəti turizm, əkinçilik, maldarlıq və arıçılıqdır.
Həmsərhəd olduğu kəndlər:
Qəriblər kəndi
şərqdə Ərkivan qəsəbəsi,
qərbdə Şıxlar kəndi,
şimalda Xəlfələr kəndi,
şimal-qərbdə İsi kəndi,
cənubda Əzizabad kəndi ilə həmsərhəddir.
Kənddə ilk məktəbin açıldığı tarix:
1930-cu illərin əvvəllərində kənddə ilk ibtidai məktəb açılıb, 1967-ci ildən həmin məktəb 8 illik,1988-ci ildə orta məktəb kimi fəaliyyət göstərməyə başlayıb.
Kəndin ilk ali təhsillisi:
Paşa Paşayev (coğrafiyaçı müəllim)
Kəndin ziyalıları:
Aslan Adıgözəlov - ticarət təşkilatının rəhbəri
Hamil Məmmədov - müəllim
Xudayar İmamyarov - rayonun ilk azad sahibkarlarından biri (daha ətraflı bax “Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında” bölümünə)
İldırım Allahyarov - rayonun ilk azad sahibkarlarından biri
(daha ətraflı bax “Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında” bölümünə)
Təvəkkül Mirzəyev-
Məmmədəli Məmmədov - müəllim
Təyyar Əmənov - (daha ətraflı bax “Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında” bölümünə)
Yazarlar və şairlər:
Nazim Paşayev (Nazim Qərib)- çorafiyaçı, müəllim
Şahlar Əliyev- ibtidai təhsil metodikası üzrə müəllim
Şirxan Allahyarov
Zeydulla Ağayev - (daha ətraflı Alimlər bölümündə)
Böyük Vətən müharibəsində iştirak edənlər:36 nəfər. Onlardan həlak olanlar: 14 nəfər.
Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında:
Kənddə
Əhmədəli Məmmədəli oğlu Məmmədov - kolxoz sədri vəzifəsində işləyib.
Yolçu Qəribli - kolxoz sədri vəzifəsində işləyib.
Abdulla Ağayev - kənd XDS-nin sədri vəzifəsində işləyib.
Rayonda
Aslan Adıgözəlov - əmtəəşünas, Masallı şəhər ticarət təşkilatının sədri vəzifəsində işləyib.
Cəmil Məmmədov - Masallı RİH aparatında Tikinti və Memarlıq şöbəsinin müdiri, Qəriblər i.ə.d. üzrə nümayəndə vəzifələrində işləyib.
Əli Abduləli oğlu Ağayev - Azərbaycan LKGİ-nın Masallı rayon Komitəsinin birinci katibi, DOAKYC-nin, Məişət Xidməti İdarəsnin müdiri vəzifələrində işləyib.
Xudayar İmamyarov - Masallı Kərpic Zavodunun baş mühəndisi və Konserv Zavodunun direktoru vəzifələrində işləyib, iş adamıdır.
İldirim Allahyarov - Masallı RİHB-nın 1-ci müavini vəzifəsində işləyib, iş adamıdır.
Şaiq Qasımov – DSMF Masallı rayon Şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Təyyar Əmənov - Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsində işləyib.
Ölkədə
Əbülfəz Mehdiyev - Azərbaycan SSR Səhiyyə nazirliyində işləyib.
Tofiq Mirzəyev - (bax Alimlər bölümünə)
Alimlər:
Tofiq Ağaddin oğlu Mirzəyev - həkim-cərrah, tibb elmləri namizədi, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Masallı və Biləsuvar rayonlarında Tibbi Patoloji-Anatomiya üzrə baş ekspert vəzifələrində işləyib.
Zeydulla Abdulla oğlu Ağayev - filoloq (ingilis dili üzrə), filologiya elmləri doktoru, professor
Kəndin din xadimləri:
Cəsarət Cavanşir oğlu Əliyev - filoloq-şərqşünas, kənd məscidinin axundu
Hüseyn Telman oğlu Mehdiyev - ilahiyyatçı, İİR-nın Qum şəhərində dini təhsil alıb.
Məscidlər
Qəriblər kənd Cümə məscidi 1986/89-cu illərdə
Məmmədxan Allahyarov və Hacı Cavanşir Əliyevin rəhbərliyi altında Xudayar Məmmədxan oğlu İmamyarovun və kənd əhalisinin maddi dəstəyi ilə tikilmişdir.
Qəriblər kəndində 1997/2000-ci illərdə Orandlı məscidi Dəmbəlov əsilli əhalinin maddi vəsaiti ilə tikilmişdir. 2015-ci ildə Şirvan Haxıyev həmin məscidi öz şəxsi vəsaiti hesabına təmir etdirmiş, Mərasim Evi inşa etdirmişdir.
Infrastruktur:
Qəriblər inzibati ərazi vahidində 3 məscid, 1 orta məktəb, 1 həkim ambulatori- yası, 1 poçt-rabitə şöbəsi, 1 ATS, 10 kommersiya obyektləri, 40-a qədər turizm-istirahət mərkəzləri, “İsti-su Şəfa sanatoriyası” və s. fəaliyyət göstərir.
Kəndin adı: Dəmbəlov
Əhalisi: 83 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 24, qadın - 59 nəfər)
Ərazisi: 229 ha
Kəndin adının mənası:
Bu toponim talış dilində “Dəmbələhu” adlanır. Kənd əhalisinin fikrincə, adın mənası “dağıntıya məruz qalmış hündür təpə”, “dağ yeri” deməkdir. Dəmbəlov dağının torpağı münbit olduğuna görə kəndin adının “dən” və “bol” sözlərindən götürüldüyünü ehtimal edənlər də var. Kənd sakinləri “Dəmbəlov” zirvəsini “Davinəyurd” adlandırırlar.
Coğrafi mövqeyi:
Masallı-Yardımlı magistral yolunun 15-ci kilometrliyində, Dəmbəlov dağının ətəklərində yerləşir. Dəmbəlov kəndi Masallı rayonunun ən hündür dağ kəndidir və dəniz səviyyəsindən 800 metr yüksəklikdə olan Dəmbəlov dağının zirvəsində yerləşir.
Kəndin məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti sənətkarlıq, əkinçilik, heyvandarlıq və arıçılıqdır.
Həmsərhəd olduğu kəndlər:
Şərq tərəfdən Şıxlar,
şimal tərəfdən Zuvandlı,
qərb tərəfdən Sərkəş və Tilə (Yardımlı r.) kəndləri ilə həmsərhəddir.
Kənddə ilk məktəb:
1934-cü ildə ilk ibtidai məktəb fəaliyyətə başlayıb.
Kəndin ilk ali təhsilisi:
Müseyib Nuriyev
Qulu Quliyev - həkim-terapevt
Həsən Kərimov
Allahyar Babayev
Böyük Vətən müharibəsində iştirak edənlər: 5 nəfər
Kəndin ziyalıları:
Əli Əkbərli - Bakı şəhər Yasamal rayon bələdiyyəsinin sədr
müavini
Həzərxan Ağayev - Qodman i. ə. d. üzrə Masallı RİH
başçısının nümayəndəsi
Mətləb Ağayev - müəllim
Müseyib Nuriyev - müəllim, pedaqoq, məktəb direktoru
Sədrəddin Ağayev - riyaziyyatçı, pedaqoq, müəllim (Bakı
şəhəri)
Ölkədən kənarda yaşayan ziyalılar haqqında:
Əligüşət Kərimov - Rusiya Federasiyası Krasnoyarsk vilayəti Norilsk şəhər Azərbaycan diasporasının sədri, Norilsk şəhər Sovetinin deputatıdır.
Yazarlar:
Daməd Əkbərov (Yanardağlı) - şair
Ələkbər Əkbərov
Əlisa Əkbərov
Əlövsət Kərimov
Tarix Sadıxov (Yazoğlu)
Kəndin digər tanınmışları:
Kənddə
Kərbəlayi Nağı - (kəndxuda-kətto)
Sayad Məlikov
Zabil Abdullayev
Rayonda
Cabbar Məlikov - mühəndis, Masallı rayon İH-də şöbə müdiri vəzifəsindı işləmişdir.
Ölkədə
Əli Əkbərli - Prezident Adminstrasiyasında işləyir.
Əsəd Vəliyev - DİXK-da (NKVD) işləyib.
Xandadaş Bagirov - Nəqliyyaqt Nazirliyində işləyir.
Mahmud Babayev - 1918-1920 (illər) ADC dövründə fəal olub.
I Qarabağ Müharibəsi iştirakçıları
Bəhlül Şiriyev
Hikmət Şirvanov
Xəlil Şiriyev
Seyran Cəbiyev
Yusif Cabbarov, şəhid yoxdur.
DƏMBƏLOV kəndinə aid nələr çatmır?
1. İlk müəllim
2. Qəhrəman anaların sayı
3. Yüksək vəzifələrdə işləyənlər.
4. Orden və medal alanlar
5. Yazarlar haqqında ətraflı
6. Tanınmışların işi vəzifəsi, təvəllüdləri və sair göstərilməli.
7. Tarixi abidələri və müasir inzibati tikililəri- Kənd ətrafında qoruyucu bürc-keşikçi qalaçaları, Əli dərəsi - Qoç başlı daşlar, Sərkəş-Qarğabazarı qədim bazar yeri.
8. Digər sahələrdə - idman, musiqi, mədəni-kütləvi və s. tanınmışlar
Kəndin adı: İsi kəndi
Əhalisi:491 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 207, qadın - 284 nəfər
Ərazisi:12 ha
Kəndin adının mənası:
Masallı rayonuun ərazisində yerləşən İsi kəndinin adı antropotoponimdir (şəxs adlarından düzələn yer adları). Yerli əhalinin fikrincə İsi şəxs adı deyil. Talışca “i” və “se” sözlərindən yaranmış, mənası “bir”-üç” deməkdir. Toponim bir neçə ev, oba mənasında da izah olunur. İsi bəylərinin nəsil şəcərisini yazıçı-publisist, jurnalist-araşdırıcı Xodaşirin Cəbiyev (Cabbarlı) tədqiq edərək belə bir nəticəyə gəlmişdir ki, kəndin ilk adı “Siyobır”, el arasında “Bəy kəndi”dir. Kəndin ilk sakinləri Talış xanlarının nəslindən olub, İranın Nəmin nahiyəsindən bu əraziyə köçüb gəlmişlər. Mir Abdulla bəyin oğlu Mir İsgəndər bəyin şərəfinə sonralar kənd İsi adlandırılmışdır.
Coğrafi mövqeyi:
Masallı Yardımlı yolunun 9-cu kilometrliyinin şimal istiqamətində, indiki Viləş-çay dərayaçasının cənub sahilindəki təpəlikdə, füsünkar bir ərazidə yerləşir. Ərazisinin kiçik olmasına baxmayaraq, kənddə heyvandarlıq, arıçılıq və
turizmin inkişafı üçün geniş imkanlar vardır.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Həmsərhəd olduğu kəndlər:
Cənub-şərqdən Qəriblər və cənub-qərbdən Şıxlar kəndi ilə həmsərhəddir.
Kəndin ilk ali təhsillisi:
Mirkazım Aslanlı (Sarəng)
Alimlər:
Mehman Əliyev - tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin şöbə müdiri vəzifəsində çalışıb.
Mirkazım Aslanlı (Sarəng) (1912-1975) həkim-fizioterapevt, aqronom, seleksiyaçı, musiqiçi-ifaçı, bəstəçi, yazıçı, dramaturq, şair, poliqlot, tərcüməçi, ixtiraçı, xeyriyyəçi, tibb elmləri namizədi
Kəndin digər tanınmışları:
Kənddə
Ağaxan Hüseynov
Nurəddin Əhədov
Rayonda
Miriş Hüseynov - müğənni-ifaçı, mədəni-maarif işçisi. “Azəri-Star” yarışmasının qaliblərindən biri, “Üns” yaradıcılıq birliyinin salısti, 10-a yaxın serialda səslənən mahnıların ifaçısı.
Asif Əliyev - həkim-pediatr, Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işləmişdir.
Ölkədə
Akif Əliyev - polkovnik, DİN-də işləyib.
Əlövsət Əliyev - həkim-cərrah, Tibb Univerisitetinin professoru, elmlər doktorudur, 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Xaricdə
Ağabəy Aslanbəyov - həkim, səhiyyə təşkilatçısı, SSRİ-nin Səhiyyə əlaçısı, müğənni-ifaçı, Qazaxıstan SSR Çu vilayəti Səhiyyə İdarəsinin baş həkimi vəzifəsində işləmişdir.
Ənvər bəy Aslanbəyov - general, hərbi sərkərdə (Türkiyə Cümhuriyyəti)
I Qarabağ müharibəsi iştirakçısı-1, şəhid yoxdur
İSİ kəndinə aid nələr çatmır?
1. Qəhrəman anaların sayı -4
2. II Dünya Müharibəsi iştirakçılarının sayı-2
Kəndin adı: Şıxlar kəndi
Əhalisi: 286 nəfər (01.01.2021-ci il tarixə). O cümlədən; kişi - 136, qadın - 150 nəfər
Ərazisi: 60 ha
Kəndin adının mənası:
Masallı rayonunda Şıxlar adında iki yaşayış yeri mövcuddur. Kəndlərin adları şox ehtimal ki, bu ərazidə yaşamış şeyxlərin adları ilə bağlıdır. Talışca “Şıxon” (Şeyxlər) adlanan kənddə 40-dan artıq təbii bulaq vardır. Ətraf kəndlərdə yaşayanlar və yaşlı insanlar kəndi Şıxhoni kimi də adlandırırlar. “Şıx” sözü “Şeyx” sözünün eynidir. Şıxlar ərəbcə, “şeyxlər” olub, mənası başçılar, rəhbərlər deməkdir. Şıxlar kəndinin tarixi eramızdan əvvəl III yüzilliyə təsadüf edir. Lakin kəndin yenidən bərpası XI əsrin sonunda olmuşdur. Qoç başlı daş abidər və Pirzadə adlanan ziyarətgah - Ocaq mövcuddur.
Coğrafi mövqeyi:
Masallı - Yardımlı yolunun 12-ci kilometrliyində, Dəmbəlov dağının ətəklətində yerləşir. İstisu mineral su bulaqlarına ən yaxın yaşayış məntəqəsidir.
Kəndin əsas məşğuliyyəti:
Şıxlar kəndinin əhalisi heyvandarlıq və turizmlə, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində müxtəlif kiçik bizneslə məşğul olur.
Həmsərhəd olduğu kəndlər:
Şıxlar kəndi şimal-şərqdən İsi və qərbdən Dəmbəlov, şimal-qərbdən Yelağacı kəndləri, cənubdan İsti su sanatoriyasının ərazisi ilə həmsərhəddir.
İlk məktəb: 1955-ci il
İlk müəllim: Xıdırov Məmmədağa (Ərkivan qəsəbəsi).
Ziyalılar:
Sucayət Hidi oğlu Nəzərov (daha ətraflı bax “Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında” bölümünə)
Əliağa Həmzəyev
Elxan Babazadə (daha ətraflı bax “Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında” bölümünə)
Güloğlan Bağırov
Etibar Mirzəyev
Qəni Hüseynov
Həzərxan Ağayev
Davudxan Məmmədov (Viləş)
İntiqam Əkbərov
Əliniyaz Mirzəyev
Kəndin müxtəlif vəzifələrdə işləyənləri haqqında:
Kənddə
Elşad Səfərov - Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışmışdır.
Əliağa Həmzəyev- filoloq, fransız dili müəllimi
Qəni Hüseynov - fizika-riyaziyyat müəllimi olmuşdur.
İntiqam Əkbərov - Şıxlar kənd məktəbinin direktoru vəzifəsində işləyib.
Rayonda
Elxan Babazadə - Plan-İqtisat Texnikumu Masallı Filialının direktoru, Əmlak Məsələri üzrə Dövlət Komitəsində şöbə müdiri, Vergilər Nazirliyində Məhkəmələrlə iş bölməsinin müdiri və s. v. çalışmış, Vergi xidməti üzrə polkovnik rütbəsini daşımışdır. Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə çalışır. II dərəcəli Dövlət qulluqçusudur.
Sucayət Hidi oğlu Nəzərov - Masallı rayon Mərkəzi
Xəstəxanasının ilk qulaq-burun boğaz (QBB) həkimi olmuşdur.
Taryel Əkbərov - Masallı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. II dərəcəli dövlət qulluqçusudur.
Ölkədə
Etibar Mirzəyev - tarixçi, Ədliyyə Nazirliyində çalışmış, ədliyyə polkovniki rütbəsini daşımışdır.
Güloğlan Bağırov - Tank qoşunları üzrə peşəkar hərbçi, briqada və hissə komandiri, I Qarabağ döyüşlərinin qəhrəmanlarından biridir. Türkiyə, Ukrayna və Cin hərbi Akademiyalarının məzunu, hərbi polkovnik rütbəsini daşımışdir.
Həzərxan Ağayev - riyaziyyat müəllimi, Qodman kənd XDS-nin sədri və Dimitrov adına sovxozun ilk partiya təşkilat katibi vəzifələrində işləmişdir.
Əliniyaz Mirzəyev - idman mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində işləyir.
Adil Quliyev - Masallı rayonunda iş adamıdır.
Xaricdə
Davudxan Məmmədov - Bakı rəssamlıq məktəbini,
Zaqafqaziya Ali Komsomol məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Şair, yazıçı, bir neçə kitabın müəllifidir.
Nurəddin Ağayey - Rusiya Federasiyasında da iş adamıdır.
Əfqaqnıstan müharibəsinin şəhidi - İsimxan Məmmədov
Əfqanıstan müharibəsinin veteranları - İsimxan Zəki oğlu
Məmmədov və Valeh Yavər oğlu Hüseynov
Məscidlər
1990/92-ci illərdə kənd ağsaqqalları Canəli Camalov, Həşim Babayev və Möhübbət Səmədovun təşəbbüsü ilə Şıxlar kənd Cümə məscidi əhalinin maddi köməyi ilə inşa edilnmişdir. İş adamı Adil Quliyev 2010-cu ildə şəxsi vəsaiti hesabına məscidi yeni üslubda təmir etdirmişdir.
I Qarabağ müharibəsi iştirakçısı yoxdur.
II qarabağ müharibəsi iştirakçısı - 2
ŞIXLAR kəndinə aid nə çatmır:
Kəndin ilk ali təhsillisi haqqında geniş m-t (1 nəfər)
Qəhrəman anaların sayı-3
II Dünya M-si iştirakçılarının sayı-4
Müxtəlif yüksək vəzifələrdə çalışanlar haqqında ətraflı
Yüksək dövlət mükafatları alanlar yoxdur
Alimlər haqqında ətraflı məlumat yoxdur
Kəndin adı: Sərkəş (statusu yoxdur)
Əhalisi: 30 nəfər, 12 ev
Ərazisi:5 ha
Kəndin adının mənası:
Bu toponim talış dilində “Sər - Kəş” adlanır. Kənd əhalisinin fikrincə, adın mənası “baş”, “əl-qol” sözlərindən əmələ gəlmişdir. Sərkəş kəndi Masallının Dəmbəlov və Köhnə Zuvandlı,Yardımlının Tilə, Lerikin Vamazğon kəndlərinə yaxındır.
Coğrafi mövqeyi:
Masallı-Yardımlı magistral yolunun 17-ci kilometrliyində, Dəmbəlov dağının ətəklərində yerləşir. Sərkəş kəndi Masallı rayonunun ən hündür dağ kəndlərindən biridir və dəniz səviyyəsindən 800 metr yüksəklikdə olan Dəmbəlov dağının ətəyində yerləşir. Masallı rayonunun elektrik xətti olmayan yeganə yaşayış məntəqəsidir.
Kəndin məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti sənətkarlıq, əkinçilik, heyvandarlıq və arıçılıqdır.