Şriftin ölçüsü :

Saytın rəngi :

Sərçuvar

Kəndin adı: 
Sərçuvar kəndi

Əhalisi: 

1681 nəfər

Ərazisi: 

739 ha

Coğrafi mövqeyi: 
Sərçuvar kəndi rayonunun şərqində yerləşməklə Bakı-Astara yolunun 244 kilometrliyindədir. 

Əsas məşğuliyyəti: 

heyvandarlıq və Əkinçilik

Həmsərhəd olduğu kəndlər: 
Xıl, Sirəbil, Boradigah, Qumbaşı, Yeddioymaq, Təzəkənd

Kəndin adının mənası: 
Sərçuvar “salçuvar” sözündən olub, tor qurulan yer, ovçular məkanı deməkdir. Kəndin tarixi XVIII əsrin ortalarına aiddir. Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Lənkəran Qəzası adlanmışdır. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Sərçuvar kəndi onun tərkibinə daxil edildi.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanı Məmmədov Səfəralı Qurban oğlu 
14 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmiş həmin il hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra Krasnovodski səhəri Daxili İşlər Şöbəsi yanında müəssisəsindən kənar Mühafizə Şöbəsində gözətçi işləmişdir. 1989-1990-cı illərdə Bakı Xüsusi orta Milis məktəbində oxumuşdur. Həmin məktəbin kursantı ikən Qarabağ hadisələri ilə əlaqədar qaynar nöqtələrə ezam olunmuş, dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmişdir. 1990-cı ilin sentyabr ayında Ağdam Daxili İşlər Şöbəsinin Post Patrul Batalyonunda taqım Komandiri vəzifəsində çalışmışdır. 1991-ci ildə Daxili İşlər Nazirliyində əla xidmətinə görə ”Döş Nişanı” ilə təltif olunmuşdur. 1992-ci ilin fevral ayının 16-da erməni quldurlarının mühasirəsində olan Xocavənd rayonunun Qaravəlli kənd sakinlərini xilas edərkən onun Komandir olduğu Tağım minaya düşmüşdür. Azərbaycan xalqının igid oğlu Səfəralı Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına 1992-ci il Fevral ayının 16-da həlak olmuşdur. Ölümündən sonra ona Azərbaycan Respublikasının ”MİLLİ QƏHRƏMAN” fəxri adı verilmişdir S. Məmmədovun Qəhrəmanlığı heç vaxt yaddan çıxmayacaqdır. Qəhrəmanın adına Masallı səhərində küçə, Sərçuvar kəndində məktəb və onun adına ucaldılmış Abidəsi vardır.

Eyvazov Elşən Gülağa oğlu 02 iyun 1973-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 
1990-cı ildə Sərçuvar kənd orta məktəbinin bitirmişdir. Sonra “Sərçuvar” sovxozunda fəhlə işləmişdir. Azərbaycan Respublikasının erməni qəsbkarlarının hücumuna məruz qalanda könüllü olaraq Milli Orduya 1992-ci ilin May ayının 5-də getmişdir. Vətənin dar günündə onun müdafiəsinə qalxmışdır. Eyvazov Elşən Gülağa oğlu 1992-ci ilin yayında 701-ci Briqadanın tərkibində Ağdam ətrafındakı döyüşlərdə düşmənə qarşı rəşadətlə döyüşmüş, bir necə düşməni məhv etmişdir. E. Eyvazov sonra Laçın rayonun ərazisində döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin oktyabr ayında Laçın rayonun Pircahan qəsəbəsi və Şuş kəndi yanında gedən qeyri bərabər döyüşdə ayağından yaralanmış və itkin düşmüşdür. Masallı rayon Məhkəməsinin Qərarı ilə “Şəhid” statusu verilmişdir.

Böyük Vətən müharibəsində iştirak edənlər:
Abdullayev Yusub Nurulla oğlu 
Abdullayev Cümü Rzalı oğlu 
Abdullayev Şanı Məmmədqulu oğlu 
Abdullayev Əyyub Məmmədqulu oğlu 
Abdullayev Mürşüd Məmmədqulu oğlu 
Abıyev Musa Nəcəfqulu oğlu 
Abıyev Burçalı Xanbala oğlu 
Babayev Heybət Baba oğlu 
Bayramov Hüsü Maşan oğlu 
Bayramov Hüseynxan Maşan oğlu 
Cavadov Qulamhəsən Alış oğlu 
Cavadov Gülhəsən Alış oğlu 
Eyvazov Quşbala Əmən oğlu 
Əkbərov Aqaş Əkbər oğlu 
Həsənov Xaliq Həzi oğlu 
İmanov Çoban Rəhim oğlu
İsgəndərov Qəzənfər Novruz oğlu
İsgəndərov Siyab Ağaşərif oğlu
Kərimov İman Səfər oğlu
Kərimov Xudaqulu Səfər oğlu
Qafarov Rəcəb Əlirza oğlu
Qafarov Kazım Həzi oğlu
Məmmədov Qəhrəman Əpişan oğlu
Məmmədov Gözdər Rəsul oğlu
Məmmədov Bayrı Rəsul oğlu
Məmmədov Məmi Qəpi oğlu
Məmmədov Xanqulu Gülağa oğlu
Məmmədov Ramazan Şıxı oğlu
Məhərrəmov Almaz Alxas oğlu
Məmmədov Həzərxan Şirməmməd oğlu,
Mikayılov Cəlal Möhsüm oğlu
Rəfiyev Malik Qaraş oğlu 
Səmədov İbiş İbrahim oğlu
Səmədov Ataş Şirəli oğlu
Səmədov Baba Şirəli oğlu
Səmədov Hüseynbala Rüstəm oğlu
Səmədov Yədulla İbrahim oğlu

Sərçuvar kəndində 1918-ci ildə Müsavat Hakimiyyəti və 1920-ci ildə Sovet Hakimiyyəti 
qurulduqda aşağıdakı şəxslər kəndə rəhbərlik etmişlər.

Abdullayev Göyüş Nurulla oğlu – İlk Musavatcı
Abdullayev Xosrov Nəsir oğlu – İlk Musavatcı
İsmayılov İsmayıl Xan oğlu – Kənd Xuda
Qızlavarlı Nüsrət kişi – Kənd Soveti
Şükür kişi – Kənd Xuda
Xıllı Bəhrəm kişi – Kolxoz Sədri
Qafarov Ramazan Abas oğlu – Kolxoz Sədri
Hüseynov Əlihüseyn Həsənalı oğlu – Sovxoz Sədri
Abdullayev Paşa Yusub oğlu – İlk Part.Təşk.Katibi

Sərçuvar kəndində qədimi yaşayış evləri və tikililəri: 1800 – 1900-cü illər.

Kəndin ziyalıları haqqında:

Sərçuvar kəndində ilk sinif məktəbi yaşayış evində yerləşərdi. Dörd sinif otağının dörd müəllimi var idi.
Onlardan ilk qadın müəlliməsi Nina, Elmira olmuşdur. 
Qiyas, Nəsrəddin, Rəhim, Novruz, Əli, Həsən, İdris müəllimləri kənddə ilk ziyalıları yetişdirmişlər. 
Qafarov Qiyas Mahmud oğlu 
Qarayeva Elmira Mirzağa qızı

Kəndin din xadimləri:

Qafarov Əlirza Ağakərim oğlu Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, İslam Universitetinin müəllimi, Din xadimi – Bakı şəhəri
Miriyev Lətif Cahangir oğlu Cümə Məscidinin Axundu, Din xadimi – Bakı şəhəri.
Nəcəfov Çingiz İsa oğlu Axund, Din xadimi – Bakı şəhəri.
Mehdiyev Coşqun Əvəz oğlu Sabunçu məscidinin axundu, Din xadimi – Bakı şəhəri.
İsmayılov Fizuli Dağıstan oğlu Qaraçuxur Məscidinin axundu, Din xadimi – Bakı
İsmayılov Çingiz Cəngistan oğlu Axund, Din xadimi – Bakı şəhəri.
İsgəndərov Əliisgəndər Əlibəndə oğlu Axund, Din xadimi – Bakı şəhəri.

Kəndin digər tanınmışları:

Hüseynov Əlisa Əlihüseyn oğlu
02.03.1942 Masallı Rayon Sirəbil kəndində anadan olub 1958-ci ildə Xıl kənd orta məktəbini bitirib. Həmin il Gəncə kənd təsərrüfatı institutunun zootexnik fakültəsinə daxil olub. 1962-ci ildə oranı bitirmişdir. Rayonda müxtəlif vəzifələrdə çalışmış, 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı nazirliyinin elmi tədqiqat İqtisadiyyat İnstitutunun Aspiranturasına daxil olub, 1969-cu ildə Dissertasiya müdafiə edərək, İqtisad Elmləri namizədi alimlik dərəcəsi almışdır. İnstitutun şöbə müdiri, Həmkarlar Komitəsinin sədri və Partiya Komitəsinin katibi işləmişdir. Ali Partiya məktəbində dərs demiş, çoxlu məqalə və kitabların müəllifidir. Siyasi fəaliyyətində Sosial Rifah Partiyasının yaradılmasında böyük xidməti olmuşdur. 1999-cu ildə vəfat etmişdir.

Hüseynov Əlimusa Əlihüseyn oğlu - Tanınmış Diş Həkimi, Montin xəstəxanası - Bakı.
Abdullayev Fuad Paşa oğlu - Neftçilər, Biləcəri Dəmir Yol xəstəxanası. Cərrah – Bakı.
Hüseynov Ədalət Həsəsn oğlu – Diş Həkimi, Hövsanı qəsəbəsi – Bakı şəhəri.
Hüseynov İsmayıl Nurpaşa oğlu – Əhmədli poliklinkası, Diş həkimi – Bakı.
Abdullayev Nurulla Paşa oğlu – Xırdalan Zəfəran Apteki Əczaçı – Bakı şəhəri.
Həmzəyev İlqar Hüseyn oğlu – Bibheybət Neft Qaz İdarəsinin rəyisi – Bakı.
İsmayılov İxtiyar Balaxan oğlu – Astara Kömrük İdarəsinin məs-çi – Astara.

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:

Abıyev Həbib Bəhlül oğlu – Murmaniski Vilayət, Mançeqoriski şəhər – Rusiya Federasiyası.
Qafarov Neymət Qafar oğlu – Tümen şəhəri, Sahibkar – Rusiya Fedarasiyası
Qafarov Hamin Qafar oğlu – Saratov Vilayəti, Saratov şəhəri – Rusiya Fedarasiyası.
Mehdiyev Ərəstun Əvəz oğlu – Murmaniski Vilayət, Mançeqoriski şəhər – Rusiya Federasiyası.

Kəndin Bakıda yaşayan imkanlıları:
Səmədov Əllamə Əhəd oğlu – Ticarət mağaza sahibi – Bakı şəhəri.
Quliyev Süleyman Səlim oğlu – Qaradağ Siment zavodu, Sahibkar – Bakı şəhəri.
Məmmədov Əfsər Divan oğlu – Tikinti – Bakı şəhəri.
Bağırov Əliəvəz Teti oğlu – Tikinti – Bakı şəhəri. 

 

Kəndin adı: 
Sirəbil kəndi

Əhalisi: 
747 nəfər

Ərazisi: 
315 ha

Coğrafi mövqeyi: 
Düzənlik

Kəndin əsas məşğuliyyəti: 
Heyvandarlıq və Əkinçilik

Həmsərhəd olduğu kəndlər: 
Xıl, Sərçuvar, Boradigah, Bədalan,

Kəndin adının mənası: 
SİRƏBİL – “si-əbil” sözündən olub, si – qara, əbil – göl, çökəklik, bataqlıq deməkdir. Kəndin tarixi XVII əsrin ortalarına aiddir. Əhalinin bir hissəsi bu dövrdə Şamaxıda olan Zəlzələdən bura köçənlərdir. Buraya vaxtı ilə Bakıdan, Şəkidən gedən, Lənkəranın dağ kəndlərindən də köçüb gəliblər. Burada xüsusi ilə Seyidlər deyilən tayfalar yaşayır. Seyid Mali Ağanın nəslindəndirlər. Seyidlər əsasən Boradigahdan gəliblər. 

Kəndin tarixi abidələri: 
Burada Seyid Kamal Ocağı yerləşir. İnsanların pənah yeridir. Xeyriyyəçi Hacı İbrahim tərəfindən çox müasir formada tikilib tam təmir edilmişdir, əhalinin istifadəsinə verilmişdir. Sirəbil kəndi Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Lənkəran Qəzası adlanmışdır. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Sirəbil kəndi onun tərkibinə daxil edildi.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 

Səmədov Niyaz İsabala oğlu 
1974-cü ildə Sirəbil kəndində anadan olmuşdur. Orta məktəbini bitirdikdən sonra “Sirəbil” sovxozunda fəhlə işləyib. İşgüzarlığı və əməksevərliyi ilə kollektivdə böyük hörmət qazanmışdır. 1993-cü ildə oktyabrın 16-da Hərbi xidmətə gedib. Beyləqan və Fizuli bölgəsində vuruşub, iştirak etdiyi döyüşlərdə igidlik göstərərək bir neçə düşməni məhv edib. Niyaz Səmədovun son döyüşü 1994-cü ilin fevral ayının 11-də Fizuli bölgəsində olub. Bu qanlı döyüşlərdə qəfil atılan düşmən gülləsinə tuş gəldi. O, 20 yaşında ikən əbədi olaraq gözlərini yumdu. O, canından çox istədiyi Vətəni uğrunda şəhid oldu. Niyazın igidliyi heç vaxt yaddan çıxmayacaqdır. Xalqımız Niyaz kimi oğullarla fəxr edir. Onun oxuduğu Sirəbil kənd məktəbi Niyazın adını daşıyır. 

Böyük Vətən müharibəsində iştirak edənlər:

Bəşirov Novruz Nəbi oğlu 
Əliyev Sərvan Abduləli oğlu 
Əkbərov Rəcəb Əkbər oğlu 
Əkbərov Əlipaşa Əkbər oğlu 
Əkbərov Əliəsgər Bəxşi oğlu 
Əsgərov Nazim Abdulrəhim oğlu 
Əsgərov Yadulla Abdulrəhim oğlu 
Əkbərov Həpən Müzəffər oğlulu 
Əkbərov Məhəmməd Əliəsgər oğlu 
Əsgərov Hacırza Dayyan oğlu 
Əsgərov İsaq Dadaş oğlu 
Fəttayev Yusub Bağır oğlu 
Hüseynov İlyas Abdulla oğlu 
Hüseynov Hüseyn Abdulla oğlu 
Həşimov Şirəli Nuhi oğlu 
Həşimov Qarabala Həşim oğlu
Hüseynov İsabala İsmayıl oğlu
İsayev Sarıbala Nəcəf oğlu
İsayev Mozi Nəcəf oğlu 
İsayev Dəni Şivan oğlu 
Qulamov Şirəli Güləli oğlu 
Rəhimov Ziyad Hilal oğlu 
Rəhimov İnşallah Heyməri oğlu 
Rufullayev Şahhüseyn Ağahüseyn 
Rufullayev İmim Rəfi oğlu 
Səmədov Qara Əhməd oğlu 
Şahmarov Çınalı Məcəli oğlu 
Şükürov Ziyad Ramazan oğlu 
Talıbov Abıəli Şahmar oğlu 
Teymurov Hüseyinbala Abuli oğlu 
Teymurov Teymur Abuli oğlu 
Vahidov Hüseynqulu Həmzə oğlu

Kəndin ziyalıları haqqında:
Sirəbil kəndində ilk sinif məktəbi evlərdə açılmışdır. 
İlk yazı yazmağı öyrədən 1941 – 1945-ci il Müharibəsində həlak olmuş Əsgərov Hacırza Dəyyan oğlu olmuşdur.

Kəndin din xadimləri:
Məmmədov Surxay Məmməd oğlu – Cümə məscidinin axundu, din xadimi – Bakı 
Məmmədov Bərxudar Məmməd oğlu – Göy məscidin axundu, din xadimi – Bakı şəh
Əyyubov Mirkazım Mirsəddin oğlu – Ceyranbatan məscidinin axundu, din xad. - Bakı 

Kəndin digər tanınmışları:
Əhmədov Kamran Xəlil oğlu – İqtisadi İnkişaf Nazirliyi – Bakı şəhəri
Hilalov Cavanşir Rafiq oğlu – Polkovnik, Ali Hərbi məktəb – müəllim – Bakı, Biləcəri
İmanov Yaşar Əliş oğlu – Polkovnik – Leyt. – Rus ordusu – Vladiqafqaz şəhəri
Dadaşov Sübhan Dadaşbala oğlu – Polkovnik, Dustaqxana rəisi – Sverdloviski vilayəti
Dadaşov Əlifağa Dadaşbala oğlu – Mayor, Dustaqxana işçisi – Sverdloviski vilayəti
Əkbərov Fərhad Müştəba oğlu – Polkovnik, Hərbi aviyasiya – Bakı şəhəri

Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:

Hilalov Telman Sərxan oğlu – Tümen vilayəti, Nabiblanki şəhəri.
Musayev Mahir Mədalı oğlu – Sankt-Petirburk.

Kəndin iş adamları:
Məmmədov İbrahim Ağaməmməd oğlu – “Emruz” şirkəti – Bakı şəhəri
Məmmədov Rahib Ağaməmməd oğlu – Sədərək Ticarət Mərkəzi – Bakı şəhəri
Musayev Ramiz Mədalı oğlu – Mebel – Masallı şəhəri
Səmədov Amil Təyyar oğlu – Tikinti satış – Masallı şəhəri
Fətullayev Ramin Dadaş oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev Əlipənah Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Hadıyev İqbal Ağaməmməd oğlu – Geyim Mağazası – Masallı şəhəri
Şahmarov Əbülfəz Talıb oğlu – Baytarlıq apteki – Masallı şəhəri

Keçidlər