Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxlar

Şıxlar inzibati ərazi dairəsi bir kəndi – Şıxlar kəndini əhatə edir.

 

Kəndin şəhidləri:

  1. Telman Mirzə oğlu Hüseynov (1973-1993)

2. Natiq Əlyar oğlu Orucov (1973- 1992)

Kəndin alimləri:

 

Məmmədov Nəsirağa Şahmurad oğlu – filologiya elmləri doktoru, professor.

 

Hüseynov Şaban Qulam oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent. 

 

Tanınmışlar

 

Kənddə

 

Kərim Həsənov – Masallı rayon Mədəniyyət Evinin, Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Gülağa Məmmədov –Şıxlar sovxozunun direktoru, RİHB-nın Şıxlar ərazisi üzrə nümayəndəsi və s. vəzifələrdə çalışıb.   

 

Rayonda 

Maşalla Hüseynov–Krupskaya adına sovxozun (Yeddioyma          q kəndi), Masallı rayon quşçulq fabrikinin direktoru, rayon baytarlıq idarəsinin rəisi, Masallı Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 

 

Miryəhya Bədirov - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin müdiri 

 

Mirdaməd Nəbiyev – Masallı RMX-nin şöbə müdiri.ƏƏSMN-nin Masallı və Yardımlı rayonları üzrə zona Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifələrində işləyib.

Mirrəhim  Nəbiyev – Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi. 

            

Ölkədə

 

Əliş Hüseynov -  Azərbaycan Ali Sovetinin deputatı olub .

 

Ərazinin coğrafi mövqeyi:

 

Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Düzənlik 

 

Həmsərhədləri:

 

İkinci Yeddioymaq, Qasımlı və Qasımlı stasiyası, Göyəçöl, Təzəkənd,

Sərçuvar kəndləri ilə həmsərhəddir. 

 

Tarixi, adının mənası:

 

Şıxlar – Şeyxlər sözünün sadələşdirilmiş formasıdır.

Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar - ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir.Bu tipli coğrafi adlar “şeyxlərə məxsus”, “şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasındadır. 

Azərbaycanın bir çox rayonlarında Şıxlar adında kənd var. Masallıda isə 2 Şıxlar kəndi var (Dağ Şıxlaraı- Qəriblər ərazisində və Şıxlar Ərazi Dairəsi)

 

 

Ərazisi: 

 

Cəmi: 1042 hektar

Əhaliyə verilmiş pay torpaqları 497 hektar

Əkilmiş torpaq sahələri 144, 8 hektar

Bələdiyyə mülkiyyəti 376 hektar

Əhalisi: 

 

3742 nəfər (1 yanvar 2012-ci il vəziyyətinə)

 

Kişilərin sayı 1893 nəfər,

Qadınların sayı 1849 nəfər,

Fərdi evlərin sayı - 800

Təsərrüfatların sayı - 949

 

Əhalinin məşğuliyyəti: 

 

Əkinçilik, maldarlıq

 

Şıxlar çəltikçilik üzrə ixtisaslaşmış ərazilərdəndir.

 

İnzibati tikintilər, infrastruktur:

 

            Şəhid Natiq Orucov adına Şıxlar kənd 1 nömrəli ümumi orta məktəb binası2008-ci ildə inşa edilib.                               .

 

Ərazi nümayəndəliyinin binası

 

Əvvəlki illərdə Yeddioymaq sovetliyinin tərkibində olan Şıxlar kəndi

1991-ci ildə həmin sovetlikdən ayrılıb (sədri Ələkbər İnşalla oğlu Əkbərov olub). 

 

1992-ci lldə Masallı RİHB-nın   İnzibati Ərazzi Dairəsi kimi fəaliyyət göstərir (ərazi nümayəndəsi Əzizağa Hüseynov olub

 

Şıxlar sovxozu (ilk direktoru yeddioymaqlı Umudəli Hüseynov olub) 1985-ci ildə Krupskaya adına sovxozun (Yeddioymaq) tərkibindən ayrılıb.   

Tibbməntəqəsi

2011-ci ildə iş adamı (inidi Milli Məclisin üzvüdür) Məşhur Məmmədovun maddi dəstəyi ilə tikilib.     

 

Poçt binası 

 

Kənd istirahət mərkəzi

 

Ərazidə 7 ticarət və qeyri-ticarət obyekti fəaliyyət göstərir.

Məscidlər

Kənddə iki məscid var.

XIX əsrin sonlarında tikilən məscid 1984-cü ildə sakinlərin vəsaiti hesabına yenidən bərpa edilib. Məscid Sovet dövründə (1920-1991) bağlansa da, digər təyinat üzrə   istifadə edilməyib. 

Məscidin həyətində mərasim eviinşa edilib.

 

İkinci məscid isə son illərdə inşa edilib.

 

Ziyarətgahlar:

Kənd qəbiristanlığında yerləşən Mir Əlican Ağa ocağıƏlican (1891-1980) adlı seyidin, Mir Rəsul Ağa ziyarətgahıRəsul Əlican oğlu (1937-2002) adlı seyidin, 

 

Mirələm ocağı

Mirələm Mirfeyzi oğlu Nəbiyevin (1937-1992) adı ilə bağlıdır. 

 

Ərazidə kənd təsərrüfatı əhəmiyyətli 15 hektara yaxın sahədə sututarı yaradılıb. 

 

Düyü dəyirmanıötən əsrin 90-cı illərində tikilib istifadəyə verilib. Taxıl sahələri azaldıqdan sonra dəyirmanın fəaliyyəti dayanıb. Dəyirmanın sahibi İbrahim Seyfullayev 2017-ci ildə burada yenidənqurma işləri aparıb, müəssisəni çəltik döyülməsi üçün hazırlayıb. Dəyirman qonşu kəndlərdən gətirilən məhsulları da qəbul edir.

 

Un dəyirmanı 1993-cü ildə kənd sakini Şahhüseyn Sahib oğlu Hüseynov tərəfindən yaradılıb. 

 

İlklər

Kənddə ilk məktəb:

 

1948-50-ci illərdə məktəb Güləhməd Əli oğlu Məmmədovun evindəfəaliyyət göstərib.   

1955-ci ildə ibtiadi məktəb yaradılı, direktoru İzzət Əli oğlu Fərəcov olub.

1975-ci ildə yaradılan səkkizillik məktəbin ilk direktoru Əbülfəz Abı oğlu Kərimov olub.

Kənd ümumi orta məktəbiisə 2008-ci ildə tikilib.

Şıxlar  kəndinin  ilk şıxlarlı ali təhsilli qadın müəllimi

Hüseynova Həmidə Əliş qızı.

Həmidə müəllimə Masallı rayonun tanınmış əmək qabaqcıllarından biri, Azərbaycan Ali Sovetinin deputatı olmuş Əliş Hüseynovun ailəsində anadan olmuş, kənddəki məktəbdə  orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra öncə kənddəki südçülük fermasında, sonra sovxozda fəhlə işləmişdir.

H. Hüseynova daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, oranın uğurla bitirərək İbtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.

H. Hüseynova ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayonundakı  məktəbə müəllim təyin olunmuşdur. Burada bir müddət çalışdıqdan sonra doğma rayonu Masallıya qayıtmış, buradakı Yeddioymaq və Şıxlar məktəbində müəllim işləmişdir.

H. Hüseynov Şıxlar kəndində ali təhsil almış ilk  şıxlarlı qadın müəllimdir.

Hazırda Bakıda yaşayır. O, həm də bədii yaradıcılıqla məşğuldur. Yüzlərlə şeirin müəllifidir. 40 -a yaxın şeirinə  mahnı bəstələnmişdir.

Bir qızı və bir nəvəsi var. Qızı hazırda ali musiqi təhsili alır.

İlk müəllim:

 

İzzət Əli oğlu Fərəcov 

 

İlk ali təhsilli qadın müəllim:

 

Hüseynova Sevil Əlirza qızı 

 

İlk ali təhsilli müəllim:

 

Kərimov Hafis Teymur oğlu (1941) – H.B.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunu (Biologiya və kənd təsərrüfatı istehsalatının əsasları) bitirib. İlk illərdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, 1972-ci ildən isə Şəmkir rayonunda müəllim işləyib. 45 illik pedaqoji təcrübəyə malik H.Kərimov hazırda Şəmkir rayonunda yaşayır.

 

İlk mühasib:

 

Abbasov Əlihüseyn İsrafil oğlu

 

İlk tibb işçisi:

 

Kərimov Vəliəhəd Ablı oğlu

 

 

Şəhidlər

 

Birinci Qarabağ müharibəsi şəhidləri

  1. Telman Mirzə oğlu Hüseynov (1973-22.12.1993) 

 

1990-cı ildə Şıxlar kənd məktəbini bitirib. 

1991-ci ildə hərbi xidmətə çağırılıb.

Ağdam ryonu istiqmətində döyüşlərdə iştirak edib.

1993-cü ildə itkin düşüb.  

 

2. Natiq Əlyar oğlu Orucov (05.03.1973- 28.09.1992)

1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirib, orta təhsil aldıqdan sonra ordu sırasına yollanıb, 730 nömrəli Gəncə batalyonunda xidmət edib. Həmin vaxt Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsi başlamışdı. N.Orucov Ağdərə rayonunun 10-a yaxın kəndinin ermənilərdən təmizlənməsində fəal iştirak edib.

1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanıb. Onu səngərdən Tərtər hospitalına gətiriblər. Sentyabrın 27-də Natiq işıqlı dünyaya əlvida deyib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixlı qərarı ilə Natiq Əliyar oğlu Orucovun adı təhsil alıdığı 1 nömrəli Şıxlar kənd məktəbinə verilib. 

Məzarı Şıxlar kəndindədir.

 

Kənddə 1 nəfər I Qarabağ müharibəsi, 1 nəfər Çernobıl əlili var

II Qarabağ müharibəsində  Şıxlar kəndindən 14 nəfər iştirak edib.

 

Təltif olunanalar:

Əliş Qaraş oğlu Hüseynov – “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri,, “Rəşadətli əməyə görə” medalı, iki dəfə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı ilə təltif olunub.

 

Bədirov Miryəhya Rəsul oğlu  -  “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı 

 

Alimlər

 

Məmmədov Nəsirağa Şahmurad oğlu (1957) – filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin müasir rus dili kafedrasının professoru.

 

Hüseynov Şaban Qulam oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent.  Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının müdiri.

 

 

Tanınmışlar

 

Kənddə

 

Kərim Rza oğlu Həsənov (1932-1991) – Masallı rayon Mədəniyyət Evinin, Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, sonradan el şənliklərində xanəndəlik edib. 

 

    Asəf Zeynallı adına musiqi məktəbində Z. Adıgözəlov, X. Şuşinski kimi görkəmli ifaçılarla birgə təhsil alırmış. Atasının Böyük Vətən Müharibəsindən qayıtmaması ucbatında ailəyə kömək məqsədilə təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb. 

1956-ci ildə Azərbaycan gənclərinin I festivalında uğurlu çıxışına görə Fəxri fərman və döş nişanı ilə təltif olunub. 

K.Həsənovun ifasında səslənən “Mirzə Hüseyn Segahı” dəstgahı, “Apardı sellər Saranı”, “Yaşılbaş sona”, “Bu qala, daşlı qala” xalq mahnıları, “Bayatı Qacar” təsnifi” və s. Azərbaycan radiosunun “Qızıl fondu”nda saxlanılır.

 

Gülağa Məmmədov (1954) – Krupskaya (Yeddioymaq) adına sovxozda partiya komitə katibi, kənd sovetliyində sədr əvəzi, Şıxlar sovxozunun direktoru (1988-1989), müavini (1989-1993), RİHB-nın Şıxlar ərazisi üzrə nümayəndəsi (1993-2000, 2010-2014), 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasının sədr müavini (2003-2010), rayon təhsil şöbəsinin metodisti (2015-2019) və s. vəzifələrdə çalışıb.  

 

Hüseynov İsmayıl Əliş oğlu (1962-2020) - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (zootexnik-baytaq) bitirib. Bir müddət ixtisası üzrə işləyib. Sonradan Rusiya Federasiyasında bizneslə məşğul olub. Kənddəki mərasim evinin inşası, yolun asfaltlanması və digər xeyriyyə işlərində dəstəyini əsirgəməyib.  

 

Rayonda 

 

Maşalla Əliş oğlu Hüseynov (01.07.1953-25.12.2015) –Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib (1975). Krupskaya adına sovxozun, Masallı rayon quşçulq fabrikin direktoru, rayon baytarlıq idarəsinin rəisi, Masallı Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 

 

Bədirov Miryəhya Rəsul oğlu (20.10.1956) - Yeddioymaq kənd orta məktəbini, M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Masallı rayon  Mədəniyyət Şöbəsində şöbə müdiri (1978-2001), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə şöbə müdiri (2002-2011), şöbənin baş məsləhətçisi (2011-2015), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin müdiri (2015-2021) vəzifəsində işləyib.

2016-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət Qulluğunun kiçik müşaviridir.

 

Mirdaməd Mirələm oğlu Nəbiyev (07.07.1960) – Yeddioymaq kənd orta məktəbini, Azərbaycan Dövlət Tibb İnstitutunu (mülaicə-profilaktika fakültəsi) bitirib. Cəlilabad rayonunda Ağdaş kənd, Masallıda Qodman kənd Həkim Ambulatoriyasının, Viləş (Kalinovka) kənd Sahə Xəstəxanasının baş həkimi, Masallı RMX-da şöbə müdiri (2003-2008), baş həkimin müavini (2008-2014), ƏƏSMN-nin Masallı və Yardımlı rayonları üzrə zona Tibbi Sosial Ekspert Komissiyasının sədri (2014-2020) vəzifələrində işləyib. Hazırda Masallı RMX-nin “Hemotransfuzion kabineti”nin müdiridir.   

 

Mirrəhim Mirdaməd oğlu Nəbiyev (13.07.1988) – Azərbaycan Dövlət Tibb İnstitutunu (mülaicə-profilaktika fakültəsi) bitirib.

2013-2015-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında baş həkimin Ambulator xidmət və təşkilati işlər üzrə müavini vəzifəsində işləyib. 

2015-ci ildən Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının baş həkimidir. 

            

Ölkədə

 

Əliş Qaraş oğlu Hüseynov (10.06.1925-17.09.1983) – 1969-cu ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumunu (aqronom ixtisası üzrə) bitirib. Krupskaya adına kolxozun qabaqcıl briqadiri (1948-ci ildən), komsomol və partiya təşkilatınınkatibi olub. 

Doqquzuncu çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib (1975). “Lenin” (1976) və “Qırmızı Əmək Bayrağı” ordenlərinə (1972), “Rəşadətli əməyə görə” medalı (1970) və s. mükaflara layiq görülüb. İki dəfə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı ilə təltif olunub.

 

Ölkədən kənarda:

 

Diaspor və sahibkarlıq

 

Mirrafiq Rəsul oğlu Bədirov (1965) – Rusiyanın Ryazan şəhərində DİN Ali Məktəbini bitirib. Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Murmansk vilayəti üzrə sədri işləyib (2005-2012). Hazırda bizneslə məşğuldur. 

 

Qədir Əliş oğlu Hüseynov (1972) – Rusiya Federasiyasının Murmansk vilayəti Ümumrusiya Azərbaycan Konqresi rəhbərinin müavini. Azərbaycan Dövlət Universitetini (fizika-riyaziyyat fakültəsi) bitirib.

 

Keçidlər