Şriftin ölçüsü :

Saytın rəngi :

Viləş

Kəndin adı: 
Viləş

Əhalisi: 
2461 nəfər

Ərazisi: 
1444 ha
 
Coğrafi mövqeyi: 
düzənlik sahədə yerləşir.
 
Kənddəkilərin əsas məşğuliyyəti: 
əkinçilik və maldarlıq
 
Həmsərhədd oluğu kəndlər: 
Qızılağac, I Yeddioymaq, Hüseynhacılı, Xallıcalı, Qədirli kəndləri və Viləş çayı ilə həmsərhəddir.
 
Kəndin adının mənası: 
Bolşevik inqilabçı Kalininin şərəfinə qoyulan addır.
 
Kəndin qısa tarixçəsi: 
Kalinovka kəndi azərbaycan ərazisində ən qədim malakan kəndlərindəndir. Malakan təriqəti Rusiyada XVIII əsrdə yaranmışdır. Onlar ikonanı, məbədi və kilsə hökmranlığı ilə razılaşmırdılar. Rus imperatorlarının malakanların sürgün edilməsi haqda verilən fərmanlara baxmayaraq onlar öz adət-ənənələrini qoruyub saxlayırdılar. Malakanlar başqa protestant qruplarının təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər. 1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər. Azərbaycanda malakanlar əsasən kəndlərdə ayrıca icmalar şəkilində məskunlaşmışlar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurmuşlar. Rusların ilk məskunları 1828- ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub.  Vikipediyada - açıq ensiklopediyada qeyd olunur ki, həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun tərəfdarları Lənkəran qəzasının Qızılağac kəndi yaxınlığında poçt yolu ətrafında yerləşirlər. Yaşayış ərazisi hər tərəfli yararlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni dəstəsi Rusiyadan sürgün edilir və otuz iki malakanlılar bu ərazidə yerləşdirilir. Yeni salınmış ərazi Mixail Popovun şərəfinə Mixaylovka adlandırılır.Sonralar bu ad dövlət tərəfindən dəyişdirilib Nikolayevka qoyulur. Malokanlar bu adla barışırlar- qəbul edirlər. Sürgün edilən malakanlar əsasən Rusiyanın mərkəzindən, Volqaboyundan gətirilmişlərdirlər. Onların hamısına Popov rəhbərlik edirdi. Malakanlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Sonrakı illər buraya yeni-yeni dəstələr, Popovun tərəfdarları axıb gəlməkdə davam edirdilər. Malakanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyırlar. Həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə təhrif edirlər. Malakanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Malakanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. Sovet hakimiyyətinin qələbəsindən sonra kəndin adı “Ümumittifaq starosta” Kalininin şərəfinə dəyişdirildi.

Kənddə ilk məktəbin açılması: 
Tarixi faktlara inansaq, Masallı rayonunda ilk təhsil ocağı ( məktəb) 1861- ci ildə Kalinovkada açılmışdır. Təməli hələ XIX - cu əsrin birinci yarısında qoyulmuş hal-hazırkı məktəb, indi də rayonumuzun təhsil sahəsində həmişə ön sıralarda olmuşdur. Neçə-neçə alimlərin, həkimlərin, yüksək çinli zabitlərin yetişməsində məktəbimizin rolu böyük olmuşdur. Məktəbimiz, ümumiyyətlə kəndimiz keçən əsrin 50-70- ci illərində rayonumuzun mədəniyyət mərkəzi olmuşdur. Həmin illərin məzunlarının indi də məktəblə sıx əlaqəsi var, həmişə onların məktəblə görüşü təşkil olunur
 
Kəndin elmlər doktoru:
Salmanov Aslan  Bəhlul oğlu
filologiya elməri doktoru-professor.  1953-cü ildə Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur və burada kənd orta məktəbini bitirmişdir.  Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun  dil-ədəbiyyat  fakültəsində  təhsil  almışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda məsul elmi işlərlə məşğul olmuşdur.Hal-hazırda   Azərbaycan Dövlət   Milli Aviasiya Akademiyasında müəllim işləyir. 

Kəndin elmər namizədi:
Salmanov İslam Bəhlul oğlu
filologiya elməri namizədi. 1950-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur və burada kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir.Alimlik dərəcəsinə yüksəlmiı, filologiya elməri namizədi olmuşdur.  Respubilka  Aşıqlar  Birliyinin  müavini  işləmişdir.   Azərbaycan   Dövlət   Televizya  və  Radio verlişləri Komitəsində   məsul  işçi,  televizya  proqramları  aparıcısı  kimi  fəaliyyət  göstərmişdir. Əfsuslar  olsun  ki,  amansız  ölüm  İslam müəllimin  yaradıcılıq  və  həyat  eşqini  yarıda  saxladı,   bu   dünyaya  vaxtsız  vida   nəğməsi  söylədi. 

Kəndin Qarabağ şəhidləri:
Rzayev Fizuli Əlibala oğlu
Rzayev Fizuli Əlibala oğlu (1973-1993) Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. O, 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. Fizuli vətənin ağır günlərində cəbhədə olmağa, torpaqlarımızın yağı düşmənlərdən təmizlənməsində iştirak etməyə can atırdı. Elə bu istəklə də, 1992- ci ilin may ayında hərbi xidmətə getmişdi. Bir müddət Bakıdakı “N” saylı hərbi hissəsində qulluq etmiş, ilk günlərdən özünün döyüş hazırlığı, cəsurluğu, səmimi rəftarı ilə yoldaşları arasında böyük nüfuz qazanmış, tezliklə kiçik serjant rütbəsinə layiq görülmüşdü. Fizulinin özünün təkidi ilə onu Ağdərə bölgəsində döyüş meydanına göndərmişdilər. O, Ağdərənin bir sıra kəndləri uğrunda gedən qanlı atışmada igidlik göstərmişdir. F. Rzayev 1993-cü il iyulun 27-də xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Subay idi.

Hacıyev Seyran Əliyoldaş oğlu
Hacıyev Seyran Əliyoldaş oğlu (1971-1993)- Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1988- ci ildə Kalinovka kənd orta məktəbini bitirmiş, “1May” sovxozunda gəhlə işləmişdi. 1989-1991- ci illərdə hərbi xidmətdə olmuşdu. Tərxis olunandan sonra, yenidən “1May” sovxozunda gəhlə işləməyə başlamışdı. 1992-ci ilin avqustunda milli orduya çağırılmış, Biləcəri qəsəbəsində iki aylıq təlim-məşqdən sonra Ağdam rayonunun Əlimədətli kəndinin müdafiəsinə göndərilmişdi. Ağdamın və Ağdərənin çox kəndlərinin erməni quldurlarından təmizlənməsində iştirak etmişdi. Sırxavənt kəndinin, Fərrux yüksəkliyinin alınması zamanı xeyli erməni qulduru məhv etmişdi. Cəsur döyüşçü tez-tez kəşfiyyata gedirdi. 1993-cü ildə Ağdərənin Orta Güneytəpə kəndi uğrunda gedən qanlı döyüşlərdə o, qəfil düşmən gülləsindən həlak oldu. İki gündən sonra doğulduğu Kalinovka kəndində torpağa tapşırıldı. Seyranın vaxtı ilə təhsil aldığı Kalinovka orta məktəbi indi onun adını daşıyır. Subay idi.

 Belim Yevgeniy Nikolayeviç 
Belim Yevgeniy Nikolayeviç (1970-1993)- Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1997-ci ldə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987- ci ildə həmin məktəbi bitirmiş, sonra “1May” sovxozunda fəhlə işləməyə başlamışdı. 1989-1991- ci illərdə Xabarovskda, Zakarpatyedə hərbi xidmətdə olan Yevgeniy Nikolayeviç bir hərbi mütəxəssis kimi ordudan qayıtmışdı. “1May” sovxozunda avtoçilingər kimi işə başlamışdı. 1993-cü ilin fevralın 26-da o, Qarabağa göndərilmiş, Ağdərə bölgəsinin kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Yevgeniy mart ayının 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Yevgeniy Nikolayeviç Kalinovka kəndinin mərkəzində 20 Yanvar şəhidlər xiyabanında dəfn olunmuşdur. Subay idi.

Mehbaliyev Nazim Nadir oğlu
Mehbaliyev Nazim Nadir oğlu (1958-1992)- Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıdakı 51 saylı orta məktəbi qurtardıqdan sonra, Bakı ali dənizçilik məktəbini bitirmiş, bir müddət gəmi təmiri zavodunda və tikinti idarələrində fəhlə işləmişdi. Nazim əmisi oğlu Vaqifin dəfni zamanı yağı düşməndən qisas alacağına and içmiş, müdafiə nazirliyinə gedərək öz niyyətini bildirmişdi. Əmioğlunun vuruşduğu hissəyə yazılmış, Ağdam şəhəri uğrunda gedən vuruşlarda qəhrəmancasına döyüşmüşdü. Nazimin döyüşlərdə göstərdiyi igidlik və rəşadət yoldaşları arasında vöyük ruh yüksəkliyinə səbəb olurdu. Nazim sağlığında içdiyi anda, verdiyi sözə sadiq qaldı. Yoldaşlarının dediyinə görə bir neçə düşmən texnikasını sıradan çıxartmış, onlarla qulduru cəhənnəmə vasil eləmişdi. N. Mehbaliyev 1992- ci il iyul ayının 27-də Ağdam şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Ailəli idi, iki uşağı var.

İbrahimov İmran Qulamirzə oğlu
İbrahimov İmran Qulamirzə oğlu (1960-1992)- Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1997- ci ildə Bakıdakı 51 saylı orta məktəbi bitirmiş, əmək fəaliyyətinə Bakı şəhər dəmir yolu idarəsində vaqon bələdçisi kimi başlamış, sonralar şəhərin tikinti idarələrində bənna və dülgər işləmişdi. Azərbaycanın üstünü qara buludlar alanda cəbhəyə könüllü yollanmış, bir çox qaynar bölgələrdə olmuşdu. Erməni qəsbkarları Malıbəyli kəndinə tez-tez hücuma keçir, “qrad” qurğularından, toplardan atəş açırdılar. Həm tankçı, həm də pulemyotçu olan cəsur əsgər Vaqif bu döyüşlərdə düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi. O, Daşaltı əməliyyatında da yüksək döyüş nümunəsi göstərmişdi. Şuşa şəhəri və Kosalar kəndi uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdu. 1992- ci il may ayının 8-də Kosalar kəndində ondan artıq erməni dığasını məhv etdi, lakin bu, Vaqifin son döyüşü oldu. O, qəhrəmnancasına həlak oldu və əbədiyyətə qovuşdu, şəhidlik zirvəsinə ucaldı. Ailəli idi, üç övladı var.

İbrahimov İmran Qulamirzə oğlu
İbrahimov İmran Qulamirzə oğlu (1977-1997)- 1977- ci il iyunun 4-də Masallı rayonunun Kalinovka kəndində doğulub. 1984- cü ildə Kalinovka kənd orta məktəbin 1-ci sinfinə getmiş, 1994- cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1995- il 14 iyulda həqiqi hərbi xidmətə çağırılmış, “N” saylı hərbi hissədə bir müddət xidmət etdikdən sonra Lənkəranın Liman şəhərciyində yerləşən “N” saylı hərbi hissəyə ötürülmüşdür. 3 aylıq təlimlərdən sonra İmran və onun əsgər yoldaşları döyüş bölgəsinə yollandılar. 1977-ci ilin noyabrın 30-da 706 saylı hərbi hissənin kəşfiyyatçıları döyüş tapşırığını yerinə yetirib qayıtdıqları zaman minaya düşüb həlak olmuşlar. İbrahimov İmran da şəhidliyə qovuşmuşdur. Subay idi.

Bəqəliyev Zahir Cəbrayıl oğlu
Bəqəliyev Zahir Cəbrayıl oğlu (1974-1994)- 1974- cü il oktyabrın 24-də Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1981- ci il həmin kəndin orta məktəbinin 1-ci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. Sonra “1May” sovxozunda fəhlə kimi çalışmağa başlamışdır. 1992- ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılmışdır. Beyləqan “N” saylı hərbi hissədə xidmətə başlamışdır. Daha sonra Zəngilanda gedən döyüşlərdə iştirak etmişdir. 1993- cü ilin noyabr ayında onun hərbi hissəsinin uğrunda gedən döyüşlərə qatılmışdır. “Pulemyotçu Zahir” öz döyüş yoldaşlarından bacarığı ilə fərqlənirdi. 1994- cü ilin yanvarın 26-da Füzuli rayonu- Şişqaya kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.

Abışov İslam Ağamalı oğlu
Abışov İslam Ağamalı oğlu (1975-1994)- 20 noyabr 1975-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olub. 1982-ci ildə birinci sinfə getmiş, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 4 yanvar 1994-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 18 fevral 1994-cü ildə Tərtər rayonu Cəmilli kəndi uğrunda döyüşlərdə iştirak etmişdir. İslam Talış kəndi uğrunda gedən döyüşlərdə də vuruşub. Aprel ayında Borsunlu uğrunda gedən şiddətli döyüşlərdə Abışov İslam Ağamalı oğlu da iştirak edir. Bu döyüşlərdən sonra bu hissənin hərbçiləri Goranboyun Tap-Qaraqoyunlu kəndinə yerləşdirilir. Lakin Abışov İslam əsgərlərin sırasında yox idi. Əksər əsgər dostlarının dediklərinə görə İslam qəhrəmancasına həlak olmuşdu. Meyidi düşmənlərin əlində qalmışdı. Subay idi.

Kəndin rəhbər işdə çalışmış şəxsləri:
İsmayılov Rəsul Tomar oğlu
Azərbaycan KP Masallı Rayon Partiya Komitəsində. 

Mirzəyev Məzahim Kərim oğlu 
sovxoz direktoru, Kalinovka kənd inzibati əra zi dairəsi üzrə nümayəndəsi.

İbadov Qurbanəli Məmməd oğlu
baş zootexnik, sovxoz direktoru. 

Əsgərov Sahib Abas oğlu 
sovxozda   baş mühasib, direktor və Lənkəran konservi zavodunda baş mühasıb.

Allahverdiyev Zakir Əlibala oğlu
Masallı rayonunda iqtisadçı və tərəvəz tədarüki bazasının müdiri vəzifəsində işləmişdir.

Kalinovka kəndinin digər tanınmışları:
Aliq Nağıoğlu (Məmmədov Aliq Nağı oğlu)
Aliq Nağıoğlu (Məmmədov Aliq Nağı oğlu) 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər respublikanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Beş nəsr kitabının müəllifidir. Əsərləri Türkiyə, Rusiya, İran veb-saytlarında, Moskvada dərc olunan topluda, Azərbaycan ədəbi- bədii jurnal- qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda dəfələrlə nəşr olunmuşdur. Son illər ölkəmizdə baş tutan nüfuzlu ədəbi müsabiqələrin iştirakçısıdır, seçmə hekayələri Azadlıq Radiosunun Azərbaycan ədəbiyyatı kitabxanasına (on-line yenilənir) daxil edilmişdir. Haqqında tənqidi məqalələr, resenziyalar dərc olunub.1981- ci ildən çap olunur. Hal-hazırda Kalinovka kəndində yaşayır-yaradır.

Bəşir Kəsərli-şair.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.İsdedadlı  Azərbaycan  şairinin   Bakı  şəhərində   şeir kitabları, Respubilka  qəzetlərində  şeirləri  çap  olunmuş,  onun Ana,  Vətən,  Qarabağ  haqqında sözlərinə bəstəkarlarımız mahnılar  qoşmuş, müğənnilər  televizya  və  radio dalğalarında "Sözləri  Bəşir  Kəsərlinidir"  adı  altında  nəğmələrini  ifa edirlər. Heç yerdə  işləmir,  müstəqil  yaradıcılıqla  məşğuldur.Hal-hazırda  Bakı  şəhərində  yaşayır.

Əsgərov Sahib Abas oğlu 
1937-ci ildə anadan olub. Masallı rayonu Kalinovka kəndində, 1 May adına sovxozda   baş mühasib, direktor və Lənkəran konservi zavodunda baş mühasıb vəzifələrində işləyib.

Mirzəyev Məzahim Kərim oğlu
1935-ci ildə anadan olub,    1 May adına sovxozda baş aqranom, sovxoz direktoru, Kalinovka kənd inzibati əra zi dairəsi üzrə nümayəndəsi vəzifələrində işləyib.

 Ələmov Vaqif İbrahim oğlu
1952-ci ildə anadan olub, Azərbaycan Xalq Təsərrüfatı institunu bitirib. Kənd Təsərrüfatı və şərabçılıq Nazirliyində işləyir.


İsmayılov Rəsul Tomar oğlu
1906-cı ildə anadan olub, Azərbaycan KP Masallı Rayon Partiya Komitəsində müxtəlif vəzifələrdə işləyib.

Abdullayev  Əlizamin İmanverdi oğlu
1966-cı ildə anadan olub.Tambov şəhərində Ali Hərbi Təyyarəçilik məktəbini bitirib. Hazırda Rusiya Federasiyasında yaşayır və işləyir.

 İsmayılov Ağasəf Novruz oğlu
1946-cı ildə anadan olub, Azərbaycan Dövlət Neft və Kimya İnstitunu bitirib. Hazırda Birləşmiş Ərəb Krallığında işləyir.

Məmişov Natiq Gülağa oğlu
1967-ci ildə anadan olub.Ukranyna Ali Hərbi Artilleriya məktəbini bitirib. Milli ordumuzda xidmət etmişdir. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində, məsul xidməti vəzifəyə gətirilmişdir.

Ağayev Kənan Fərəc oğlu
1975-ci ildə Kalinovka kəndində anadan olub, burada kənd orta məktəbini qurtarmışdır. Azərbaycan Dövlət Tibb İnstitunu bitirib. Hazırda Rusuya Federasiyasının Moskva şəhərində həkim işləyir.

Ağayev Fariz Fərəc oğlu
1977-ci ildə anadan olub,  Kalinovka kəndində anadan olub, burada kənd orta məktəbini qurtarmışdır. Rusuya Federasiyasının Moskva şəhərində Daxili işləq Nazirliyinin əməkdaşıdır.
 
Bağırov Eldar Mütəllim oğlu
1971-ci ildə anadan olub. Mərdəkan Polis Akademiyasını bitirib. Azərbaycan Respublikası Daxili işləq Nazirliyinin əməkdaşıdır.

Rzayev Əli İttifaq oğlu
1981-ci lldə anadan olub, Gəncə Dövlət Universitetinin Ərəb-Fars fakultələrini bitirib. Bakı şəhərində yaşayır və işləyir.

Bədəlov Alim Bayram oğlu
Samara Biznes Universitetinin bitirib. Hazırda Samara şəhərində iş adamıdır.Orada yaşayır və işləyir. 

 İbadov Qurbanəli Məmməd oğlu
1946-cı ildə anadan olub. Gəncə şərərində Kənd Təsərrüfatı İnstitunu bitirib. Zootexnik, sovxoz direktoru vəzifələrində işləyib.

İbadov Qeybalı Məmməd oğlu
1951-ci ildə anadan olub, Mərdəkan Polis Akademiyasını bitirib. Azərbaycan Respublikası Daxili işləq Nazirliyinin əməkdaşıdır.

 Mirzəyev Nurəddin Əlihüseyn oğlu
1961-ci ildə anadan olub, Azərbaycan Dövlət Universitetini bitirib Lipesk şəhərində yaşayır,    iş adamıdır.

 Hüseynov Fəxrəddin Müzəffər oğlu 
1962-ci ildə anadan olub, Samara Ali Hərbi Mühəndislər və Təyyarəçilər İnstitunu bitirib.

Babayev Qurbanəli Soltan oğlu
1953-cü ildə anadan olub, Azərbaycan Pedaqoji İnstitunun dil-ədəbiyyatı fakultəsini bitirib. Məktəb direktoru, Kalinovka kəndində ilk bələdiyyə sədri işləyib.

Həsənov Əlibala Əliş oğlu
1943-cü ildə anadan olub, Azərbaycan Poltexnik İnstitunu bitirib, Sumqayıt şəhərində mühəndis işləyir.

Nağıyev Vüqar Əli oğlu
Bakı Ali Hərbi Komandirlər məktəbini bitirib, Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edir.

 Qədiyev Vaqif Əlisa oğlu
1962-ci ildə anadan olub, Səmərqənd Hərbi Akademiyasını bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Akademiyasında baş müəllim vəzifəsində xidmət edir.

Xəlilov Nadir Abdul oğlu
1963-cü ildə anadan olub. Bakı Dənizçilik Akademiyasını bitirib. Azərbaycan Dövlət Dənizçilik İdarəsində baş texnik vəzifəsində işləyir.

Allahverdiyev Zakir Əlibala oğlu
1949-cu ildə anadan olub, Aşqabad Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Masallı rayonunda iqtisadçı və tərəvəz tədarüki bazasının müdiri vəzifəsində işləmişdir.

 Hacıyev Amil Əliyoldaş oğlu 
1965-ci ldə anadan olub. Odessa səhərində Dənizçilik Akademiyasını bitirmişdir. Azərbaycan Dövlət Dənizçilik İdarəsində işləyir.

Siyabov Yadigar Hüseynağa oğlu
1964-cü ildə anadan olub, Xəzər Dənizçilik Akademiyasını bitirib. Hazırda Birləşmiş Ərəb Krallığında işləyir.

Əsgərov Fizuli Sahib oğlu 
Əsgərov Fizuli Sahib oğlu 1967-ci ildə anadan olub, Minsk şəhərində İnşaat Akademiyasını bitirib. Moskva şəhərində “ENKA” tikinti şirkətinin fitse-prezident vəzifəsində işləyir.
Keçidlər