Şriftin ölçüsü :

Saytın rəngi :

Balaqardaş Fərhad oğlu Vəliyev

 

24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb və müalicə üçün hospitala göndərilib.

Qısamüddətli müalicədən sonra şəxsi müraciəti ilə yenidən döyüş meydanına atılmışdır. Beləliklə, gənc əsgər 01.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixdə doğulduğu Viləş kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.

Keçidlər