Şəmsəddin Sərvər oğlu Təhməzov
2001-ci ilin mart ayının 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub.
Həmişə ürəyi qisas hissi ilə yanan əsgər Şəmsəddin Təhməzov müharibənin ilk günlərindən döyüşlərə qatılıb və Ağdərə uğrunda vuruşub. O, oktyabrın 8-də Ağdərə istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub və Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.