Şriftin ölçüsü :

Saytın rəngi :

Araz Elsevər oğlu Seyfullayev

2001-ci il mayın 28-də Masallı şəhərində anadan olan Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düş-mən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Masallı şəhərində dəfn olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Sərəncamlarına əsasən Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmsına görə" və “Şücaətə görə” medalları ilə təltif edilib.

Keçidlər