Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahim Həzrətqulu oğlu Lələyev

1996-cı il avqustun 25-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hışgədərə kənd tam orta məktəbində təhsil alıb.

İbrahim Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Döyüşlərdə göstərdiyi igidliklərə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər