Şriftin ölçüsü :

Saytın rəngi :

Elvin Əfrail oğlu Əzizov

25 mart 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. 1992-2003-cü illərdə şəhid Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində edib. 2009-cu ildə gizir kursunu bitirəndən sonra hərbi xidmətini MAXE kimi davam etdirib. Müdafiə Nazirliyinin 7 mart 2011-ci il tarixli müvafiq əmrinə əsasən "N" saylı hərbi hissədə tank komandiri vəzifəsini icra edib.

Azərbaycan Ordusunun giziri Elvin Əzizov 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində döyüşüb. Qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdlik göstərərək 11 oktyabrda şəhidlik zirvəsinə ucalıb . Şəhid gizir Elvin Əzizov 16 oktyabr 2020-ci il tarixdə doğulduğu Qarğalıq kənd qəbristanlığında izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin giziri Elvin Əfrail oğlu Əzizov ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, üç övladı - iki qızı və bir oğlu yadigar qalıb.

Keçidlər