Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Turac oğlu Quliyev

20 oktyabr 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olub.

12 yaşına kimi Kərbəla şəhərində yaşayıb və təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsinə yerləşib. Elə həmin ildə də Birinci Qarabağ Müharibəsi kənd şəhidi Simran Rzayev adına məktəbin altıncı sinfinə daxil olub. Məktəbi başa vuran Əli ali təhsil olmaq üçün imtahan verib, lakin müvəffəqiyyətli olmayıb. 2020-ci ildə hərbi xidmətə yollanıb.

Dislokasiyası Cocuq Mərcanlı olan "N" saylı hərbi hissədə xidmətə başlayıb. İkinci Qarabağ Müharibəsinə qatılaraq düşmənin Azərbaycan torpaqlarından qovulmasında iştirak edib. Oktyabrın 26-dan 27-ə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. 25 dekabr 2020-ci ildə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər