Şriftin ölçüsü :

Saytın rəngi :

Cavad Cabir oğlu İbadov

1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulub. 2002-ci ildə şəhid Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbinin birinci sinfinə daxil olub. 2013-ci ildə həmin məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Ordusunda hərbi xidmətə gedib.

Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq «N» saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq edib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cavad İbadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavad İbadov oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavad İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavad İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Cavad İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Cavad İbadov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Cavad İbadov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər