Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan Hilal oğlu Vəliyev

18 iyun 1995-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. Altı yaşı olanda Masallı rayonunun Şərəfə kəndinə gəlib. 2002-ci ildə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub,  2013-cü ildə ildə həmin məktəbi bitirib. 2013-cü ildə Bakı Dənizçilik Kollecinə daxil olub, 2015-ci ilin yayında oranı bitirib.  Arzusu dənizçi olmaq idi.

R.Vəliyev 2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin dekabrında əsgərlikdən tərxis olunub. 2019-cu ilin noyabr ayında həyatını hərb sənətinə bağlayır və Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətçi kimi işə düzəlir.

2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinə qoşulur. Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb.
İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazdı. Ramazan Vəliyev noyabrın 29-da Şuşa istiqamətində şəhid olub. Masallı rayonunun Şərəfə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hilal oğlu Vəliyev ölümündən sonra «Vətən uğrunda»  medalı ilə təltif edilib.

Keçidlər