Şriftin ölçüsü :

Saytın rəngi :

Sübhan Rauf oğlu Həsənov

26 iyul 2001-ci ildə Masallı rayonunun İskəndərli kəndində dünyaya gəlib. 2007-ci ildə Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olıub. 2018-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2019-cu ilin 30 iyul tarixində hərbi xidmətə yollanıb. Hərbi xidmətini Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirdi. Snayperçi olub. Ordudan tərxis olunmağına sayılı günlər qalırdı...

Azərbaycan Ordusunun əsgəri Sübhan Rauf oğlu Həsənov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək oktyabrın 2-i şəhidlik zirvəsinə ucalıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbristanlığında izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra «Vətən uğrunda» medalı, Prezidentin digər müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” medallarıyla təltif edilib.

Keçidlər