Şriftin ölçüsü :

Saytın rəngi :

Nurlan Dünyamalı oğlu Malikov

19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin onbirinci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonları ərazilərində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşarq şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Öncəqala kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.

Keçidlər