Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə - 01.01.2021

Masalli rayon Mərkəzi Xəstəxanası

Masallı rayonunda əhaliyə Mərkəzi rayon Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası, Viləş kənd sahə xəstəxanası Ağ Ciyər Xəstəlikləri Xəstəxanası, Gigiyena Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası,  30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi tibbi xidmət göstərir. Rayon Mərkəzi xəstəxanası üzrə 315 çarpayılıq stasionar hissə vardır. Bunlardan rayon Mərkəzi xəstəxanası 240, Ağ Ciyər Xəstəlikləri Xəstəxanası 35, Boradigah qəsəbə sahə xəstəxanası 15, Viləş kənd sahə xəstəxanası 15 çarpayılıqdır. Rayon Mərkəzi xəstəxanası 6 şöbədən ibarətdir:

1. Cərrahiyyə şöbəsi 70 çarpayı olmaqla, özlüyündə 2 hissəyə ayrılır. 50 çarpayılıq Ümumi cərrahiyə, 20 çarpayılıq isə Travmatologiya şöbəsinə aitdir.

2. Terapiya şöbəsi 60 çarpayılıq

3. Mama ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 40, ginekoloji şöbə 20 çarpayılıqdır.

4. Uşaq şöbəsi 30 çarpayılıq

5. Yoluxucu şöbə 20 çarpayılıq,

6. Reanimasiya şöbəsi 10 çarpayılıqdır.

         Hər kənd sahə xəstəxanasında 5 terapevtik, 5 pediatrik, 5  çarpayı isə doğuşa yardım xidməti üçün nəzərdə tutulmuşdur.

       Masallı rayonunun Səmidxan, Bədəlan, Hişkədərə, Həsənli, Gəyəçöl, Miyankü , Qızılağac, Qızılavar, Qodman, Qəriblər, Mahmudavar, Sərçuvar Şərəfə, Tüklə, Türkoba Təklə, Təzə Alvadı Təzəkənd ,Kolatan, Xıl, Yeddioymaq ,Yeyənkənd , Ərkivan, Çaxırlı, Xırmandalı, Musaküçə, Köhnə Alvadı, Böyük Xocavar, Qarğalıq, Güllütəpə kəndlərində həkim  məntəqələri fəaliyyət göstərir. Həkim   məntəqələrində doğuşa yardım xidməti saxlanılmışdır.

       Alışanlı, Babaser, Köçəkli, Kubin, Rüdəkənar, Məmmədoba, Şatroba, Sığıncaq, Əhmədli, Sığdaş, Xanalion, Şıxlar, Qasımlı, Xəlfələr, Kəlbəhüseynli, Hacıtəpə, Ərəb, Lürən, Hüseynhacılı, Öncəqala, Bambaşı, Kosakül, Binə Xocavar, Kürdəbaz, Eminli, Qədirli, Yelağac, Zuvandlı kəndlərində tibb məntəqələri vardır.

       MRX-nın əsas binası 1986-cı ildə tikilmiş, hal-hazırda bina əsaslı təmirə bağlanılımışdır. 2005-cı ildə Tüklə həkim məntəqəsi, 2006-cı ildə Qızılağac həkim məntəqəsi üçün yei binalar tikilb. 2008-ci ildə Ağ Ciyər Xəstəlikləri Xəstəxanası əsaslı təmir edilərək  əhalinin istifadəsinə verilmişdir.  Eyni zamanda 2008-ci ildə Köçəkli tibb məntəqəsi yenidən tikilmişdir.. 2009-cu ildə Hüseynhacılı t/m, Bambaşı t/m, 2010-cu ildə Təzəkənd h/m, 2011-ci ildə Kubin tibb məntəqəsi, Şıxlar tibb məntəqəsi 2012-ci ildə Hişkədərə H/m üçün muasir layihə əsasında binalar tikilib istifadəyə verilmişdir. 2014-cü ildə Viləş kənd sahə xəstəxanası və Boradigah qəsəbə sahə xəstəxanası əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Şərəfə  həkim məntəqəsi, Güllütəpə həkim məntəqəsi, Türkoba həkim məntəqəsi, Mahmudavar həkim məntəqəsi, 2015-ci ildən bu günə kimi Qarğalıq, Xırmandalı, Xıl, Gəyəçöl, Yeyənkənd, Miyənkü həkim məntəqələri və Səmidxan, Məmmədoba, Yolağac, Lürən tibb məntəqələri müasir üslubda tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Masallı rayon mərkəzi Xəstəxanasında 213 nəfər həkim çalışır. Onun 155 nəfəri kişi, 60 nəfəri qadındır. 463 nəfər orta tibb işçisinin 353 nəfəri qadın,109 nəfəri kişidir. Onlardan 10-nəfər laborant, 42 nəfəri mama, 31 nəfər fedşer,5 nəfər diş texnik,6 nəfər rentgen laborant, 399 nəfəri isə tibb bacısıdır.MRX-sının kiçik tibb işçilərinin sayı 306 nəfər təşkil edir.

Keçidlər