Etik davranış
Görülən işlər
Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2024-cü il ərzində intizam tənbeh tədbiri tətbiq edilmiş dövlət qulluqçuları barədə məlumat
Peşəkarlıq və fərdi məsuliyyətdə yol verdiyi nöqsanlara görə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının 2 nəfər dövlət qulluqçusu və Masallı rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin isə 3 nəfər dövlət qulluqçusuna töhmət elan olunmuşdur.
Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının 4 nəfər dövlət qulluqçusu və Masallı rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin isə 4 nəfər dövlət qulluqçusuna töhmət elan olunmuşdur.