Şriftin ölçüsü :

Saytın rəngi :

Dilimiz – mənəviyyatımızın güzgüsüdür

19 yanvar 2018 | 16:00

19 yanvar 2018-ci il tarixdə “Yeni həyat” qəzeti redaksiyasında “ Dilimiz – mənəviyyatımızın güzgüsü” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin məqsədi bu gün orta məktəblərimizdə dilimizin saflığının qorunması, şagirdlərdə onun zənginliyindən bacarıqla istifadə edilməsi vərdişlərinin aşılanması, şifahi nitqin, eləcə də yazı şəriştəsinin yaradılması marağının artırılmasıdır.
  Bu mövzuda “Yeni həyat” qəzeti redaksiyasında “Dəyirmi masa” arxasındakı söhbəti giriş sözü ilə qəzetin Baş redaktoru Əlihüseyn Şükürov açmışdır.
Layihənin müəllifi, qəzetin Baş redaktor müavini Rəsul Rzayev qoyulan məsələnin mahiyyətini açıqlamışdır.
Qəzetin məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçi Akif Ağayev, kompüter mərkəzinin rəhbəri Südabə Məmmədova, şəhər 2 nömrəli, Hişkədərə, Bədəlan, Təzə Alvadı, Musaküçə kənd tam orta məktəblərinin dil-ədəbiyyat müəllimləri Şakir Mahmudlu, Təranə Nəhmətova, Şahin Nəhmətov, Məhbubə Şahbazova, Surəddin Qulamov müzakirədə iştirak etmişlər.Onlar çıxış edərək toxunulan məsələ ilə bağlı fikir və mülahizələrini söyləmiş, ulu öndər Heydər Əliyevin dilimizə böyük qayğısı hər bir azərbaycanlı üçün örnək olmasını diqqətə çatdırmışlar. Biz müəllimlər bu aksiomanı işimizdə tətbiq etməklə məktəbdə dilimizi yaxşı bilən şagirdlər yetişdiririk.
Şagirdlərin dilimizin zənginliyinə malik olması istiqamətində gördükləri tədbirlərdən, xüsusilə ədəbi dilin şivə, yerli danışıq sözlərindən təmizlənməsi məqsədilə dərs və əlavə məşğələlərdəki təcrübələrindən danışan müəllimlər bir sıra təkliflər irəli sürmüşlər. Belə təkliflərdən biri də şagirdlərin şifahi nitqi ilə yanaşı yazı məharəti də aşılanması olmuşdur. Onlar həmçinin dilimizdəki alınma sözlər, terminlər barədə danışmışlar. Azərbaycan dilinin şeir dili, Aşıq Ələsgər dili olduğunu vurğulayanlar, onun axıcılığını, lakonikliyini qorumağın zəruri olduğunu bildirmişlər.
“Dəyirmi masa”   iştirakçılarının əksəriyyəti pedaqoji stajına, təcrübəsinə görə Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları haqqında layihəyə münasibət bildirmişlər.
Göstərilmişdir ki, bütün yeniliklər təklif edilərkən orfoqrafik, fonetik qaydalara əməl edilməsi, həmçinin hərflərin tələffüs qaydalarının işlənilməsi zəruri olardı.

Keçidlər