Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda təhsil işçilərinin ənənəvi təhsil konfransı

11 sentyabr 2018 | 16:00

11 sentyabr 2018-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi təhsil konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransı giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açmışdır.
Azərbaycanın Dövlət Himni səslənmişdir.
2 nömrəli şəhər orta məktəbinin hazırlıq qrupunun uşaqları təbrik şeirləri səsləndirmişlər.
RTŞ-nin müdiri T.Əkbərov 2017-2018-ci dərs ilinin yekunları və 2018-2019-cг dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
Natiq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təhsilimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun təşəbbüsü ilə irəli sürülən ”Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələrin uğurla həyata keçirilməsi Masallı təhsilində də öz təsirini göstərmişdir.
2017 - 2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 3366 nəfər şagird qəbul olunmuş, IX siniflərinə 2204 nəfər şagird, XI siniflərinə isə 1520 nəfər şagird təhsil almışdır.
2018-2019-cu tədris ilində isə birinci siniflərə 3385 şagird qəbul ediləcəkdir ki,onların təlim-tərbiyəsi ilə 167 nəfər müəllim məşğul olacaqdır.
2016-2017-ci və 2017 - 2018-ci tədris illərində ümumi orta məktəbləri bitirib təhsilini tam orta siniflərdə davam etdirən şagirdlərin statistikası araşdırılarkən müəyyən edildi ki, rayon üzrə bu dinamika müsbətdir.Buna baxmayaraq bir neçə məktəbdə, o cümlədən Sirəbil,Ərəb,Zuvandlı və Meşəkənar kənd ümumi orta məktəbləri üzrə tam orta məıktəblərdə təhsillərini davam etdirənlərin sayı az olmuşdur.
Masallı RTŞ tərəfindən bu məktəblərlə məqsədyönlü iş aparılmış, növbəti tədris ilində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.
Rayonun ümumtəhsil məktəbləri üzrə 2017/2018-ci tədris ilində IX sinfi 2151 nəfər bitirmiş, onlardan 1006 nəfəri qızlar olmuşdur.
Keçən tədris ilində IX siniflər üzrə 2118 şagird imtahanda iştirak etmiş hər iki fəndən müsbət qiymət alan məzunların sayı 1317 nəfər (62%) olmuşsa, 2017/2018-ci tədris ilində isə 2107 şagird imtahanda iştirak etmiş, onlardan 1338 nəfər (64%) hər iki fəndən müsbət qiymət almışdır. XI siniflər üzrə isə keçən tədris ilində 1481 şagird imtahanda iştirak etmiş, azərbaycan dili fənnindən 1067 nəfər (72,4%), riyaziyyat fənnindən 1038 nəfər (70,08%) və xarici dil fənnindən 936 nəfər (63,2%), hər üç fənn üzrə 714 nəfər (48%) şagird müsbət qiymət almışdır. Bu tədris ilində isə 1421 şagird imtahanda iştirak etmiş, azərbaycan dili fənnindən 1038 nəfər (73,04%), riyaiyyat fənnindən 960 nəfər ( 67,5%) və xarici dil fənnindən 867 nəfər (61%), hər üç fənn üzrə 713 nəfər (50,18%) şagird müsbət qiymət almışdır.
Buraxılış imtahanlarında zəif nəticə göstərmiş məktəblərin keyfiyyət göstəriciləri RTŞ-nin Şura iclasında geniş müzakirə edilmiş, təhlillər aparılmış və məktəb rəhbərlərinə işlərində dönüş yaratmalarından ötrü müvafiq tapşırıqlar verilmişdir.
Tədris ilində 734 məzun ali məktəblərə sənəd vermiş,onlardan 500 nəfər ali məktəbə qəbul olmuşdur. Qəbul olan abituriyentlərin 171 nəfəri qızlardır. Ali məktəblərə qəbul üzrə 600–dən yuxarı bal toplayan abituriyentlərin sayı 34 nəfər təşkil edir. Bunlardan 17 nəfəri qızlardır. 500-600 arası bal toplayan abituriyentlərin sayı 86-dır. Bunlardan 37 nəfəri qızlardır. 67 nəfər abituriyent isə 200-400 arasında bal toplamışdır. Müqayisə üçün qeyd edək ki, keçən tədris ilində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 30, 500-600 arası bal toplayan abituriyentlərin sayı isə 62 olmuşdur. Göründüyü kimi bu prosesdə müsbət dinamika vardır. Sevindirici haldır ki, əvvəki illərdə ali məktblərə sənəd verməyən məktəb olmuşsa,bu tədris ilində belə məktəb olmamışdır.
Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1 nömrəli (55), şəhər 3 nömrəli (28),”Dəfinə” məktəb-liseyi (19), Hişkədərə (15), Türkoba (14), Boradigah 2 nömrəli (14), Yeyənkənd (12), Təzə Alvadı 1 nömrəli (12), Eminli (12) tam orta məktəbləri fərqlənmişdir. Binə Xocavar (2), Kosakül (2), Lürən (1), Öncəqala (2), Qızılağac 2 nömrəli (2) və Tüklə (2) tam orta məktəblərində ali məktəblərə qəbul əvvəlki illərə nisbətən daha az sayda olmuşdur. Yeddioymaq 1 nömrəli, Qarğalıq və Hüseynhacılı tam orta məktəbləri üzrə sənəd qəbulu olsa da, ali məktəblərə qəbul olmamışdır. Məktəblərdə tədrisin ilboyu keyfiyyəti ilə əlaqədar monitorinqlər keçirilmiş və məlum olmuşdur ki, ayrı-ayrı fənn müəllimlərinin peşəkarlıq səviyyələri zəifdir, bəzi müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bal aşağıdır.
Orta ixtisas məktəblərinə qəbul prosesi başa çatmışdır. Qəriblər, Miyankü, Qızılağac 1 nömrəli, Ərkivan qəsəbə 4 nömrəli, Mahmudavar, Təzəkənd, Hüseynhacılı tam orta və Məmmədxanlı, Şıxlar 2 nömrəli ümumi orta məktəbləri üzrə kolleclərə daxil olanların sayı daha çox olmuşdur. Təzə Alvadı 2 nömrəli tam orta və Sirəbil, Sarıcəfərli, Ərəb, Təkdam ümumi orta məktəblərindən bir nəfər də kolleclərə qəbul olmamışdır.
Fərəhləndirici haldır ki,daxil olan abituriyentlər arasında qızların sayı çoxluq təşkil edir.
2017-2018-ci tədris ilində rayon ümumtəhsil məktəblərində XI siniflər üzrə 6 nəfər, IX siniflər üzrə 3 nəfər şagird fərqlənmə attestatı almışdır.
Rayonda 2017-2018-ci tədris ilində 135 qrup fəaliyyət göstərmiş və 2012-ci il təvəllüdlü uşaqların 65%-i həmin qruplara cəlb edilmişdir. 2460 nəfər uşaq məktəbəhazırlıq qrupunda təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 135 müəllim məşğul olmuşdur.
Bir sıra məktəblərdə tədris ili üzrə buraxılış imtahanının nəticələri və “Keyfiyyət ili” ilə bağlı görülmüş işlərin monitorinqi keçirilmişdır. Məktəbə rəhbərlik sahəsində yol verdikləri nöqsanlara və buraxılış imtahanlarında zəif nəticə göstərdiklərinə görə S.Rəhimov adına Köçəkli tam orta məktəbinin direktor əvəzi Qafar Cabbarova, Tatyan ümumi orta məktəbinin direktoru Xidmət Abbasova, N.Səmədov adına Sirəbil ümumi orta məktəbinin direktoru İsmayıl Şahmarova, N.Orucov adına Şıxlar 1 nömrəli ümumi orta məktəbinin direktor əvəzi Nəhmədağa Tarverdiyevə, XI siniflər üzrə isə buraxılş imtahanlarında zəif nəticə göstərdiklərinə görə M.Qarayev adına Sığıncaq tam orta məktəbinin direktoru Əhliman Əliyevə, R.Nəbiyev adına Təzəkənd tam orta məktəbinin direktoru Fərhad Cəfərova, F.Dəmirov adına Təklə tam orta məktəbinin direktoru Oktay Abıyevə, S.Vurğun adına Türkoba tam orta məktəbinin direktoru Əfsər Nuriyevə, Qasımlı kənd tam orta məktəbinin direktoru Gülhəsən Məmmədova, N.Gəncəvi adına Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru Azər Mirzəyevə, Ə.İbadov adına Tüklə tam orta məktəbinin direktor əvəzi Mail Məmmədova, Qızılağac 2 nömrəli tam orta məktəbinin direktoru İlahə Quliyevaya, Seybətin tam orta məktəbinin direktoru Elman Nəzərova, T.Bayraməlibəyov adına 2 nömrəli Yeddioymaq tam orta məktəbinin direktoru Faiq Axundova şura qərarına əsasən intizam tənbehi tətbiq edilmişdir. X.Məmmədov adına Xırmandalı tam orta məktəbinin direktor əvəzi Ağalar Eminəliyev isə vəzifəsindən azad edilmişdir.
Növbəti şura iclaslarında 2017/2018-ci tədris ilində buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblər müzakirə ediləcək və məktəb rəhbərləri barədə ciddi tədbirlər görüləcəkdir. Yeddoymaq 2 nömrəli, Ərkivan qəsəbə 2 nömrəli, Qəriblər, Sərçuvar, Sığdaş, Seybətin, Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbində aşkarlanmış nöqsanlar şurada geniş müzakirə edilmiş və məktəb rəhbərlərinə intizam tənbehi tətbiq edilmişdir.
Qarşıya çıxan problemlərə baxmayaraq şagirdlərin yeni məktəblərə cəlb edilməsi üçün RİH-nin köməkliyi ilə tədbirlər görülmüş, nəqliyyat vasitəsi ayrılmış və şagirdlərin dərsə davamiyyəti təmin edilmişdir.
“Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik vә bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında”Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq əvvəlki illərdə bu və ya digər səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən və ixtisasları üzrə aşağı nəticə göstərmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir. 2018-ci ilin may ayında keçirilən diaqnostik qiymətləndirmədə 317 müəllim iştirak etmişdir. Onlardan 87 nəfəri ixtisası üzrə 15 baldan aşağı nəticə göstərmişdir.
Ümumiyyətlə, 2015-2018-ci illərdə keçirilmiş diaqnostik qiymətləndirmələrdə bir sıra məktəblərin, o cümlədən Təzəkənd məktəbinin 10 nəfər, Əhmədli və Qodman məktəblərinin 9 nəfər, Ərkivan qəsəbə 3 nömrəli, Zuvandlı, Qədirli kənd məktəblərinin 8 nəfər, Boradigah qəsəbə 1 nömrəli, Ərkivan qəsəbə 2 nömrəli Şıxlar 1 nömrəli, Köçəkli,Tatayan məktəblərinin 7 nəfər,Türkoba, şəhər 6 nömrəli ,Sərçuvar, Qasımlı, Güllütəpə məktəblərinin 6 nəfər müəllimi ixtisasları üzrə daha aşağı nəticə göstərmişdir.
Aparılan təhlillər göstərir ki,diaqnostik qiymətləndirmədə aşağı bal toplayan müəllimlərin əksəriyyəti məhz buraxılış siniflərində zəif nəticə göstərən məktəblərdə çalışırlar.
2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyinə 189 vakant yer sifariş verilmişdir. Müəllimlərin işə qəbulu üzrə aparılan imtahanların I turundan keçmiş 82 nəfər, II turundan keçmiş 6 nəfər rayonun ümumtəhsil məktəblərinə təyinat almışlar.Boş qalan yerlərə Təhsil Nazirliyi tərəfindən elan edilmiş müsabiqənin III turunda uğur qazanmış namizədlər yerləşdiriləcəkdir.
Hazırda rayon ümumtəhsil məktəbləri üzrə 12 tam orta və 6 ümumi orta məktəb direktoru vəzifəsi vakantdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin respublika təhsilinə göstərdiyi qayğı rayonumuzda da daha yüksək səviyyədə hiss olunmaqdadır. Son illərdə Masallıda 51 məktəb tikilmişdir.Hazırda modul tipli məktəblərin tikintisinə üstünlük verilir.Belə ki, cari tədris ilində Xallıcalı, Təkdam, Şıxlar 2 saylı və Bala Təklə kənd ümumi orta məktəbləri üçün belə tipli məktəblər tikilir. Gəyəçöl kəndində isə 260 yerlik yeni müasir tipli məktəb binasının tikintisi davam etdirilir .
İdman sahəsində həmişə olduğu kimi bu tədris ilində də voleybol və şahmat üzrə yüksək nəticələr əldə edilmişdir.
Qızların erkən ailə qurması cəmiyyətə bəla gətirir. Rayonumuzda bu neqativ hala qarşı mübarizə aparılır. Belə ki, RTŞ-in, rayon Mərkəzi Xəstəxanasının və RİH-in nümayəndələri ilə məktəblərdə “Erkən nikahlar və onların acı nəticələri” mövzusunda maarifləndirici tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə erkən nikahın fəsadları, qızların hüququnun pozulması, onların sağlamlığına ciddi təhlükəsi barədə geniş müzakirələr aparılmışdır.
Yeni dərs ilində qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər də çoxdur. Keçriləcək bölmə iclaslarında müvafiq tapşırıqlar veriləcəkdir .
Masallı Rayon Təhsil Şöbəsi əmin edir ki, bundan sonra da işini müasir tələblər səviyyəsində quracaq, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bütün imkan və bacarığını sərf edəcəkdir.
Bala Kolatan tam orta məktəbinin direktoru Elmar Qulamov, Dəmirçi kənd tam orta məktəbinin müəllimi İradə İmanbəyli, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Əli Alışlı, Qəriblər tam orta məktəbinin çümüş medallı məzunu, BDU-nun fizika fakültəsinin tələbəsi Məhəmmədəli Məmmədov, təhsil İnstitutunun şöbə müdiri İlham Cavadov çıxış edərək konfransa mövcud problemləri təhlil etmiş, yeni dərs ilində qarşıda duran vəzifələri, arzu və istəklərini diqqətə çatdırmışlar.
İ.Cavadov diqqəti ölkə təhsilində həyata keçirilən islahatlara, məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsinə, məktəblərarası təcrübə mübadiləsi keçirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına yönəltmişdir.
Masallı RİH başçısı cənab Rafil Hüseynov geniş nitqində müəllimləri təbrik etdib konfransın işinə uğurlar arzuladı, tövsiyələrini verdi. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxundu, bu sahədəki uğurları təqdir edib çatışmazlıqlardan danışdı, təhlillər verdi. Göstərdi ki, ölkədə olduğu kimi Masallıda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur. Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Son illərdə rayonda 50-ə qədər məktəb yenidən tikilib və ya əsaslı təmir olunub, məktəblərdə əlavə sinif otaqları, modul tipli məktəblər tikilib. Məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsi də göz qabağındadır. Şagird-müəllim, müəllim - şagird münasibətləri düzgün qurulmalıdır. Təhsil prosesində davamiyyət məktəbdən, məktəb rəhbərindən, müəllimlərdən və valideynlərdən asılıdır. Biz ökənin gələcəyini hazırlayırıq.
Bir qrup qabaqcıl müəllimə və Bala Kolatan kənd tam orta məktəbinin pedaqoji kollektivinə Masallı Rayon İcra Hakimiyyətinin, təhsildə fərqlənən bir qrup müəllimə RTŞ-in Fəxri fərmanları verildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər