Şriftin ölçüsü :

Saytın rəngi :

Yeyənkənd ərazisində hesabat yığıncağı

10 yanvar 2019 | 16:00

10 yanvar 2019-cu il tarixdə Yeyənkənd ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Barat Nağıyevin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən B. Nağıyev qeyd etmişdir ki,Yeyənkənd kənd inzibati ərazi dairəsi rayon mərkəzindən 7 km məsafədə yerləşir. Ümumi sahəsi 610 hektar olan Yeyənkənd kənd inzibati ərazi dairəsində 3525 nəfər əhali yaşayır.Yeyənkənd kəndinin 1749 nəfər Abasbəyli kəndinin 949 nəfər, Xəlfələr kəndində isə 827 nəfər əhali yaşayır.Ərazidə 629 fərdi yaşayış evi, 914 təsərrüfat və 943 ailə vardır.Əhalinin yaş tərkibi 0-6 yaş 378 nəfər, 6-18 yaş 742 nəfər, 18 yaş və ondan yuxarı isə 2405 nəfərdir.Əhalinin 2586 nəfəri Ərazidə 223 nəfəri Respubilikanın şəhər, rayon və kəndlərində, 716 nəfəri isə müxtəlif xarici ölkələrdə yaşayırlar. Ümumi torpaq sahəsinin 240 hektarı Yeyənkənd kəndinə,100 hektarı Abasbəyli kəndinə, 270 hektarı isə Xəlfələr kəndini əhatə edir. Ümumi torpağın 264 hektarı xüsusi mülkiyyətdədir.
Torpaqlarımızın əsas hissəsi 3-cü keyfiyyət qrupuna, az hissəsi isə 2-ci keyfiyyət qrupuna aiddir.
Atalar deyir ki, payız xeyir-bərəkət fəslidir.Çünki növbəti ilin məhsulunun binövrəsi məhz bu fəsildə qoyulur.Möhkəm binövrə bol məhsul deməkdir.Bol məhsul isə firəvan və gözəl dolanışığın əsas şərtidir.Bu isə asan başa gəlmir.Bol məhsul əldə etmək üçün işə həvəs,torpağa məhəbbət və çətinlikdən qorxmamaq gərəkdir.Sinəsinə xeyir–bərəkət düşəndə torpaqda sevinir.Qonşu ərazilərdə kənd təssərüfatı ilə məşğul olanların təcrübəsi bunu bizə deməyə əsas verir.Yayın əvvəlindən payız əkini ilə bağlı marifləndirici təbliğati tədbirlər aparsaqda nəticə yoxdur. Bizim ərazidə hektarlarla əkilməmiş torpaq boş qalır, iş sağlamlıqdır, dolanışığa köməkdir.Mən bunu əksər vətəndaşlarımıza tövsiyyə edirəm. Çayxanalarda gün keçirmək ömrü bada vermək deməkdir. Başın işə qarışanda vaxtın necə gəlib-keçdiyindən xəbərin olmur. Ölkə başçısının regionlara səfəri, zamanı çıxışlarında xüsusi olaraq kənd təsərrüfatının inkişafına, torpaqların əkilməsınə xüsusi önəm vermişdir. Bölgələrə səfəri zamanı İctimaiyyətin nümayəndələri ilə görüşən cənab  Prezident İlham Əliyev demişdir. Biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. İndi əhalinin sayı 10 milyona yaxınlaşmaqdadır.Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabət qabiliyyətli mallar təqdim edək.Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir.Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır.
Burada iştirak edən yaşlı nəsli nümayəndələri yaxşı bilirlər ki,sovetlər dönəmində bu ərazidə yaşayan insanlar əkinçilik sahəsində uğurlara imza ataraq böyük əkinçilik təcrübbəsi qazanmışlar.Zənnimcə ərazidə ənənəvi əkinçiliyə qayıtmaq üçün bütün şərait vardır.Heç kəsə sir deyil ki,bizim bu torpaqlarda hektarlarla sahələr,çəltik,tərəvəz,dənli paxlalı bitgilər yetişdirilmiş və yüksək göstəricilər əldə edilmişdir.Kənd ağsaqqallarından öyrəndiklərimizdən məlum olur ki, ərazimizdə vaxtı ilə 50-55 ha torpaq sahəsində çəltik əkilərdi.Yaxın keşmişdə 90-cı illərədək isə ərazidə 50-55 ha müxtəlif növ tərəvəz bitgiləri əkilirdi. Bizim bəzi vətəndaşlar əkiçiliyin əksinə olaraq ərazidə əkinə yararlı və əhlinin ümumi istifadəsi üçün nəzərdə tutulan yerlərdə göllər yaradılır.
Bütün bunların əvəzində həmən golləri çəltik yeri kimi istifadə etmək olardı, çəltikçiliyin nə qədər faydalı və gəlirli sahə olduğunu, hər kəs yaxşı bilir.Yaxın keçmişədək bizim ərazidə barama saxlayaraq təsərrüfatın bu sahəsindən bəhrələnərək yüksək mənfəət əldə edən təcrübəli və zəhmətkeş ailələr də olmuşdur.Təcrübəli insanlar yaxşı bilir ki, barama saxlamaq elədə böyük zəhmət tələb eləmir. Vaxtı ilə ərazidə tərəvəzçilik, heyvandarlıq,tütünçülüklə yanaşı baramada saxlanılardı. Ərazidə iri buynuzlu heyvanlarla yanaşı qoyunçuluqla məşğul olan ailələr də vardır.Düzdür heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir.Əzəldən ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Son illər ərazidəki mal-qaranın baş sayının azalması məhsulun isthesalına mənfi təsiri görünməkdədir. Bununda səbəbi mal-qaranın bir baş sayına görə örüş sahəsinin və biçənək üçün otlaq sahəsinin az olması məsuldarlığa təsir etməmiş deyil.Sahibkarlarımız yaxşı bilirlər ki, kənardan alınma otların hesabına heyvandarlığı inkişaf etdirmək olmaz.
Mənə elə gəlir ki, heç vaxt indiki kimi torpaqlar şumlanıb ustünə toxum səpilməsi, üçün bu qədər darıxmamışdır.Bizim bunları etməməyimiz ənənəvi əkinçilikdən uzaq düşməyimizə səbəb olmuşdur.Dövlət tərəfindən Kənd təsərrüfatına subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq və mator yağları verilir.Torpağı boş saxlamaq əvəzinə,ondan təyinatı üzrə səmərəli istifadə etməliyik. Kənd təsərrüfatı ilə məşğul olanlar torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azaddırlar. Dövlət öz dəstəyini göstərir öz tərəfindən nə lazımdırsa onu edir.Bu qədər güzəştlər olunmasına baxmayaraq ərazidə boş qalan torpaqlara qarşı bu cür laqeyid münasibət bağışlanılmazdır.
Torpağı boş saxlamaq əvəzinə onu münbitləşdirməyə, əkməyə və becərməyə çalışan insanlara vermək lazımdır. Bu gün torpağa qayıdışın vaxtıdır və bu günün ən vacib tələbidir.Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri bu istiqamətdə daima insanları marifləndirir.Əvvəlki illərdən fərqli olaraq ərazidə daha məhsuldar, faydalı və daha gəlirli kənd təsərrüfatı bitkiləri əkməliyik. Ötən ilin yazlq əkinində ərazinin pay torpaqlarında 2,5 ha noxud, lərgə,mərci , Şəxsi təsərrüfatlarda (həyətlərdə) 1,5 ha sarımsaq 3,0 ha göyərti, 0,50 ha bibər, 0,80 ha badımcan, 2.4 ha xiyar, 1,5 ha soğan.Payızlıq əkinində 2,0 ha arpa əkilmişdir. Əlbətdə ərazinin suya yaxın yerində 10-12 ha yaxın yararlı torpağın olduğunu nəzərə alsaq əkilən əkin çox azdır.
Qonşu ərazilərin təcrübəsi göstərir ki, baramaçılıq adamlarımıza daha çox gəlir, mənfəət verə bilər. Ötən il digər ərazilər kimi bizim ərazidədə iki qutu ipək qurdu saxlanılmışdır.Sahibkarın təcrübəsiz olması məhsuldarlığa təsirsiz ötüşməmişdir.Yaxın keçmişədək təsərrüfatda işləyənlər çox yaxşı bilirlər ki, tütünçülük və baramaçılıq gəlirli sahədir.
Hesabat ilində Cənab Prezidentin iştirakı ilə Rayonumuzda sənaye məhəlləsinin açılışı olmuşdur. Yeni Sənaye məhəlləsində tütün qəbulu məntəqəsi və tütün-fermentləşdirmə sexinin yaradılması da nəzərdə tutulmuşdur. Çünki bu məhsullar üçün bazar tapmaq çətin deyil, üstəlik yaxşı gəlir gətirir. Bildiyiniz kimi ərazinin torpağının az, əhalisinin çox olduğunu nəzərə alsaq ərazidə belə məhsulların əkilməsi daha çox fayda verər. Dövlətimiz tərəfindən ötən ildən başlayaraq arıçılığın inkişafı üçün beş il müddətinə hər arı ailəsinin bir qutusu üçün arı saxlayan shibkarlara subsidiya verilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirim ki, ölkədə Kənd təsərrüfatı məhsullarını götürmək üçün yeni struktur yaradılıb. İstehsal olunmuş bütün Kənd təsərrüfatı məhsullarını münasıb qiymətlərlə qəbul edirlər.Hər bir vətəndaş əmin olacaq ki, istehsal etdiyi məhsul yerdə qalmayacaq. Buda təsərrüfatla məşğul olanların işinə xeyli kömək edəcəkdir.Mənə elə gəlir ki, bütün bu güzəştlərdən istifadə edərək sahibkarlarımız birgə fermer təsərrüfatları yaratmaqla kənd təsərrüfatı sahələrini genişləndirərək birlikdə yüksək mənfəət götürə bilərlər.
Bəzi vətəndaşlarımız“Torpaq Haqqında Qanun”un müvafiq maddələrini kobud surətdə pozaraq pay torpaqlarını və bələdiyyə torpaqlarını qeyri qanuni zəbt edərək fərdi yaşayış evləri və digər qanunsuz tikililər tikirlər. Torpaqları zəbtdən azad etmək barədə həmən vətəndaşlara dəfələrlə şifahi xəbərdarlıq və yazılı məktubların göndərilməsinə baxmayaraq hələ də həmən torpaqları zəbtdən azad etmirlər.Elə vətəndaşlarımız var ki,onlara elədiyi nöqsanlara görə irad bildirəndə artıq onun qınaq obyektinə çevrilirsən.
Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki,Azərbaycan Respubilikası Prezidentinin müvafiq sərəncamına əsasən torpaqları qanunsuz zəbt edən vətəndaşlar haqqında qanunamüvafiq qaydada cinayət işi açılacaqdır. Azərbaycan Respubilikası Qanunu ilə müəyyən edilmişdir,ki mülkiyyət, istifadə və ya icarə hüquqi olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və yaxud özbaşına tikinti işlərini aparmağa görə çox ciddi cəza 1 ildən- 3 ilədək azadlıqdan məhrumetmə cəzalar nəzərdə tutulmuşdur. Ona görə mən xahiş edirəm ki, tezliklə, qısa zamanda zəbt edilmiş torpaqlar zəbtdən azad edilsin.Əminəm ki, əhalimiz bu deyilənlərdən ciddi nəticə çıxaracaqlar.
Hal-hazırda ərazidə 633 fərdi yaşayış evi vardır ki, bunun da yarısı müasir üslübda tikilmiş yaraşıqlı evlərdir. Bu, bir tərəfdən bizi sevindirirsə də,digər tərəfdən bəzi vətəndaşlar qanunsuz zəbt edilmiş torpaq üzərində özbaşına tikinti tiktidiyi üçün bizdə təəssüf hissi doğurur.
Ərazi nümayəndəliyi belə neqativ hallara qarşı həmişə barışmaz mövqe tutmuşdur. Qanunsuz və özbaşına tikintilərin qarşısının alınmasından ötəri tərəfimizdən aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmış və müsbət həll olunmasından ötəri fəallıq göstərilmişdir.
Bizi çox narahat edən bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Ərazinin Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndində hansı istiqamətdə, gəzərək müşahidə aparsaq hər addımda xoşa gəlməz məişət tullantıları ilə dolu mənzərəylə rastlaşırıq.Ərazidə zibilin vətəndaşlar tərəfindən hara atılasından asılı olmayaraq antisanitarıya şəraitinin yaradılmasına imkan verməməliyik.
Bütün bunların gələcəkdə yolxucu xəstəliklər üçün şərait yaratması bizdə yalnız təəssüf hissi doğurur.Kəndimiz ilbəil böyüyüb gözəlləşsə də belə antisanitariya vəziyyətin yaranması bu gözəlliyə doğurdanda xələl gətirmiş olur.Ərazidə su aparıcı kanallar əsasəndə mərkəzi yol boyunca olan hissəsi təmizlənmək əvəzinə məişət tullantıları, zibillərlə doldururlar ki, bu da gələcəkdə yarana biləcək fəsadları qaçılmaz edir.Su aparıcı kanalların təmizlənməsində, yolların qismən təmir olunmasında ərazi nümayəndəsinin və xeyriyyəci insanlarımızın xüsusi xidməti vardır. Ancaq əhalimiz bu insanların elədikləri ilə kifayətlənməməli hər birimiz bu istiqamətdə öz köməyini göstərməlidr.Fikrimizcə bu istiqamətdə məsələni də müsbət həll etmək olar.Bunun üçün əhali bələdiyyənin vergilərini tam ödəməli, bələdiyyə isə öz növbəsində zibil qutularının alınmasını və toplanmış zibillərin daşınmasını təmin etməlidir.Ərazidə bələdiyyənin fəaliyyət istiqamətlərinə baxsaq görərik ki,bələdiyyə tərəfindən əmlak, torpaq, komunal xidməti və digər vergilərin yığılmalı olduğu halda bu istiqamətdə heç bir müsbət iş görməmişdir. Bələdiyyənin ərazidəki fəaliyyətsizliyi rayon bələdiyyələri arasında sıralamada sonuncular sırasındadır.
Vətəndaşların ödəməyə borclu olduqları vergiləri ödəməməsi Bələdiyyənin zəif fəaliyyət göstərməsinə təsiri olmamış deyil. Onlar vaxtında vergilərin poçt vasitəsi ilə ödənişini etsələr bələdiyyənin işləməsinə şərait yaranar və ondan vaxyı-vaxtında hesabat tələb edə bilərlər.Təklif edirəm ki,kəndimizin inkişafı və gələcəyi naminə gələcəkdə növbəti bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin verilməsi üçün əhalimiz fəallıq göstərsinlər.
Düzgün seçim etsinlər işləyə bilən namizədlərə səs verib bələdiyyənin işləməsinə dəstək olsunlar.Fəallıq göstərsinlər ki, ötən illərdəki tənbəl,passiv və işləməyən bələdiyyə üzvləri təkrar seçilməsin.Ümid edirik ki, ərazinin ağsaqqalları, ziyalıları,fəalları səsimizə səs verəcək, ərazinin zibillənməsinin qarşısının alınmasında su aparıcı kanalların təmizlənməsi və hər kəs evinin yanındakı xəndəkləri təmizləməkdə bizə yardımcı olacaq, kəndimizin abad, gözəl və füsünkar görünməsinə öz töhfələrini verəcək və əraziyə gələn qonaqları heyrətləndirərək bizləri sevindirəcəklər.Hesabat ilində Yeyənkənd tam orta məktəbinin həyətində 300 ədəd tut tingi, ərazinin digər yerlərində isə 200 ədəd tut tingi və 80 ədəd müxtəlif növ ağaclar əkilmişdir.Ərazinin girişindəki tanıtım lövhəsi güçlü külək nəticəsində yararsız,vəziyyətə düşdüyü üçün daxili imkanlar hesabına yenilənmişdir.
Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 3 nəfər rəhbər işçi çalışır. Hər üçü ali təhsillidir.Ərazi nümayəndəsi hesabat ilində öz işini Azərbaycan Respubilikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə”-yə uyğun olaraq illik və rüblük iş planıarına uyğun qurmuş və iş planlarında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmişdir.
Belə ki,ərazi nümayəndəsi RİH Başçısının tapşırıqlarını yerinə yetirmək və səlahiyyətlərinə uyğun təkliflər verməyə təşəbbüs göstərmişdir.Digər orqanlar və Bələdiyyə ilə öz işini qarşılıqlı əlaqəli qurmağa çalışmışdır.Hesabat ilində ərazi nümayəndəliyi üzrə 4 əmr və 55 sərəncam verilmişdir.Əmrlər işçilərin növbəti məzuniyyətə buraxılması və mükafatlandırılması barədə, sərəncamlar isə Perspektiv illik iş planında göstərilmiş işlərin yerinə yetirilməsinə aid olmuşdur. Sərəncamlarda ərazi nümayəndəliyində vətəndaşların qəbulu, onların qaldırdıqları problemlərin həllinə, rəy və təkliflərinin dinlənilməsinə, kargüzarlığın vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin eləcə də rabitə xidmətinin yüksəldilməsinə, istifadə edilmiş elektrik enerjisi və mavi yanacaq haqlarının vaxtında toplanmasına və digər məsələlərin həllinə xüsusi diqqət yetirilmişdir. Ərazi nümayəndəsi hər bir sərəncamın vaxtında icra edilməsini nəzarətdə saxlamışdır. Ərazi nümayəndəliyində mövcud təsərrüfatbaşına kitablar eləcə də vətəndaşların qəbulu, onlardan daxil olan şifahi və yazılı müraciətlərin qeydiyyatı, yuxarı və digər orqanlardan daxil olan həmçinin göndərilən sənədlərin qeydiyyatı kitabları il boyu təlimata uyğun və aydın xətlə yazılmış, sənədlərin saxlandığı qovluqlar iş nomenklaturasına uyğun nömrələnmişdir.
Azərbaycan Respubilikası Prezidentinin 30.09.2015-ci il tarixli sərəncamına əsasən vətəndaş müraciətləri ilə bağlı qaydalar qanunamüvafiq olaraq işimizdə rəhbər tutaraq,ərazi nümayəndəliyinə vətəndaşlar tərəfindən daxil olan hər bir müraciət həmişə diqqətlə araşdırılmış və müsbət həll olunmasından ötəri ədalətli şəkildə tərəfimizdən bu istiqamətdə icra olunmasında fəallıq göstərilmişdir. Ərazinin vətəndşlarından xahiş edərdik ki, ərazidə baş vermiş hər hansı hadisə barədə ilk növbədə ərazi nümayəndəsinə və ya müavininə məlumat verilsin.
Yerli İcra Hakmiyyətləri Haqqında əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindən biri də ərazidə fəaliyyət göstərən seçki məntəqələrinin fəaliyyətinə qanun çərçivəsində köməklik göstərməkdir. Ərazimizdə 69-70 saylı seçki məntəqələri fəaliyyət göstərir. Hesabat ilində seçicilər siyahısının dürüstləşdirilməsi, həmişə ərazi nümayəndəsinin diqqət mərkəzində olmuşdur. Ötən hesabat ili bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Cənab Prezident İlham Əliyev özünün müvafiq sərəncamına əsasən 2018-ci ili Cümhuriyyət ili elan etmişdir.Bu tarixi gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə çox böyük təntənə ilə qeyd olnmuşdur.
Məlumat üçün bildirim ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş,ötən il müasir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-illiyi tamam olmuşdur.Ötən Hesabat ili Prezident seçkiləri ilə də yadda qalmışdır. Ərazidə seçkilərin həmişə yüksək səviyyədə keçirilməsi üçün qanun çərçivəsində bütün şərait yaradılmışdır.Biz bu gün ruh yüksəkliyi ilə deyə bılərik ki, 2018-ci ilin aprel ayının 11-də keçrilmiş Prezident seçkilərinin ərazimizdə yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradılmasi istiqamətində əzimlə çalışmışıq.
Erməni daşnaqları tərəfindən işğal edilmiş Azərbaycan torpaqları hələ də işğal altındadır. Torpaqlarımızın işğaldan azad olunması barədə BMT, İƏT və digər beyəlxalq təşikilatlar tərəfindən qəbul edilmiş Beynəlxalq qətnamələrin icrası hələ də nəticəsiz qalmışdır. Hər gün erməni silahlı quldurları atəşkəsi pozur, cəbhə istiqamətində olan yaşayış məntəqələrində dinc əhali üçün narahatçılıqlar yaradırlar.
Ordumuzun qəhraman əsgərləri düşməni layiqincə susdurur və onlara ağır zərbələr vururlar.Bunun bariz nümunəsi kimi qələbəyə hər gün bizləri bir addım yaxınlaşdıran əsgərlərimizi və onların 2016-cı ilin aprel döyüşlərindəki şücaətlərini və qəhrəmanlıqlarını nümunə göstərmək olar.Ancaq bizim dövlətimiz çalışır ki,bu münaqişə sülh yolu ilə həll olunsun.
Bununla paralel olaraq ölkə başçısı ölkənin hərbi qüdrətinin daim artırılmasını diqqət mərkəzində saxlayaraq ordumuzun ən müasir silahlarla təmin olunması üçün əzmlə çalışır.Burada bizim hər birimizin bir vətənpərvər olaraq boynuna müəyyən vəzifə düşür. Bizlər vətənpərvər azərbaycan övladı olaraq Silahlı Qüvvələrə kiçik də olsa hər birimiz xüsusilə sahibkarlar maliyyə dəstəyi verərək köməklik etsələr daha yaxşı olar.Biz bununla ordumuza olan diqqəti,qayğını və həqiqi vətənpərvəliyimizi göstərmiş olarıq.
Məktəbdə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsindən ötəri şagirdlərə Qarabağ müharibısinə aid ətraflı məlumat verilməlidir. Mənə elə gəlir ki,şagirdlər arasında vətənpərvərlik hislərinin tərbiyəsi günümüzün vacib və əhəmiyyətli işidir.Bu günün məktəblisi, həm savadlı olmalı, yeni elm və texnologiyanı bilməklə yanaşı müharibə şəraitində yşadığımız üçün müsəlləh bir əsgər olmalıdır.Şagird ilk növbədə ona dərs deyən müəllimin şəxsiyyətinə, ətrafdakı mənəvi-psixoloji mühitə baxır və formalaşır.Hər bir insan özü vətənpərvər olmalıdır ki,onunda övladı vətənpərvər olsun.Bu mənada hər birimiz tərəfindən ciddi addımlar atılmalıdır.Qarabağ müharibəsini əks etdirən sənədli və bədii filimlərə baxış keçirilməlidir.Fikrimizcə gənclər arasında hələ də vətənpərvərlik mövzusunda təbliğata böyük ehtiyac vardır.İşğal altında olan torpaqlarımızın sülh danışıqları ilə azad olunmayacağı təqdirdə hərbi yolla mübarizəyə hazır olmalıyıq. Çünki buna həm beynəlxalq Qanun və Azərbaycan dövlətinin özünü müdafiə üçün müstəsna konstisyon hüququ vardır.
Məlumat üçün bildirirəm ki, əvvəlki illərdən fərqli olaraq ərazidə gənclərin hərbi xidmətə hazırlanması və yola salınması yüksək səviyyədədir. Gənclərimiz indi hərbi xidmətə sevinclə gedirlər. Əminik ki, bu vacib və əhəmiyyətli iş bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.Tərəfimizdən Səfərbəlik və HXÇÜDX-nin Rayon şöbəsinə qanunvericiliyə uyğun olaraq daim köməklik göstərilir.
Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir.Yeyənkənd tam orta məktəbində 611 şagird təhsil alır,bunların 322 nəfərini oğlanlar,289 nəfərini isə qızlar təşkil edir.Bu şagirdlərin təlim-tərbiyəsi ilə 37 nəfər müəllim məşğul olur ki,bunların da 20 nəfəri ali,17 nəfəri isə orta ixtisas təhsillidir.Müəllimlərin 22 nəfəri kişi, 15 nəfərini isə qadınlar təşkil edir. Yeyənkənd orta məktəbində 29 sinif vardır.Hazırda məktəbin hazırlıq qurupunda 3-sinifdə 62 nəfər şagird, I-IX- siniflərin 24- sinifində 506 nəfər şagird, X-XI- siniflərin 2-sinifində 43 şagird təhsil alırlar.
I-IX - sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, X-XI-sinif şagirdlərinin, xüsusilə yuxarı sinifdə oxuyan qızların dərsə davamiyyətində çatışmamazlıqlar əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə yaxşıdır. Çünki bu işdə məktəb rəhbəri və sinif rəhbərləri ilə yanaşı hörmətli valideynlərin də xidməti az deyildir.Təhsilin inkişafı, gənc nəslin təlim- təbiyəsində müəllim və valideinlərin müstəsna rolu vardır. Əgər müəllim tələbəni maraqlandıra bilirsə, o oxuyacaq. Fənn sevgisi müəllimdən asılıdır.Döyməklə elm öyrətmək olmaz. Müəllim peşəsini sevdirə bilmirsə günahı özündə axtarmalıdır. Biz daha çox məktəblilərin sosial şəbəkələrə aludəçiliyi, azyaşlıların erkən nigaha cəlb edilməsindən və narkamaniyaya,pıs vərdişlərə meyilli ola biləcəklərindən narahatıq. Bu istiqamətdə ərazi nümayəndəsinin barışmaz mövqedə olduğunu ərazinin vətəndaşları yaxşı bilir. Biz azyaşlı qızların nişanlanaraq 18 yaşının tamam olmasına bəzən bir il bəzədə bir neçə ay qalmış ərə getməsi hallarına qarşı çıxdıqda,valideynlərin lüzumsuz qınağı ilə rastlaşırıq.
Ümidvarıq ki, azyaşlı qızların ərə verilməsi nəticəsində törədə biləcəyi fəsadların ağır nəticələrini nəzərə alaraq hörmətli valideyinlərimiz belə addımların atılmasından çəkinəcəklər. Bunun nəticəsidir ki, son zamanlar ərazimizdə az yaşlı qızların nişanlanması hallarına rast gəlinsə də ərə verilməsi qeydə alınmamışdır. Əminəm ki,bu deyilənləri nəzərə alaraq Hörmətli valideynlərimiz qızlarının oxumasına,təhsil almasına çalışacaqlar.
Son illərdə ərazidə qız uşaqlarının oxumağa meyilli olduqlarını görürük və bütün bunlar bizi çox sevindirir. Belə ki, hesabat ilində məktəbin məzunlarından 12-nəfəri yüksək balla ali məktəblərə, 2 nəfəri peşə məktəblərinə və 5 nəfər kollecə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olub tələbə adını qazananlar arasında 7-nəfəri qızlardır.Qızların ali məktəblərə qəbul olması, tələbə adını qazanmaları,ölkəmizin böyük təhsil ocaqlarında sayının artması bizdə fərəh hissi oyadır. Hal-hazırda onlar müvəffəqiyyətlə öz təhsillərini davam etdirirlər. İdman sahəsində də məktəbimizin uğurları vardır.Ərazinin on yaşlı sakini, Yeyənkənd tam orta məktəbinin V- sinif şagirdi respublikamızda keçirilən qaydasız döyüş uzrə dünya çempionatında öz çəkisi üzrə qalib olaraq birinci yerə layiq görülmüşdür.
Tarixən gənclər millətin,xalqın gələcəyi hesab edilib. Gənclik ümumiyyətlə, sabahın, millətin, xalqın gələcəyidir. Böyük dövlətlər yalnız o halda öz böyüklüyünü saxlaya bilib ki, gələcək üçün böyük insanlar yetişdirə bilsinlər.
Hörmətli Cənab Prezident çıxışlarında demişdir:” Azəbaycan Təhsilin məzmununda tərbiyə, milli mənəvi və ümumbəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, milli vətənpərvərliyin prioritet ideyalar kimi həyata keçirilməsi”Azəbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir,bu dövlət siyasətidir.
Bildiyiniz kimi ərazimizin əhalisinin sağlamlığı ilə bir tibb ocağı məşğul olur. Yeyənkənd həkim məntəqəsində 4 nəfər tibb işçisi çalışır ki, bunların da 2 nəfəri ali, 2 nəfər isə orta tibb işçisidir.Ümumilikdə bütün tibb işçiləri qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər.Xüsusilə gənc anaların vaxtında muayinə olunmasını təşkil edirlər. Bunun nəticəsidir ki, ərazidə uşaq ölümü yoxdur.Lakin tibb ocağında həlli vacib olan məsələlər də yox deyildir. Məlumat üçün bildirirəm ki,son illər ərazidə əhalinin sayının artmasını xəstəliklərin erkənləşməsini nəzərə alaraq Yeyənkənd həkim məntəqəsinə oxumuş, təcrübəli tibb qardaşlarına və tibb bacılarına ehtiyac düyulmaqdadır.
Ərazidə qanunçuluğun qorunması,oğurluq və ağ ölümün qarşısının alınması istiqamətində də xeyli iş görülmüşdür.Ərazidə hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunur.Belə tədbirlərin məktəblərdə də yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilməsi məqsədəmüvafiqdr.Biz gənc nəslin pis vərdişlərdən uzaq olması üçün, yaxşı təhsil alması,vətənpərvər bir insan kimi yetişməsi,daima çalışırıq. Bu istiqamətdə gələcəkdə fəaliyyətimizi daha da gücləndirməliyik.
Qeyd edim ki,ərazidə köhnəlmiş, hətta çürümüş elektrik dirəkləri çoxdur.Tezliklə dəyişdirilməsinə ehtiyac vardır.Ərazi nümayəndəliyi istismar müddətini keçmiş elektrik avadanlıqlarının dəyişdirilməsi barədə Masallı rayon Elektrik şəbəkəsinin rəhbərliyi qarşısında məsələ qaldırmışdır və təbii ki, bu məsələ qısa zamanda qismən öz həllini tapmışdır.Ümüdvarıq ki,qarşıdakı aylarda bu məsələ öz həllini tam şəkildə tapacaqdır.
Ərazinin Yeyənkənd kəndinin iki məhəlləsində mavi yanacaq olmayan evlərə qaz xətti çəkilmişdir.Ərazidə elektrik enerjisinin və mavi yanacağın arada təmirlə əlaqədar kəsilməsin nəzərə alsaq vətəndaşlarımız Elektrik enerjisi və mavi yanacaq haqqının ödənişini vaxtında etsələr heç bir çətinlik qalmaz.Müasir həyatımızın əsas hissəsinə çevrilmiş rabitə, informasiya və internet sahəsindəki xidmət ərazimizdə yaxşı təşkil edilmişdir. Elm və texnikanın son naliyyətlərinə əsaslanan müasir texniki avadanlıqlarla təchiz, edilmişdi Yeyənkənd EATS-i 750 abonentə rabitə xidməti göstərir. İstər rabitə, istərsə də internet sahəsində narahatlıqlar da vardır.
Belə ki,digər sahələrdə olduğu kimi burada da köhnəlmiş və çürümüş dayaqların yenilənməsinə ehtiyac vardır.Bununla bağlı rabitə şöbəsi rəhbərliyinə müraciətimiz olmuşdur və bu məsələ yaxın aylarda öz həllini tapacaqdır.Yaxşı olardı ki, hər bir abunəçi abunə haqlarını vaxtında ödəsinlər ki, açılmalar olmasın.Ərazidə bir kitabxana fəaliyyət göstərir.Ərazidəki kitabxananın binası olmadığı uçün,müvəqqəti olaraq uyğunlaşdırılmış binada yerləşirlər. Kitabxananın işçiləri kitab oxucularını maraqlandıran kitab oxu tədbirlər həyata keçirməlidirlər.
Kitabxanın fəaliyyəti formal xarakter daşıyır və həmişə olduğu kimi ərazinin ictimayi həyatında heç rolu görünmür.Ərazidə bir klub fəaliyyət göstərir.Bildiyiniz kimi ötə il klubla yanaş otaqlardan birində yanğın olmuşdu. Yanğın nəticəsind ümumilikdə klub binasına, əsasəndə dam örtüyünə çoxlu ziyan dəymişdi.Klub müdiri daxili imkanları hesabına binanın dam örtüyü və digər təmir işləri görmüşdür.
Qarşıda çoxlu vəzifələr və görüləsi işlərimiz vardır.Cari ildə yolların əsaslı təmirinin başa çatdırılmasına, ərazinin Xəlfələr kəndinin qazlaşdırılması işinə başlanılması məqsədi ilə ayidiyati orqanlar qarşısında məsələ qaldırmaq. Köhnə, çürümüş elektrik və telefon dirəklərinin dəyişdirilməsinə, mərkəzi yolun dağılmaqda olan yerlərini təmir etdirmək. Xüsusilə ərazidə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində vətəndaşların boş qalan torpaqlarını əkmələri üçün suvarma sistemlərinin qurulması istiqamətində aydiyati orqanlar qarşısında məsələ qaldırmaq.Su axıdıcı kanalların təmizlənməsini mütəmadi davam etdirmək, ərazinin daim yaşıllaşdırılması qayğısına qalmaq və bu kimi digər abadlıq quruculuq işlərinin yerinə yetirilməsini təmin edəcəyik.

Keçidlər