Çaxırlı ərazisində hesabat yığıncağı
16 yanvar 2019-cu il tarixdə Çaxırlı ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən M. Qubadov qeyd etmişdir ki, Çaxırlı inzibati ərazi dairəsi mərkəzi Çaxırlı kəndi olmaqla, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı və Bala Təklə kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 2153 hektar, əhalisi 4992 nəfər, təsərrüfatların sayı 1139 olmaqla 875 yaşayış evi vardır.
Masallı rayon İcra hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi nümayəndəliyi öz işini, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır.
Nümayəndəlikdə hər bir müraciyətə "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılması təmin edilmişdir.
Hesabat ilində nümayəndəlikdə səlahiyyətlər çərçivəsində 62 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan 6-sı əhalinin sosial problemlərinin həlli, 7-si ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 6-sı kütləvi tədbirlərin keçirilməsi, 2-si vətənpərvərlik, 2-si erkən nigah, 1-i yay şumunun vurulması, 1-i əkin barədə, 1-i biçin barədə, 1-i yeni il və həmrəyliklə bağlı, 2-si əhaliyə göstərilən tibbi xidmət, 1-i bələdiyyə ilə əlaqəli işin təşkili barədə, 1-i ərazidə qeyri-qanuni tikililər barədə, 3-ü təhsillə bağlı, 2-si həqiqi hərbi xidmətə çağırışla bağlı, 2 –si soyqırımla bağlı (31 mart, Xocalı), 1-i bayraq günü ilə bağlı, 2-si gənclərin asudə vaxtları ilə bağlı, 18-i təsərrüfatdan ayrılma ilə bağlı, 3-ü bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfatbaşına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı, həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı da dəqiqləşdirilmişdir. Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 4992 nəfər əhali olduğu halda bundan 01-18 yaş 1998 nəfər, 18 yaşdan yuxarı 2994 nəfər (ondan 2541 nəfər ərazidə, 415 nəfər Respublika daxilində, 38 nəfər isə xaricdə yaşayır) müəyyən edilmişdir.
Nümayəndəliyə vətəndaşlar tərəfindən 55 şifahi müraciət daxil olmuşdur. Daxil olan şifahi müraciətlərdən 8 müraciət həmkəndlisi ilə mübahisə etməsi, 2 müraciət ev tikilməsi barədə, 4 müraciət ailə münaqişəsi barədə, 1 müraciət bacısının staj sənədləri ilə bağlı, 4 müraciət torpaq kartının vaxtının bitməsilə bağlı, 5 müraciət həyətinə qum tökülməsilə bağlı, 4 müraciət pay torpağının KOLİN şirkəti tərəfindən korlanması ilə bağlı, 8 müraciət qazın təzyiqinin aşağı olması və qaz verlişinin dayandırılması ilə bağlı, 1 müraciət oğluna həyət götürmək istəməsi ilə bağlı, 1 müraciət əmək haqqından tutulma ilə bağlı, 2 müraciət kanalların qazılması ilə bağlı, 1 müraciət maddi yardımla bağlı, 6 müraciət subsidiya ilə bağlı, 1 müraciət qonşusunu tərəfindən heyvan zibillərini yola tökməsi ilə ilə bağlı, 1 müraciət həyətinə gedən yolun qonşusu tərəfindən tutulması barədə, 6 müraciət elektrik xəttlərinin və dirəklərinin yararsız olması ilə bağlı olmuşdur. Şifahi müraciətlər tərəfimizdən vaxtında araşdırılaraq müsbət həll olunmuşdur.
Nümayədəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 47 məktub daxil olmuşdur. Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir.
Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
"Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.
Çaxırlı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə 28 doğum, 4 nikah, 25 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nikah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində ölüm faktlarının qeydiyyatlarının aparılmasında gecikmələrə yol verilmişdir. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq ərazidə azyaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
Azyaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları, ağsaqqları və ictimaiyyətin digər nümayəndələri ilə yığıncaqlar kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür. Bununla yanaşı azyaşlı qızlarını nişanlayan 6 ailə başçısı ilə söhbətlər aparılmış, mövcud qanunvericiliy bir daha onların nəzərinə rəsmi çatdırılaraq onlar barəsində hüquq mühafizə orqanlarına da məlumat verilmiş və rayon İcra hakimiyyəti başçısı tərəfindən Ailə Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq həmin azyaşlıların yaş hədlərinin artırılması barədə müvafiq sərəncamlar verilmişdir.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüquqi aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
Hesabat ilində nümayəndəliyin xəzinədarlıq işlərində heç bir yanlışlığa yol verilməmişdir. Belə ki, büdcədən ayrılmış 23341 manat vəsait tam təyinatı üzrə xərclənmişdir.
Dövələtimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazidə 2 ümumi orta və 2 tam orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 706 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 95 müəllim məşğul olur.
Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məktəb kollektivinə yaxından köməklik göstərilir. Belə ki, hesabat ilində Kəlbəhüseynli kənd tam orta məktəbinin direktorunun ərazi nümayəndəliyinə ünvanladığı müraciəti əsasında ərazi nümayəndəliyi Bələdiyyə ilə birlikdə ardıcıl olaraq bir neçə gün məktəbdə olmuş, dərsdən yayınan yuxarı sinif şagirdlərinin valideyinləri ilə görüşlər keçirmiş, onlara şagirdlərin dərsədən yayınmasının "Təhsil haqqında" Qanunun tələblərinin pozulduğu izah edilmiş, şagirdlərin repititor yanına gedmək istədikləri halda bu vaxtı dərs saatlarından sonraya salmaları tələb edilmişdir. Görülən məqsədyönlü tədbirlər nəticəsində aşağı siniflər kimi yuxarı sinif şagirdlərinin də dərsə davamiyyəti yüksəlmişdir. Belə ki, Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz, yuxarı siniflərdə davamiyyət orta səviyyədədir. 2017-2018-ci tədris ilində 11-ci sinifi bitirmiş 25 məzundan 12 nəfər ali məktəbə, 6 nəfər isə kolleclərə daxil olmuşdur. 600-dən çox bal toplamış - Allahyarlı Cəmilə Vüsal qızı 612 balla Azərbaycan Tibb Universitetinə, 572 bal toplamış Mehrabov Şahin Qorxmaz oğlu Naxçıvan Dövlət Universitetinə, 575 bal toplamış Qardaşbəyli Zamin Müşviq oğlu Naxçıvan Dövlət Universitetinə daxil olmuşlar. Ərazidə 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 2 ailə həkimi , 1 stamtoloq, 1 mama, 2 orta tibb işçisi , 1 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında ümumilikdə 598 peyvənd aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
Ərazidə oxucu kütləsinə xidmət edən 1 kitabxana vardır. Kitabxana Çaxırlı kənd ərazi nümayəndəliyində yerləşir. Klub və kitabxanada əsasən mütamadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir.
Qeyd etməliyəm ki, ərazi nümayəndəliyinin mühüm işlərindən biri də məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər keçirtmək, gənclərin hərbi biliklərinin təkmilləşdirilməsində onlara köməklik göstərmək və onları böyük ruh yüksəkliyi ilə Milli Ordu sıralarına təntənəli surətdə yola salınmalarını təmin etməkdən ibarətdir. Hər il olduğu kimi hesabat ilində də biz bu ənənəni layiqli səviyyədə yerinə yetirərək ərazimizdə xidməti yaşı çatmış 31-nəfər gənclərimizi böyük vətənpərvərlik ruhu ilə hərbi xidmətə yola salmışıq. Gördüyümüz marifləndirici tədbirlər nəticəsində hərbi xidmətdən yayınma halları olmayıb, lakin 6 nəfər gənc Respublikamızdan kənarda yaşamasına görə hərbi xidmətə göndərilməmişdir. Həmin gənclərin yaxınlarına bildirilmişdir ki, hərbi xidmət onların vətənpərvərlik borcudur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 3 gəncimiz şəhid və 15 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Onalara bayramlarda bayram sovqatları paylanır və onların xatirələri Rayon İcra hakimiyyəti tərəfindən daima əziz tutulur və biz onlara bundan sonra da diqqətlə yanaşılacağına inanırıq.
Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur. Hazırda ərazidə internet istifadəçilərinin sayı 240 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
Bütün evlərə elektrik sayğacları quraşdırılsa da yeni tikilmiş evlərin bəzilərinə qaz sayğacları quraşdırılmamışdır. Rayon Elektrik Şəbəkəsi tərəfindən ərazinin Sarıcəfərli kəndində bir 160 klovatlıq yeni transformator qoyulmuşdur. Ərazidə elektrik enerjisindən istifadə edən 980 abonent vardır. Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklərimiz vardır. Elektrik dirəklərinin və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün nümayəndəlik tərəfindən rayon EŞ-nə müraciət edilmiş və daha çox qəzalı vəziyyətdə olan elektrik dirəkləri dəyişildirilmiş və naqillərə toxunan budaqlar kəsilmişdir. Hal-hazırda Əraziyə verilən elektrik enerjisi normaldır.
Bunlarla bərabər ərazidə qazdan istifadə edən 850 abonent vardır. Qazın təzyiqinin aşağı olması ilə bağlı vətəndaşlar tərəfindən bir neçə dəfə ərazi nümayəndəliyinə müraciət edilmişdir. Bununla bağlı ərazi nümayəndəliyi tərəfindən rayon Qaz İstismarı İdarəsinə müraciət olunmuş, müraciət edildiyi vaxt qazın təzyiqi artırılsada, hal-hazırda qazın təzyiqində azalmalar yenədə müşahidə edilir.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 2046 baş , xırda buynuzlu mal-qaranın sayı 3644 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Hesabat ilində heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülmüş, belə ki, 35 təsərrüfatda süni mayalanma aparılmasına baxmayaraq daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 2153 ha torpaq sahəsi olmaqla, bundan 112 ha dövlət mülkiyyətinə aid olan torpaqlar, 1526 ha xüsusi mülkiyyətə verilən torpaqlar, 515 ha bələdiyyə mülkiyyətinə verilmiş torpaqlardır.
2018-ci ilin məhsulu üçün 1500 ha əkin aparılmışdır. Bundan da 597 ha buğda, 65,36 ha arpa, 219,30 ha vələmir, 65,57 ha yonca, 21,35 ha tərəvəz və 245,70 ha sahədə isə sair bitkilər əkinlərindən 1031 ha əkin üçün istehsalçılara 75557 manat subsidiya verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi, daha sərfəli və rayon üçün ənənəvi tərəvəz məhsulları istehsalına keçilməsi artıq günün tələbinə çevrilmişdir. Ərazimizdə əsasən heyvandarlıq sahəsi inkişaf etməsinə baxmayaraq hesabat ili ərzində ərazimizdə 3,10 ha çəltik, 35 ha kartof, 38 ha çiyələk, 11 ha noxud və 2.5 ha paxla əkini olmuşdur.
Pay torpaqlarından kənd təsərrüfatı məqsədləri üçün düzgün istifadə olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli Məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Fermerlərimiz bu məsələyə ciddi yanaşmalı, kooperativlər yaradaraq təsərrüfatları genişləndirməli, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi və rayon aqrolizinqinin imkanlarından istifadə etməlidirlər.
Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təchizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir. Kənd təsərrüfatı məhsulları istehsal edən hər bir vətəndaş qabaqcadan müqavilə bağlamaqla tədarük etdiyi məhsulu bu təşkilata rahat şəkildə satmaq imkanı qazanır.
Nümayəndəlik və Bələdiyyə tərəfindən görülmüş tədbirlər nəticəsində zəbt olunmuş 7.5 ha torpaq sahəsindən 1.2 ha-ı zəbtdən azad etdilmişdir. Tərəfimizdən 4 nəfər pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə, inzibati komissiyaya və əmlak komitəsinə müvafiq sənədlər gödərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir.
Respublikamızda azad sahibkarlığa yaradılmış şərait ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir. Ərazidə 1 şadlıq sarayı, 3 süd qəbulu məntəqəsi, 1 inkubator sexi, 12 mağaza-dükan, 2 maşın təmiri sexi, 1 plastik qapı-pencərə sexi, 2 bərbərxana, 3 iaşə obyekti fəaliyyət göstərir, burada 45 nəfərə yaxın işçi işləyir.
Bələdiyyə ilə işlərin səmərəli təşkili, yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir. Bələdiyyə ilə birlikə ¬¬¬ kənddaxili yollara qum və çınqıl tökülmüş, istirahət mərkəzi təmir edilmişdir.
Bizi narahat edən bir neçə məsələlər var idi. Bunlardan biri də ipək yolunun çəkilməsi ilə əlaqədar ağır tonajlı yük avtomobillərinin yük daşıma fəaliyyətini ərazimizdən keçən Binə Xocavar – Çaxırlı yolunun 5 km asfalt örtüyünün yararsız vəziyyətə düşməsi idi. İkinci məsələ Bala Təklə kəndində təbii qazın olmaması idi. RİHB-sı Cənab Rafil Hüseynovun köməkliyi nəticəsində ipək yolunun çəkilməsi zamanı ərazimizin yararsız hala düşən 5 km asfalt örtüyü yenidən asfalt vuruldu və Bala Təklə kəndinə də qaz çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. Bütün bunlar əhalinin rifah halının yüksəldilməsi üçün RİHB-nın rəhbərliyi ilə görülən tədbirlərin müəyyən bir hissəsidir. Buna görə də biz kənd sakinləri adından cənab Prezidentimiz İ.Əliyevə və Cənab Başçıya öz dərin təşəkkürümüzü bildiririk.
Ərazidə ağsaqqalların, ziyalıların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Çaxırlı kəndinə istirahət parkı salınaraq əhalinin istifadəsinə verilmişdir. Ərazimizdən kənarda yaşayan və kənd əhalisinin imkanları hesabına ərazimizdə bir çox işlər görülmüşdür. Görülən işlərə misal olaraq bildirmək istəyirəm ki, Çaxırlı, Kəlbəhüseynli və Sarıcəfərli kəndlərini birləşdirən 2,1 km yola 67 ədəd işıq dirəkləri basdırılaraq, 69 ədəd gecə işıqları quraşdırılmışdır ki, bunun da sakinlərin axşamlar bu yolda rahat hərəkət etmələri üçün böyük əhəmiyyəti vardır. Həmçinin bu yolda yol qıraqlarına 1000 ədəd ağac əkilmiş, bir körpü əsaslı təmir edilmiş və yola çınqıl tökülmüşdür. Kəlbəhüseynli kəndində Qala adlanan ərazidə futbol, voleybol meydançaları əsaslı təmir edilmiş, həmçinin bu meydança yay idman qurğuları ilə təmin edilmişdir. Futbol meydançasının təmirindən sonra Bələdiyyə ilə birlikdə 2018-ci ilin yay aylarında Qarabağ şəhidi Nicat Əbilov adına futbol üzrə rayon birinciliyi keçirilmişdir. Bunlarla bərabər Sarıcəfərli kəndində yeni avtobus dayanacağı tikilərək sakinlərin istifadəsinə verilmişdir ki, bu da yağışlı və qarlı havalarda sakinlərin avtobus və digər minik vasitələrini gözləmələri üçün əlverişli şərait yaradır. Bununla bərabər imkanlı şəxslərin köməkliyi ilə Çaxırlı kəndinin mərkəzi hissəsindən keçən asfalt yolun işıqlandırılması üçün 11 ədəd işıq dirəkləri basdırılaraq, gecə işıqları quraşdırılmış, yolun ətraflarının ot, alaq, kollardan və digər məişət tullantılarından təmizlənmişdir. Görülən tədbirlərlə yanaşı Çaxırlı kəndində olan qəbirstanlıq ot, alaq və kollardan təmizlənərək ətrafında olan dəmir dirəkləri təmir edilərək yenidən rənglənmişdir. Bununla bərabər bir qurup könüllü gənc tərəfindən Çaxırlı kəndinin küçələrinin ot, alaq, kollardan və məişət tullantılarından təmizlənmiş və yol kənarlarında olan ağaclar budanmışdır. 700 ədəd tut ağacı gətirilərək Çaxırlı və Sarıcəfərli məktəblərinin həyətində və Çaxırlı kəndində yerləşən stadiona əkilmişdir. Bu da baramaçılığın inkişafında mühüm rol oynayacaq. Çaxırlı kəndinin mərkəzi hissəsindən keçən 1 km suötürücü kanal rayon İcra hakimiyyətinin köməkliyi ilə yenidən qazılaraq ev və həyətyani sahələrin su basmasının qarşısı alınmışdır. Ölkə rəhbərinin məlum fərmanına əsasən Kəlbəhüseynli kəndində kənd təsərrüfatı əkinlərinin suvarılması üçün artezian quyusu qazılmış, həmçinin Bala Təklə kəndində içməli su xətti çəkilmiş və yeni Modul tipli Məktəbin tikintisi davam etdirilir. Yaxın vaxtlarda içməli suyun kənd sakinlərinin və yeni Məktəbin şagirdlərin istifadəsinə veriləcəyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və kreditlərinin idarə edilməsi üzrə dövlət xidməti 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi Ərazi nümayəndəliyinin və Bələdiyyənin birgə dəstəyi ilə – Qadınların İqtisadi səlahiyyətləndirilməsi proqramı çərçivəsində kəndimizdə 2 qadın qurupu yaradılmışdır. Bunlardan biri – Bahar qadın qurupu - Bələdiyyə binasında ayrılmış xüsusi otaqlarda müxtəlif növ tikiş işləri, ikincisi - Cənub qadın qurupu isə çörək və şirniyyat məmulatlarının istehsalı ilə məşğuldurlar. Hal-hazırda Çaxırlı kəndində təmiri davam etdirilən avtobus dayanacağı da yaxın vaxtlarda əsaslı təmir edilərək əlverişli vəziyyətə çatdırılacaqdır. Həmçinin kənddə mərasim məclisləri keçirmək üçün mərasim zalının tikintisi bu il başa çatdırılması, azanlı məhəlləsində 2 km yolun təmiri, Çaxırlı kəndində ayrılmış stadionun bərpa olunması nəzərdə tutulmuşdur. İmkanlı şəxslərin köməkliyi ilə Çaxırlı ərazisinin giriş hissəsində giriş qapısı və Çaxırlı, Kəlbəhüseynli və Sarıcəfərli kəndlərini birləşdirən 2,1 km yola asfalt örtüyünün vurulması, Çaxırlı-Kəlbəhüseynli-İmanlı və Sarıcəfərli kəndlərinin ərazisindən keçən su ötürücü kanalın təmizlənməsi 2019-cu ildə görülməsi planlaşdırdığımız işlərimizdəndir. Rayon qadınlar şurasının, rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmmadi görüşlərin nəticəsində azyaşlı qızların ərə verilməsi və erkən nikahların olması halları hesabat ilində demək olar ki, müşahidə olunmamışdır. Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanın digər guşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidiyyəti hüquqi orqanlara tərəfimizdən vaxtında məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır.
Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı, el adətlərinin yaşaması, dini dəyərlərin qorunması sahəsinə də tərəfimizdən daim diqqət yetirilmişdir.
Ərazidə olan məscidlərin 5-də də dini icmalar yaradılmaqla, məscidlərdə axundlar Rayon Qazisinin razılığı ilə fəaliyyət göstərirlər. Ərazidə bütün dini mərasimlər aparılan təbliğatın müsbət nəticəsində tam dini adət-ənənələr çərçivəsində yerinə yetirilir.