Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli ərazisində hesabat yığıncağı

10 yanvar 2019 | 16:00

10 yanvar 2019-cu il tarixdə Həsənli ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yunis Ağayevin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən V. Hüseynov qeyd etmişdir ki, hesabat ilində numayəndəlikdə səlahiyyətlər çərçivəsində 66 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan  15 -  i əhalinin sosial problemlərinin həlli , 3 -ü ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 7 - i kütləvi tədbirlər keçirilməsi,  2-i   vətənpərvərlik, 2-i  erkən nigah, 1-i təsərrüfatdan ayrılma , 1-i yay şumunun vurulması , 1-i əkin barədə, 2-i biçin barədə,  1-i  yeni il və həmrəyliklə bağlı,1-i əhaliyə ğöstərilən tibbi  xidmətl, 2-i bələdiyyə ilə əlaqəli işin təşkili barədə, 1-i ərazidə qeyri-qanuni tikililər barədə,  3-ü təhsillə bağlı, 2-i həqiqi hərbi xidmətə çağırışla bağlı ,   2 –i soyqırımla bağlı (31 mart,Xocalı), 3-ü ərazidə abadlıq işləri ilə bağlı,  1- bayraq günü ilə bağlı,   2-i gənclərin asudə vaxtları ilə bağlı,  1-i tibbi xidmətlə bağlı,13 -ü bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
         Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş,habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq  madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı , həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 6620 nəfər əhali olduğu halda bundan 0-6 yaş 1328 nəfər (ondan ərazidə 917 nəfər, Respublika daxilində 381 nəfər,  30 nəfər isə xaricdə yaşayır) , 6-18 yaş 1299 nəfər (ondan 847 nəfər ərazidə, 415 nəfər Respublika daxilində,  37  nəfər isə xaricdə yaşayır), 18 yaşdan yuxarı  4003  nəfər (ondan 3175 nəfər ərazidə, 641 nəfər  Respublika daxilində, 187 nəfər isə xaricdə  yaşayır)   müəyyən edilmişdir.
         Nümayəndəliyə vətəndaşlar tərəfindən 63 şifahi müraciət daxil olmuşdur. Daxil olan   şifahi şikayətlərin 25- i əkin sahələrinə suyun verilməsi ilə bağlı, 3-ü pay torpaqlarına gedən yolla bağlı, 1-i həyətinə gedən yolun qonşusu tərəfindən zəbt olunması ilə bağlı, 4-ü ev tikilməsi ilə bağlı, 5-i taxıl sahəsinin biçilməsi ilə bağlı texnika istəməsi ilə əlaqədər, 4-ü evinin yaxınlığına zibil tökülməsi ilə bağlı, 8-i pamidor sahəsinə düşən xəstəliklə bağlı, 2-ü evinə gedən yola çınqıl tökülməsi ilə bağlı,2-i  həyətyanı torpaq sahəsi istəməsi ilə bağlı, 5-i  evinə gələn elektrik xəttinin bərpası ilə bağlı, 4-i isə evinə elektrik sayğacının qoyulması ilə bağlı olmuşdur. Şifahi şikayətlər tərəfimizdən vaxtında  araşdırılaraq müsbət həll olunmuşdur.
      
      Nümayədəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə,təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır.Nümayəndəliyə müxtəlif təşkilatlardan  41  məktub daxil olmuşdur.Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış,məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş,digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir.
Göndərilən sənədlərin qeydiyyatı kitabi və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
        "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
         Həsənli İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2018-ci ildə 13 doğum, 3  nikah, 23 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nikah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir.Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir.   Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə az yaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
       Az yaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları,ağsaqqları və ictimaiyyətin  digər nümayəndələri ilə yığıncaq kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür.Bununla yanaşı azyaşlı qızlarını nişanlayan 3 ailə başçısı ilə söhbətlər aparılmış,mövcud qanunvericiliy bir daha onların nəzərinə rəsmi çatdırılmış və  onlar barəsində hüquq mühafizə orqanlarınada məlumat verilmişdir.
      Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti,ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir.Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
     Hesabat ilində nümayəndənin xəzinədarlıq işlərində heç bir yanlışlığa yol verilməmişdir. Belə ki, büdcədən ayrılmış 75186  manat vəsait     tam təyinatı üzrə xərclənmiş, fiziki şəxslərdən gəlir vergisi ¬¬¬¬¬ 2492  manat  olmuşdur.
         Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
      Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 2 ümumi orta və 2 tam orta məktəb fəaliyyət göstərir.Məktəblərdə  902  şagird təhsil alır,onların təlim tərbiyəsi ilə  99  müəllim məşğul olur. 2018-ci il tədris ilində  Həsənli kənd tam orta məktəbinin 9 –cu sinfini 21 şagird bitirmiş ondan 3 nəfər şagird kollecə daxil olmuş,14 nəfər şagird hal hazırda Həsənli kənd tam orta məktəbində  təhsilini davam etdirir,4 nəfər şagird isə təhsilini davam etdirmir. Məktəbin 11-ci sinfini 15 şagird bitirmiş onlardan 6 nəfəri  Respublikanın ali məktəblərinə daxil olmuşdur. Qəbul  olan şagirdlərdən biri Musayev Bəhmən 690 bal toplamışdır.
   Köçəkli kənd tam orta məktəbinin 9 –cu sinfini 28 şagird bitirmiş ondan 27 nəfər şagird hal hazırda Köçəkli kənd tam orta məktəbində  təhsilini davam etdirir,1 nəfər şagird isə təhsilini davam etdirmir. Məktəbin 11-ci sinfini 35 şagird bitirmiş onlardan 6 nəfəri  Respublikanın ali məktəblərinə daxil olmuşdur. Qəbul  olan şagirdlərdən biri Budaqova Aytən 615 bal toplamışdır.
   Məmmədxanlı kənd ümumi orta məktəbinin 9-cu sinfini 3 şagird bitirmişdir. Onlardan 2 nəfər kollecə daxil olmş 1 nəfər isə Həsənli kənd tam orta məktəbində  təhsilini davam etdirir. 
   Təkdam  kənd ümumi orta məktəbinin 9-cu sinfini 5 şagird bitirmişdir. Onlardan 1 təhsilini davam etdirir 4 nəfər isə təhsilini davam etdirmir. 
      Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsədə, yuxarı siniflərdə davamiyyət orta  səviyyədədir.
       Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 2 ailə həkimi , 1 stamtoloq ,2 mama  , 6 orta tibb işçisi , 5 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında  ümumilikdə   1080   peyvənd  aparılmışdır.   Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
      Ərazidə oxucu kütləsinə xidmət edən 2 kitabxana vardır. Kitabxanalardan 1-i Həsənli kənd ərazi nümayəndəliyində 1-i isə Köçəkli kəndində yerləşir. Ərazidə fəaliyyət göstərən klub RİHB-sı cənab Rafil Hüseynovun dəstəyi ilə  əsaslı təmir edilmişdir.Klub və kitabxanalarda əsasən mütamadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir.
Qeyd etməliyəm ki,ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2018-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür.Gördüyümüz tədbirlər nəticəsində ərazimizdə 40- nəfər hərbi xidmətə göndərilmiş  və hərbi xidmətdən yayınma halları olmayıb lakin  1 nəfər gənc Respublikamızdan kənarda yaşamasına görə hərbi xidmətə göndərilməmişdir.  Təkcə bir faktı qeyd etmək lazımdır ki , "gənclərin Hazır ol " hərbi baxışı müsabiqəsində ərazimiz nümunəvi yer tutmuşdur.Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 13 gəncimiz şəhid və 16 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
    Ərazidə telekommunikasiya xidməti üçün elektron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 151 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
       Ərazidə elektrik enerjisindən istifadə edən 1005 abonent vardır.Ərazidə elektirik enerjisinin dayanıqlığını təmin etmək məqsədi ilə əlaqədar olaraq ərazinin Köçəkli və Təkdam kəndlərində elektirik dirəkləri dəyişdirilmiş ,elektirik xətləri yenilənmiş və vətəndaşlar simkart tipli sayğaclarla təmin olunmuşdur. Ərazinin Həsənli kəndində isə hal hazırda bu işlər davam etdirilir. 
    Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı  2525 baş , xırda buynuzlu mal-qaranın sayı 3325 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud  imkanlardan  tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1249  ha yararlı torpaq sahəsindən 2018-ci  ilin məhsulu üçün 810.42 ha əkin aparılmış, bundan da 542,68 ha buğda, 45 ha arpa, 80 ha vələmir, 28 ha yonca, 65 ha tərəvəz ,  28 ha bostan və 21,74 ha sahədə isə sairbitkilər əkilmişdir. Qeyd etməliyəm ki,   ərazimizdə əkilməyən sahə olmur. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi , daha sərfəli və rayon  üçün ənənəvi tərəvəz məhsulları istehsalına  keçilməsi artıq  günün tələbinə çevrilmişdir.
          Fermerlərimiz bu  məsələyə ciddi yanaşmalı , kooperativlər  yardaraq təsərrüfatları genişləndirməli , rayon aqrolizinqinin imkanlarından istifadə etməlidirlər.
          Ərazimizdə kənd təsərrüfatı təyinatlı sahələrin  çox  az olmasına  baxmayaraq ,hələ  də əkilməmiş pay  torpaqlarımız  qalır  ki, bu  çox  böyük  təəsüf  doğurur. Pay torpaqlarından kənd  təsərrüfatı məqsədləri  üçün düzgün  istifadə  olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət  istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın, baramaçılıq və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Ərazidə gələcəkdə baramaçılığın   inkişafını təmin etmək məqsədi ilə bu  il 2800 ədəd tut tingi əkilmişdir. Onlardan 1000 ədəd Çin sortu Həsənli kənd tam orta məktəbinin həyətində, 1800 ədəd yerli sort tut ağaclarından 550 ədədi Təkdam kənd ümumi orta məktəbinin həyətində, 200 ədəd Məmmədxalı  kənd ümumi orta məktəbinin həyətində, 1050 ədədi isə Həsənli Tut bağı ərazisində əkilmişdir. 
        Bələdiyyə və nümayəndəlik tərəfindən görülmüş tədbirlər nəticəsində zəbt olunmuş 7 ha torpaq sahəsindən 1,3 ha-sı zəbtdən azad etdilmişdir.
     Tərəfimizdən 32 nəfər bələdiyyə torpağında 28 nəfər isə pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə və əmlak komitəsinə müvafiq sənədlər gödərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir.                                       
     Rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynovun Həsənli ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü.Belə ki ,ərazidə  3500 metrdən artıq su aparıcı arxlar  yenidən bərpa edilmiş, ərazinin Məmmədxanlı kəndinə asfalt yol və  içməli su xətti çəkilmiş,Təkdam kəndində yeni modul tipli məktəb binası tikilmiş  və  Həsənli kənd tam orta məktəbinin  dam örtüyü yenidən qurulmuşdur.
    Respublikamızda azad sahibkarlığa yaradılmış şərait də ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir.Ərazidə 1 dəmirçi,15 mağaza-dükan ,1 maşın yuma, 1 maşın təmiri, 1 plastik qapı-pencərə ,1metlag istehsalı kərxanası, 5 iaşə obyekti fəaliyyət göstərir,burada 48 nəfərə yaxın işçi işləyir.
     Bələdiyyə ilə işlərin səmərəli təşkili, yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir,qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir,Bələdiyyə ilə birlikə ¬¬¬ 2500 metr  kənddaxili yola çınqıl tökülmüş,istirahət mərkəzi təmir edilmiş,sadə idman qurğuları qurulmuşdur.  Həsənli kənd qəbristanlığının ətraf hasarları təmir olunmuş və rənglənmişdir. Həsənli kəndində qurunt  sularının  çıxardılmasından ötrü  3 (üç)  yol keçidinə su ötürücü  turba qoyulmuşdur. Ərazidə kəndlərarası yolların ətrafına və Köçəkli kəndində  950  ədəd ağac əkilmişdir.         
    Rayon qadınlar şurasının,rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmmalı görüşlərin nəticəsində az yaşlı qızların ərə verilməsi və erkən nikahların olmasi halları hesabat ilində demək olar ki,müşahidə olunmamışdır.Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanin digər guşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidatı hüquqi orqanlara tərəfimizdən vaxtinda məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır.
Ərazidə məktəbə qədər təhsilin səviyyəsini artırmaq məqsədi ilə Həsənli kənd uşaq bağçasında 3 qrupa 60 uşaq qəbul edilmişdir. Onların təlim tərbiyəsi ilə  7 tərbiyəçi müəllimə məşğul olur.Ötən ildə uşaq bağçasında uşaqların rahatlığı və onlara xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin xətti ilə paltaryuyan maşın,komputer dəsti,televizor,yeni kravatlar və yataq destləri verilmişdir.Lakin uşaq bağçası 1975-ci ildə istifadəyə verilmiş qəza vəziyyətdə olan kecmiş müəllimlər evində yerləşdiyindən aparılan tədris və xidmət işlərinin keyfiyyəti aşaği səviyyədə olur.
     Ərazidə yeni uşaq bağçasının tikintisi üçün tərəfimizdən  torpaq sahəsi ayrılmasına baxmayaraq yeni bağçanın tikintisi hələ də gecikdirilir.
    Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı,el adətlərinin yaşaması,dini dəyərlərin qorunması sahəsinədə tərəfimizdən diqqət yetirilmişdir.
      Ərazidə olan məscidlərin 4-də də dini icmalar yaradılmaqla,məscidlərdə axundlar Rayon Qazisinin razılığı ilə fəaliyyət göstərirlər.Ərazidə bütün dini mərasimlər  aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.     
          Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki,  yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşida duran vəzifələrimizdir.

Keçidlər