Bədəlan ərazisində hesabat yığıncağı
23 yanvar 2019-cu il tarixdə Bədəlan ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən L. Şahbazov qeyd etmişdir ki, Bədəlan kənd inzibati ərazi dairəsində də bir çox işlər görulmüş, uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər 2018-ci ildə həllini tapmışdır. Kənd təsərrüfatı sistem yaradan və formalaşdıran bir sahədir və bu sahə iki mühüm sütun üzərində inkişaf edir -heyvandarlıq və əkinçilik. İnzibati ərazi dairəsində hər iki istiqamət üzrə fəaliyyət göstərilir. Lakin son illər ərzində əkinçilik sahəsində olduqca böyük dirçəliş mövcuddur. Əkinçilik və bitkiçilik əmək tutumlu sahədir,əlavə iş yerləri yaradır və əhalinin gəlirlərini artirir. Kənd təsərrüfatı ilə məşğul olan sahibkar dövlət dəstəyini görərək bu məşğulluq sahəsini daha da genişləndirməyə maraq göstərir. 2018-ci ildə Bədəlan ərazisində 154,0 sahədə noxud, lərgə, sarımsaq, kələm buğda, arpa və sair bitkilər əkilmiş, onlarla sakin mövsümü iş yeri əldə etmiş və ailə büdcəsini artırmışlar. Yüksək məhsul götürmüş sahibkarlar tərəfindən, xeyriyyəçilik məqsidilə 130 imkansız ailəyə hazır məhsuldan pay göndərilmişdir. Hal-hazırda növbəti əkinlər üçün 190 ha sahədə payız şumu vurulmuş və 140 ha sahədə buğda, arpa, vələmir əkilmişdir. 50 ha sahədə isə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulur. Qeyd etmək istəyirəm ki, köhnə sovxoz təsərrüfatı sistemi ləğv olunduqdan sonra ilk dəfədir ki, ərazidə belə yüksək həcmdə torpaq sahəsi əkilmiş və əkilməkdə davam edir. Bütün bunlar, ölkə prezidentinin qeyri-neft sektorunun inkişafı üçün yaratdığı şəffaf şəraitdən irəli gəlir.Ölkə Prezidentinin sərəncamı ilə əkilən mövsümü və çox illik əkmələrə subsidiyalar verilir və bu rayonumuzda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir. Göstərilən nəticələr bir daha göstərir ki, əkinçilik ənənələri ildən ilə daha da artacaq və əkilməyən torpaq sahələri qalmayacaqdır.
Bəzi sakinlər mal-qara saxlamağı bəhanə gətirərək pay torpaqlanı əkmir, istifadəsiz saxlayır, torpaqların müəyyən hissəsinin kol-kos basmasınna baxmayaraq həmin sahələrin təmizlənib əkin dövriyyəsinə qaytarılmasina köməklik göstərmək əvəzinə, iş görmək istəyən sakinlərə maneçilik törədir, qərəzli və əsassız şikayətlər edirlər. Lakin, ərazi nümayəndəliyi tərəfindən narazilıq edən bütün sakinlər səbr və təmkinlə dunlənilir, kənd təsərrüfatı sahəsində aparılan işlərin əhəmiyyəti barədə qanunvericik tələbləri gözlənilməklə maarifləndirici izahat işləri aparılır.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2018- ci il sentyabr ayında imzaladığı sərəncamla ilk dəfə olaraq arı ailələrin saxlanması üçün subsidiyaların verilməsninə başlanmışdır ki, bu həmin sahə ilə məşğul olan sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bədəlan ərazisindən 200 arı ailəsi olan 5 sahibkar subsidiyanın alınması üçün qeydiyyata götürülmüş və həmin sakinlərin ailə budcəsinə 2000 manat əlavə vəsait daxil olmuşdur. Tərəfəfimizdən arıçılıqla məşğul olan sakinlərin və arı ailələrin qeydiyyata alınma prosessi davam edir.
Azərbaycanın kənd təsərrüfatı sahəsində tarixi kökü olan baramaçılığın inkişafı üçün də geniş imkanlar yaradılmışdır. Hesabat ilində ərazidə barama istehsalı üçün addım atılmışdır. Bədəlan kənd sakini Bəhram Salmanov öz şəxsi təsərrüfatında 20 qr ipək qurdu saxlamış və 45 kq barama istesal etmiş və bu işə sərf etdiyi 33 gün müqabilində 450 manat vəsait əldə etmişdir. 2019-ci il üçün sakinlərdən 60 qr ipək qurdunun saxlanması üçün sifariş daxil olmuşdur. Bu sahənin gələcək inkişafını nəzərə aiıb, 2018-ci ilin noyabr ayında Bədəlan kənd tam və Çayqıraq kənd ümumi orta məktəblərin həyətində 280 ədəd tut tingi əkilmişdir. Yaxın zamanlarda Çin Resplikasından yeni tinglərin gətirilməsi gözlənilir.
Bədəlan ərazisində çəltik əkini, çay plantasiyasının və sitrus bağlarının salınması güdəlikdə duran ən vacib məsələlərdən biiri olaraq qalır. Bununla bağlı yollar axtarılır, investorlar aranır, müzakirələr aparılır və istiqamətlər müəyyən edilir . Bu sahədə mülkiyyətçilərə dövlət tərəfindən də hər cür maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır.
Bildiyiniz kimi Bədəlan inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Dəmirçi, Aşurlu və Çayqıraq kəndləri əhatə edir. Bədəlan kəndində 2714 nəfər, Dəmirçi kəndində 2134 nəfər, Aşurlu kəndində 2098 nəfər və Çayqıraq kəndində 1581 nəfər qeydiyyatda olmaqla əhalinin ümumi sayı 8527 nəfərdir. Hesabat ilində əhalinin sayı 31 nəfər artmışdır. Ərazinin ümumi sahəsi 1271 hektar, təsərrüfatların sayı 1950 olmaqla, 1254 yaşayış evi vardır.
Masallı RİHB-nın Bədəlan kənd inzibati ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəlikdə Əsasnaməyə uyğun olaraq fəaliyyətini əks etdirən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. İş planına uyğun olaraq nümayəndəlik səlahiyyətləri daxilində 68 sərəncam və 13 əmr imzalamışdır. Sərəmcanlar əsasən əhalinin sosial problemlərin həlli, ərazidə abadlıq quruculuq işlərinin aparılması, kütləvi tədbirlər, bayram, tarixi və anım günlərinin qeyd olunması ilə əlaqədar olmuşdur. Verilmiş sərəncamlara uyğun tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir.
Nümayəndəlikdə kargüzarlıq işlərinin aparılması “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması Qaydaları haqqında” təlimatın tələbləri səviyyəsində aparılmasına səy göstərilmişdir. Nümayəndəliyə müxtəlif təşkilatlardan 54 məktub daxil olmuşdur. Rayon icra hakimiyyətinə və digər təşkilatlara 133 məktub göndərilmişdir. Daxil olan sənədlər təsnifatı ilə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyat kitabı və surətlərin saxlanması üçün qovluq açılmışdır.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri səviyyəsində baxılmışdır.Buna baxmayaraq 2018-ci ildə də ərazi sakinləri tərəfindən yuxarı rəhbər orqanlara və rayon İcra hakimiyyətinə müraciətlər ünvanlanmışdır.
Vətəndaşların müraciətinə baxılması, araşdırılması və nəticəsi barədə heabat məruzəsinə əlavə olaraq ərazi nümayəndəsinin müavini Nurlan Qurbanzadə daha geniş məlumat verəcəkdir.
“Yerli İcra hakimiyyəti haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə məcəlləsinə” əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılır. Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018-cı ildə 29 doğum, 1 nigah, 40 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Məlum olduğu kimi “Ailə Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət etməzdən əvvəl tibbi müayinədən keçməlidirlər. Əfsuslar olsun ki, nigaha girmək istəyən şəxslər tibbi müayinənin müsbət və xeyirli tərəfini fikirləşmir, qeyri- rəsmi olaraq ailə həyatı qururlar. Bu da gələcəkdə arzu olunmaz halların baş verməsinə zəmin yaratmış olur. Buna görə də nümayəndəlikdə 2018-ci ildə cəmi 1 nigah faktı qeydiyyata alınmamışdır.
Nümayəndəlik tərəfindən “Ailə məcəlləsi” əsas tutularaq ərazidə azyaşlı qızların erkən nigahının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur. Masallı rayon İcra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının köməkliyi ilə 2018-cü ildə azyaşlı qızların ailə qurmalarının qarşısının alınmasında irəliləyiş əldə edilmiş, 2012-2014-ci illər ilə müqayisə edildikdə 2018-cü ildə bu cür halların sayı minimuma endirilmişdir. Erkən nigah hallarının müəyyən olunmasında və qarşısının alınmasında kənd ziyalılarınin, ağsaqqalların və məktəb direktorlarının dəstəyinə böyük ehtiyacımız var. Qeyd etmək istəyirəm ki, bəzi dırnaqarası mollalar rəsmi nigah sənədi tələb etmədən azyaşlı qızlara dini kəbin kəsərək, onların erkən nigaha girməsinə şərait yaratmış olurlar. Axı, hər birimiz islam dininin daşıyıcısıyıq və dini kəbin olmadan qızlarımızı evdən gəlin köçürtmür və evimizə gəlin gətirmirik. Bütün bunlar gözümüzün qarşısında və bizim iştirakımızla baş verir. Hər birimiz mənəvi məsuliyyət daşıdığımızı dərk etməli və ətrafımızı bu cür hallardan çəkindirməyə səy göstərməliyik. Ümüd edirik ki, hüquq mühafizə orqanları dırnaqarası mollaların üzə çıxarılmasında və bu cür neqativ halların qarşısının alınmasında bizə yaxından köməklik göstərəcikdir. Masallı RİHB cənab Rafil Hüseynov bu cür hallara qarşı barışmaz mövqerdə olduğunu dəfələrlə nümayiş etdirmiş və qarşımızda qoyduğu ən vacib tapşırıqlardan biri erkən nigah halların baş vermə səbəblərini tamamilə aradan qaldırılmasıdır. Yuxarıda göstərilənləri nəzərə alıb inanıram ki, hamımız birlikdə səy göstərməklə ərazidə azyaşlı qızların erkən nigah hallarının sayını sıfır səviyyəsinə salmaqla, kökünü tamamilə kəsmiş olarıq.
2018-cı ildə təsərrüfatbaşına kitablarının yazılı və elektron formada işlənilməsi təmin olunmuşdur. Təsərrüfat üzvlərinin, daimi və müvəqqəti yaşayan şəxslərin hər ildə Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı dəqiqləşdirilmişdir.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, yaşayış yeri və ailə vəziyyətini təsdiq edən 803 ədəd arayış və digər xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ-hüquqi aktlara istinad olaraq təqdim edilmişdir.
Yetişməkdə olan nəslin inkişafında təhsil müəsissələrinin müstəsna rolu vardır. Bu sahədə, kəndimizdə 1 tam orta, 2 ümumi orta məktəbi, 1 peşə məktəbi və 60 yerlik müasir tipli uşaq-bağça kompleksi fəaliyyət göstərir. Məktəblərdə 772 şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 80 müəllim və 39 texniki işçi məşğul olur.
Hesabat ilində Bədəlan tam orta məktəbini 21məzun bitirmiş, 6 məzun ali təhsil ocaqlarına, 19 məzun isə kollecə daxil olmuşdur. Çox sevindirici haldır ki, ali məktəbə daxil olan məzunlar arasında yüksək bal toplamış gənc qızlarımız vardır.
Kəndimizdə fəaliyyət göstərən uşaq-baxça kompleksində hər cür rahat şərait vardır. Hazırda, baxçada 17 nəfər çalışır və 60 balaca fidanlara xidmət göstərirlər. Baxçada yaradılmış şərait və göstərilən xidmətin səviyyəsi kənd sakinləri tərəfindən müsbət qarşılanmışdır.
Ərazidə təhsil ilə bağlı demək olar ki, artıq bütün problemlər həllini tapmışdır. Son altı ildə inzibati ərazi dairəsində 3 müasir tipli yeni məktəb və 1 uşaq baxça kompleksinin hər cür avadanlıqlarla və mərkəzləşdirilmiş istilik sistemi ilə təhciz olunaraq istifadəyə verilmdir. Bu sahədə bizi narahat edən yeganə problem ondan ibarətdir ki, qış aylarında əraziyə verilən təbii qazın təzyiqi bəzi hallarda aşağı olduğundan qazanxanaları işlətmək mümkün olmur və bu, məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olur.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində və onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı ardıcıl işlər ararılır. Nümayəndəliyin ən mühüm işlərindən biri də gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. Hal-hazırda 32 gəncimiz Milli Orduda xidmət edir. 7 gənc ölkə hüdudlarından kənarda olduğundan hərbi xidmətdən yayınırlar.Həmin gənclərin valideynləri iilə maarifləndirici söhbət aparılmış və onlara xəbərdarlıq edilmişdir.
Bildirmək istəyirəm ki, Qarabağ döyüşlərində 8 gəncimiz şəhid, 7 gəncimiz isə əlil olmuşdur.Hal-hazırda şəhid ailəsinin qohumu Şakir Qulamovun köməkliyi və xeyriyyəçilərin dəstəyi ilə kəndin mərkəzində Qarabağ döyüşlərində şəhid olan, bütün Bədəlan şəhidlərinə xatirə kompleksi ucaldılır və Böyük Vətən Müharibəsi iştirakçıların şərəfinə ucaldılmış abidə kompleksi isə əsaslı təmir olnur.Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı, kimsəsiz və imkansız ailələr daima diqqət mərkəzindədir. Onlar həmişə qayğıyla əhatə olunur, bayramlarda və anım günlərində onlara baş çəkilir, maddi və mənəvi yardımlar göstərilir. 2018-cı ildə Rayon İcra hakimiyyəti, ərazi nümayəndəliyi və Bədəlan bələdiyyəsinin köməkliyi ilə ərazidə yaşayan 114 belə ailəyə bayram sovqatı verilmişdir. Novruz,Ramazan Qurban bayramında iş adamları və xeyriyyəçilər tərəfindən 400-dən yuxarı ailəyə qurban payı və bayram sovqatları verilmişdir.8 imkansız ailənin istifadə etdiyi işıq və qaz pulu Aşurlu kənd dini icması tərəfindən ödənilmiş və 50 yə yaxın ailəyə maddi yardım göstərilmişdir. Fürsətdən istifadə edib, bu nəcib təşəbbüsü həyatə keçirən xeyriyəçilərə, Bədəlan kənd sakini Füzuli Hüseynova və Aşurlu kənd sakini Məhərrəməli Əbilova minnətdarlığımı bildirirəm.
Ağsaqqalların və sakinlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün kəndimizdə kitabxana, klub, istirahət parkı, və ağsaqqallar evi fəaliyyət göstərir. “Ağsaqqallar evi” gündəlik mətbuat materialları ilə təmin olunur və orada stolüstü oyunlar üçün şərait yaradılmışdır.“Ağsaqqallar evi” kondisaner,televizor, nərd, şahmat və dama dəstl ilə və sair avadanlıqlarla təmin olunmuşdur Ərazi nümayəndəliyin və kənd bələdiyyəsinin bir sıra tədbirləri, anım və tarixi günlər burada keçirilir.
Bədəlan kəndində poçt şöbəsi və 1104 yerlik elektron ATS fəaliyyət göstərir. İnternet itifadəçilərin sayı 565 nəfərdir. Elektrik enerjisindən itifadə edən abonentlərin sayı sahibkarlıq obyektləri də daxil olmaqla 1767, təbii qazdan istifadə edən abonentlərin sayı isə 1565 nəfərdir.Ərazidə, ödənişləri həyata keçirtmək üçün poçt şöbəsi ilə yanaşı, mağzalarda quraşdırılmış 3 ədəd elektron aparat fəaliyyət göstərir. Elekrik enerjisi və qaz pullunun ödənilməsində əhalinin ödəniş etmə mədəniyyəti və məsulliyyəti əvvəlki illərlə müqayisədə çox artmışdır. Bu sahədə bizi narahat edən problemlərdən biri də elektrik dirəklərinin bir qisminin yararsız və naqillərin köhnə olmasıdır ki, ən xırda təbiət hadisəsi baş verən kimi elektrik enerjisinin ötürülməsində fasilələr yaradır. Belə halların aradan qaldırılmasında ərazi nümayəndəliyi tərəfindən vaxtaşırı olaraq elektrik şəbəkəsi və qaz istismarı idarəsi rəhbərliyi qarşısında məsələ qaldırılmasına baxmayaraq çox təssüf ki, bu cür halların tam şəkildə aradan qaldırılması mümkün olmamışdır.
Bədəlan kənd ərazisində həkim məntəqəsi fəaliyyət göstərir. Burada mütamədi olaraq əhaliyə ilk tibbi yardımlar göstərilir, müxtəlif yaş qruplarından olan uşaqlara peyvənd edilir və digər səhiyyə xidmətləri göstərilir. Həkim məntəqəsinin binası müasir tələblərə cavab vermir. Ərazi nümayəndəliyi həkim məntəqəsinin yenidən tikilməsi və ya əsaslı təmiri istiqamətdə səylərini davam etdirir və çalışacağıq ki, yeni həkim məntəqəsinin inşasına nail olaq.
Respublikada hörmətli Prezident tərəfindən azad sahibkarlığa yaradılmış şərait ərazidə də sahibkarlığın inkişafına böyük təsir göstərmişdir. Ərazidə bu baxımdan bütün sahibkarlıq növləri fəaliyyət göstərir. Ərazidə 35 mağaza, 10 avtomobil təmiri sexi, 4 plastik qapı-pəncərə sexi, 2 aptek, 1 yanacaqdoldurma məntəqəsi,1 şadlıq sarayı, 2 çörəkbişirmə sexi, onlarla xırda dükan, 9 çayxana və ictimai iaşə obyektləri əhaliyə xidmət göstərir ki, burada yüzdən artıq işçi çalışır. 2018-ci ildə ərazidə 3 yeni sahibkarlıq obyekti inşa edilmişdir. İş adamları Natiq Nüseynov , Nazim Əzimov, Üzeyir Tahirov, Füzuli Hüseynov və digərləri tərəfindən ərazidə sahibkarlıq obyektlərın tikintisinə 300 min manatdan çox sərmayə qoyulmuşdur ki, bütün bular yeni iş yerlərin yaranmasına gətirib çıxarmışdır.
Bildiyiniz kimi 11 aprel2018-ci ildə ölkədə Azərbaycan Respublikasında Prezident seçkiləri keçirilmişdir.Ərazi nümayəndəliyi tərəfindən “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq bütün təşkilati işlər həyata keçirilmiş, məntəqələr texniki avadanlıqlarla təmin edimiş, seçicilərin iştirakına rahat şərait yaradılmışdır.Seçki ərəfəsində səs vermə hüququ olan lakin, şəxsiyyət vəsiqələrinin müddəti bitmiş seçicilərin vəsiqələrinin qısa zaman kəsiyində dəyişdirilməsində kənd sakinlərinə operativ köməklik göstərən polis işçilərinə, pasport qeydiyyatı bölməsinin əməkdaşlarına və şəxsən Polis Şöbəsinin rəisi Habil müəllim Əmiraslanova minnətdarlığımızı bidiririk. Respublikanın hər yerində olduğu kimi Prezident seçkisində ərazinin seçiciləri də fəal iştirak etmiş və layiqli namizədə səs vermişlər. Böyük səs çoxluğu ilə İlham Heydər oğlu Əliyev yenidən Azərbaycan Pespublikasının Prezidenti seçilmişdir.Fürsətdən istifadə edib, layiqli qələbə münasibətlə ölkə başçısı möhtərəm prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.
Nümayəndəlik bələdiyyə ilə qarşılıqlı fəaliyyət göstərir. Əvvəlki illərlə müqayisədə Bələdiyyənin fəaliyyətində müsbət irəliləyiş hiss olunur. Vergilərin yığımında cüzi artım vardır. Vətədaşların müraciətlərinə baxılması və onların həll olunmasına səy göstərilir.Lakin, bələdiyyənin işi bizi tam qane etmir. Belə ki, 2018-ci ildə əhalidən icarə, torqaq və əmlak vergisinin yığılmasını tam təmin edə bilməmişdir. İnanırıq ki, 2019-ci ildə Bədəlan bələdiyyəsi öz işini daha yüksək səviyyədə quraraq vergilərinin toplanılmasını sürətləndirəcək, kommunal xidmətin təşkilini təmin edəcək, eyni zamanda iş adamları və xeyriçilərlərin dəstəyindən düzgün istifadə etməklə ərazinin abadlaşdırılması və sosial problemlərin həll olunmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir. Bütün bu işlərin görülməsində ərazi nümayəndəliyi də öz köməyini əsirgəməyəcəkdir.
Ölkə rəhbərliyi tərəfindən 2018-ci il “Azərbaycan Xalq Cumuriyyəti”ili elan olunmuşdur. Azərbaycan Xalq Cumuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə tərtib olunmuş tədbirlər planına uyğun ərazidə, Ağsaqqallar evində və tədris müəsissələrində bir sıra tədbirlər həyata keçirilmişdir.Tədbirlər çərçivəsində, AXC-nin 100 illiyi münasibəti ilə Ərkivan qəsəbəsində keçirilən mini-futbol yarışında Bədəlan futbol komandası uğurla çıxış etmiş, YAP tərəfindən keçirilən və Ulu öndər H.Əiyevin anadan olmasının 95 illiyinə həsr olunan mini-futbol turnirdə isə gənc idmançılarımız 1-ci yerə layiq görülmüş və turnirin qalibi olmuşlar.Turnirin təşkilatçıları tərəfindən gənclər diplom, xatirə kuboku və pul mükafatı ilə təltif olunmuşlar. Uğurlu qələbə münasibəti ilə Bədəlan mini- futbol komandasının üzvlərini təbrik edirəm və komandanın təşkilində xüsusi xidməti olan gənc fəalımız, Dəmirçi kənd sakini İlkin Mənsimova təşəkkür edirəm.
2018-ciildə dini sahədə görülən bütün işləri qanun və qaydalara uyğün həyata keçirilmişdir.Əvvəlki illərlə müqayisədə sakinlər xurafatçılıq meyillərindən uzaqlaşmış,onların dini baxışları və dünyagörüşü sağlam istiqamətdə dəyişmişdir. Dini mərasimlər və tədbirlər əvvəllər olduğu kimi kuçələrdə yox, məscidlərdə, qapalı məkanlarda və onların həyətlərində həyata keçirilir. İcma və xeyriyyəçilərin vəsaiti hesabına tikilmiş, müasir avadanlıqlarla, istilik sistemi və nümünəvi xidmət heyəti ilə təmin olunmuş Aşurlu və Balaca məhəllə mərasim evlərini xüsusi ilə qeyd etmək istəyirəm. Çayqıraq məscidinin həyətində də bu cür mərasim zalı tikilmiş və hal-hazırda təmir olunur. Ərazinin digər kəndlərində də bu cür qapalı məkanların tikintisi nəzərdə tutulmuşdur. Dini sahədə bütün işlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerlərdəki nümayəndəlikləri ilə birlikdə tənzimlənir və həyata keçirilir.
2018-ci il Bədəlan inzibati ərazi dairəsi üçün uğurlu il kimi yadda qaldi.Kənd təsərrüfatının inkişafı məqsədilə 190 ha istifadəsiz və əsasən kol-kos basmış əkinə yararlı torpaq sahəsinin əkin dövriyyəsinə qaytarılmaşı, 1 ədəd subartezian quyusunun qazılması, 280 ədəd tut tinginin əkilməsi, Dəmirçi kəndində 0,5 km uzunluğunda yola asfalt döşənməsi, bir sıra ara küçələrin işıqlandırılması, Çayqıraq mərasim zalınn tikintisinin başa çatdırılması və həmin kəndə mini-futbıl meydançasının inşa olunması, Aşurlu könə- kənd qəbirstanlığının abadlaşdırılması, 1,3 km kənd arası küçələrə çınqıl və qum döşənməsi, 47 ədəd yararsız elektrik dirəyinin dəyişdirlməsi, və Qarabağ şəhidlərinə xatirə abidəsinin ucaldılması və BVM aid abidənin əsaslı təmiri, yeni sahibkarlıq obyektlərin açılışı, yaşıllıqların salınması və digər görülən işlər bizim uğurlarımızdır.
Fürsətdən istifadə edib ərazidə yerli əhəmiyyətli məsələlərin həll olunmasında ərazi nümayəndəliyinə yaxından köməklik göstərmiş iş adamları və xeyriyyəçilərə, Bədəlan kənd sakini Füzuli Hüseynova, Aşurlu kənd sakini Rafiq Həsənova, Çayqıraq kənd sakini Məmmədağa Məmmədova və Dəmirçi kənd sakini Raqif İbadullazadəyə minnətdarlığımızı bildirirəm.
Gördüyümüz işlərlə yanaşı 2019-ci ildə qarşımızda çox mühüm işlər və vəzifələr durur. Belə ki, ərazidə kənd təsərrüfatının inkişafı və istehsali ilə əlqədar əkin dövriyyəsinin genişləndirilməsi, baramaçılığın inkişafı ilə bağlı tut tinglərinin əkilməsi, Bədəlan və Dəmirçi kəndlərini birləşdirən çayın üzərində körpünün tikintisi , kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, Bədəlan kənd həkim məntəqəsinin təmir edilməsi , Bədəlan kənd məscidi dini icmalarının dövlət qeydiyyatından keçməsinin təmini, zəbt olunmuş torpaqların azad olunması, erkən nigahların qarşısının alınması, yaşıllıq zolaqlarının salınmasi qarşımızıda duran əsas vəzifəmiz olacaqdır.