Masallıda “Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək”adlı layihə keçirilmişdir.
04 noyabr 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun gənclərin İKT-dən istifadəsini genişləndirmək və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaq məqsədi ilə “Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək”adlı layihə keçirilmişdir.
Tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, belə tədbirlərin keçirilməsi gənclərimizin İnformasiya texnologiyaları sahəsində biliklərini artırır. Bu sahədə olan tədbirlərin keçirilməsi gənclərimiz üçün daha əlverişli imkanların əldə etməsinə zəmin yarada biləcəyini söylədi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin “Telekommunikasiya ili” elan etməsi ölkəmizdə gənclərimizin informasiya sahəsinə diqqət və marağını daha da artırmışdır.
Tədbirdə çıxış edən “Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək” adlı layihənin rəhbəri Şahin Rəhmanlı bildirdi ki, Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. Usernet adlanan İlk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib. Müasir sosial şəbəkə dedikdə isə çoxları üçün söhbət yalnız Facebook və Twitterdən gedə bilər. Əslində isə belə deyil. Bütün bloglar, forumlar, chat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan Six Degrees olub. Daha sonra Asian Avenue, MiGente, BlackPlanet yaradılır. 2004-cü ildə Facebook yaradılanadək belə şəbəkələr arasında ən məşhurlardan biri LiveJournal idi. 2003-cü ildə fərqli məqsədlərlə yaradılan Hi5 və LinkedIn də sosial media bazarında özünə məxsus yer tutur.
Dünya tendensiyasında azad fikrin ifadəsində müstəsnə rolu olan Facebook Moldovada hökumətin devrilməsində və 2008-ci ildə İranda prezident seçkilərindən sonra baş qaldırmış iğtişaşlar zamanı məlumatlardırıcı və paylayıcı rolu ilə öyünüdüyünü bildirmişdir.
Sonra “Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək” adlı layihənin təlimçisi Kamran Babayev öz çıxışında bildirdi ki, İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı, saxlanılması, emalı və onun istifadəsilə məşğul olur. İnformasiya cəmiyyətində kompüterlərdən istifadə olunması labüddür. Bu, etibatlı informasiya mənbə lərindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı olacaqdır.
Tədbirdə layihədə iştirak edən gənclərə layihə ilə bağlı disklər paylanıldı.