Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Şura iclası keçirilmişdir

15 fevral 2014 | 16:00

14 fevral 2014-cü il tarixdə Masallı rayon Mədəniyyət Mərkəzində Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.

İclasda “Əhaliyə göstərilən kommunal xidmətlərin vəziyyəti barədə” və “İnzibati ərazi dairələri üzrə yaşayış məntəqələrinin  perspektiv inkişaf  planına  daxil olan və  zəbt  edilmiş  torpaq sahələrinin zəbtdən azad edilməsi vəziyyəti barədə” məsələlər müzakirə olunmuşdur.

Yığıncağı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı, Şuranın sədri Rafil Hüseynov açmış və müzakirə olunan məsələlərin vacibliyini qeyd edərək öz tövsiyələrini çatdırmışdır.

İlkin olaraq rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Şura üzvü Seymur Nuriyev Əhaliyə göstərilən kommunal xidmətlərin vəziyyəti barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Masallı rayonunda əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması bir cox idarə müəssisələrin o, cümlədən MKTİB-nin, MİS-nin və Su-kanal idarəsinin fəaliyyətinin düzgün şəkildə qurulmasından birbaşa aslıdır. Son vaxtlar bu idarələrin fəaliyyətlərində nisbi irəliləyişlər hiss olunsada ümumilikdə işlərin günün tələbləri səviyyəsində qurulmaması ardıcıl problemlərin yaranmasına səbəb olmaqla bərabər dövlət vəsaitindən qeyri qanuni şəkildə istifadə hallarına şərait yaratmışdır. Nəticədə rayonda əhaliyə göstərilən xidmətlərin səviyyəsinin qeyri-qənaətbəxş olmuş, abonentlər tərəfindən xidmət haqlarının ödənilməsi praktikası faktiki olaraq son vaxtlaradək mövcud olmamışdır.

Rayon İcra hakimiyyəti başçısının müvafiq (03 may 2012-ci il tarixli 65 saylı)  sərəncamı ilə birliyin nəzdində Yaşıllıq, İşıqlandırma sahələrinin, müəssisə,  idarə və təşkilatlardan həmçinin özəl və əhali sektorundan bərk  tullantıların  daşınması və zərərsizləşdirilməsi  haqlarının yığılması məqsədi ilə Yığım şöbəsi yaradıllmışdır. Bu şöbələrə yeni  işçilər götürülərək ır Birliyin fəaliyyətində müəyyən dönüş yaradılsa da hələdə tam müsbət nəticə əldə olunmamışdır.

2013-cü il Birliyin yerinə yetirdiyi sanitar təmizləmə işlərinin həcmi artaraq  gündəlik süprülən sahə 271,0 min m2 çatdırılmışdır. Ərazidən daşınan bərk tullantıların miqdarı da artaraq aylıq daşınan tullantının həcmi 3,6 min m3 çox olmuşdur.

Bərk tullantılarin  həcminin artması əsasən əhali sektoru üzrə olmuşdur. Hal-hazırda gündəlik olaraq əhali sektorundan daşınan bərk tullantının həcmi 110-120 m3 təşkil edir.

Bərk tullantıların daşınma prosesi sahənin (şəhər ərazisinin) bütün məhəllələrini əhatə edir. Hal-hazırda şəhərə yaxın daha bir neçə kənd və Ərkivan qəsəbəsində bərk tullantıların daşınması işini təşkil etmək mümkündür ki, (Müsaküçə, Şərəfə, Banbaşı və s) bu ərazilərin bələdiyyə sədrləri bu işlərdə fəaallıq göstərməlidirlər. Əhalisinin sayı 17 min nəfər olan Ərkivan və 12 min nəfər olan Boradigah qəsəbələrində hazırkı vaxtadək əhalinin cox az bir hissəsi ilə müqavilə bağlanmış və bu işlərin təşkili istiqamətində tədbirlər görülməsi cox zəif təşkil olunmuşdur. Turizmin inkişafı üçün cox geniş imkanların olduğu rayonumuzda  istər şəhər ərazisində istərsədə qəsəbə və kəndlərimizdə bərkt tullantıların daşınması işinin təşkili və zibilliklərin ləğv olunması bizim üçün  günün ən vacib məsələlərindən bir olmalıdır. Lakin əfsuslar olsun ki, bir sıra kəndlərimizdə  mərkəzi  və yerli əhəmiyyətli yollarının yaxınlığında iri zibilliklər yaranmışdır.(Banbaşı yolunda Viləş çayının kənarında, Kosakül yolunda, Türkoba-Tüklə kəndləri arasında, Bədəlan–Xanalion kəndləri arasında, Şərəfə-Bala Təklə kəndləri arasındakı yolda və s.)

Kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri ərazilərindən bərk tullantıların daşınması işini  əhalidən zibil pullarının yığılması və MKTİB-i ilə müqavilə bağlanması yolu ilə həll etməlidirlər. Bunun üçün MKTİB-nin bütün texniki imkanları mövcuddur. Əhalidən kommunal haqlarının yığılması işini təşkil etməklə ərazilərdə artmaqda olan zibilliklərin qarşısının alınması mümkündür. Bələdiyyələr müəyyən  təşşəbüskarlıq göstərib bu işləri sərbəst olaraq  təşkil edə bilərlər. Lakin bu sahədə bir cox ərazi nümayəndələri və bələdiyyə sədrləri heç bir təşəbbüskarlıq göstərmirlər. Qeyd olunan hallar rayonda antisanitar vəziyyətin yaranmasına səbəb olur ki, bu məsələdə nəinki aidiyyətı qurumların rəhbərləri eləcədə  bütün rayon ictimaiyyəti fəallıq göstərməlidir.

            Bildiyiniz kimi yola saldığımız 2013-cü il ərzində şəhər ərazisində çox böyük həcmdə abadlıq və yenidənqurma işləri aparılmış, çoxlu sayda ağac və gül kolları əkilmişdir. Əkilmiş bütün ağac və gül kollarına MKTİB-nin kollektivi tərəfindən aqrotexniki qaydada xidmət göstərilmiş, yay mövsümündə suvarma və budama işləri aparılmışdır. Bu gün də şəhərdə yaşıllıqların artırılması istiqamətində hazırlıqlara başlanımış şəhərin mərkəzi küçələrində, magistral yol boyu əkiləcək ağac və kolların  sayı dəqiqləşdirilərək sifarişə  hazırlanmışdır.   

Ötən il ərzində Birliyin fəhlə-qulluqçularının əmək haqqlarının artırılması istiqamətində də müəyyən tədbirlər görülmüşdür. Hazırda hər ay üçün süpürgəçilərə 7,0 manat, fəhlələrə 20,0 manat və sürücülərə 30,0 manat olmaqla əlavə əmək haqqı hesablanır. 2014-cü ildə Kommersiya və əhali sektorundan  yığımın artırılması yolu ilə işçilərin əmək haqlarına əlavələr edilməsi istiqamətdə tədbirlərin davam etdirilir.

          Keçən 2013-cü il ərzində MKTİB-nin  maddi-texniki bazası möhkəmləndirilmiş,  belə ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə kommunal xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ölkə üzrə alınmış texnikaların bölgüsü əsasında  birliyin balansına bir ədəd yeni zibildaşiyan avtomaşın və 110 ədəd zibil yeşiyi verilmişdir. Bakı şəhərində 17 yanvar 2014-cü il tarixində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən keçirilən iclasda da MKTİB-rəisi və şəhər ərazi nümayəndəliyinin mühəndisi iştirak etmişdir. Bu iclasda əsasən rayonun kommunal texnikalara və zibil yeşiklərinə olan tələbatın həcmi müzakirə olunmuş və rayonların sifarişləri və digər ehtiyaclar da nəzərə alınmaqla geniş müzakirələr aparılmışdır.

 Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin nəzdində  yaradılmış yıgım şöbəsi tərəfindən fiziki və hüquqi şəxslərə (əhaliyə və kommersiya strukturlarına) göstərilən xidmət haqlarının yıgılmasıı işi təşkil olunsa da hələdə nəzərdə tutulan nəticəni əldə etmək mümkün olmamışdır.

Bu məqsədlə  ötən il şəhərdə yaşayan hər bir ailə ilə müqavilə baglanmış və hər bir ailənin fərdi uçotu aparılmaqla kompyuter bazasına yerləşdirilmişdir. Həmçinin şəhər ərazisində fəaliyyət göstərən bütün şadlıq evləri, bazarlar, kommersiya strukturları, idarə və müəssisələrlə müqavilə baglanmış və onlara davamlı xidmət göstərilir.

Lakin müqavilə baglanılan  hüquqi və fiziki şəxslərin heçdə hamısı xidmət haqqını ödəmir və ya qismən ödəyirlər. Belə hallar həm əhali sektorunda həm də kommersiya sektorunda mövcuddur. Bu kimi halların qarşısının alınması və bütün əhali sektorunun  yığıma cəlb olunması üçün şəhər ərazi nümayəndəliyi, şəhər bələdiyyəsinin üzvləri və rayon GEM-nin əməkdaşları da yaxından köməklik göstərməlidirlər.

Masallı şəhəri üzrə 6200-ə yaxın təsərrüfat vardır ki, bunlardan 1400-ü Mənzil istismar sahəsinin balansında olan kommunal binalarda qeydiyyatdadır. Birliyin xidmət sahəsində 4000-ə yaxın mənzilin olmasına baxmayaraq ötən il bunlardan yalnız 3100 ailə və ya 14000-ə yaxın vətəndaş yığıma cəlb edilmişdir. Bu il qarşıda duran əsas vəzifə şəhərdə yaşayan əhalini tam şəkildə yığıma cəlb etməkdir.

Bundan əlavə İdarə müəssisələrdən 35-i, kommersiya obyektlərindən isə 184-ü ilə bu sahədə müqavilə bağlanmışdır. Bərk tullantıların daşınması və ya zərərsizləşdirilməsi üçün müqavilə bağlanmasına baxmayaraq bir neçə təşkilat tərəfindən hazırkı vaxtadək xidmət haqları ödənilməmişdir.(siyahı əlavə olunur.)

Rayon üzrə 2013-cü il ərzində yıgılan vəsaitin (Əhali sektorundan 41436 man, müəssisə və təşkilatlar- 28824 man, Kommersiya obyektləri-30159 man) ümumi məbləği 100,4 min manat olmaqla bu məbləğ ötən illə müqayisədə 2,5 dəfə artmışdır. MKTİB-nin yeni strukturu qurulana qədər isə bu rəqəm cox az miqdarda toplanırdı. Müqayisə ücün qeyd edirik ki, bir neçə il bundan əvvəl bu rəqəm 2-3 min manat təşkil edirdi. Hazırda şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişi aparılır ki, qazıntı aparılan əksər kücələrdə sanitar təmilik işlərinin tam aparılması mümkün deyildir yalnız bərk tullantılar daşınaraq  zərərsizləşdirilməsi həyata keçirilir.

 01.01.2014-cü il tarixinə rayon əhalisinin sayı 211877 nəfərdir. Əhalinin yarısından coxunun içməli su ilə təminatı cox çətin həll olunur. Belə ki, içməli suyu maşınlarla alan yaşayış məntəqələrinin sayı ümumilikdə 60 olmaqla  bu ərazilərdə 100,0 min  nəfərə yaxın əhali yaşayır. Yerdə qalan yaşayış məntəqələrində isə əhalinin içməli su ilə təminatı heç bir labarator müayinədən keçirilməmiş  su quyuları, subartezian quyular və təbii bulaqlar vasitəsi ilə  həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı “Dövlət proqramı”na əsasən Masallı rayonunun Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndinin içməli su təchizatının yüksək səviyyədə təmin etmək məqsədi ilə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC tərəfindən mənbə “Viləşçay” su anbarı olmaqla yeni su xəttinin çəkilişinə başlanmış və artıq 10 km-ə yaxın (Viləşçay su anbarı-Şərəfə kəndi) müxtəlif diametrli  polietilen borularla su xətti çəkilmiş və hal-hazırda Şərəfə və Təklə kəndləri istiqamətində daşıyıcı xəttin çəkilişi davam etdirilir.

Yuxarıda qeyd etdiyim kimi şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişi aparılır ki, qrafik üzrə gecikməklə də olsa 2014-cü il ərzində bu işlərin  tam başa çatdırılması nəzərdə tutulur.

Hal-hazırda şəhər əhalisinin içməli su ilə təminatı daxili imkanlar hesabın Ərkivan-Yüsifli  ərazisindəki quyulardan çəkilmiş su xətti hesabına təmin olunur.  Şəhərin müxtəlif yerlərində, əsasən də coxmərtəbəli binaların həyətlərində qurulmuş 30-a yaxın bulaqlar vasitəsi ilə vətəndaşlar bu sudan pulsuz istifadə edirlər.

 2013-cü il ərzində rayonun Kosakül, Köhnə Avadı və Mahmudavar  ərazilərində qazılmış subartezian quyuları hesabına əhalinin içməli suya olan tələbatı qismən təmin olunmuşdur. 2014-cü ilin planına uyğun olaraq bu il də rayonda iki yerdə (İskəndərli və Bala Kolatan ərazilərində) yeni artezian quyusunun qazılması nəzərdə tutulur. Əlavə tələb olunan ərazilərdən Köçəkli, Bala Təklə, Şatroba və Böyük Xocavar  kəndlərini qeyd etmək olar ki,  yalnız geoloji müayinə aparan mütəxəssislərin qazıntı ilə bağlı müsbət rəylərindən sonra bu məsələlərə baxıla bilər. (Müayinələr aparılıb yaxın vaxtlarda nəticələr bizə bildiriləcəkdir.)

            2012-ci ildən Masallı şəhərində içməli su və kanalizasiya xəttinin çəkilişinə başanılmışdır. Hazırda işlər davam etdirilir. Lakin indiki vəziyyətdə H.Əliyev prospekti və Qarabağ küçəsindəki çoxmərtəbəli yaşayış binalarının çirkab suları 3 çirkab nasos qurğusu ilə bir-birinə ötürülmə vasitəsi ilə kənarlaşdırılır. Şəhərin Qarabağ küçəsindəki 13, 13b, 14 və 58  saylı çoxmərtəbəli yaşayış binalarının zirzəmisindəki yığılıb qalmış çirkab sular nasoslarla kənarlaşdırılmışdır. Ə.Əliyev küçəsindəki 98 saylı binanın daxili və xarici kanalizasiya sistemi yenidən qurulmuşdur.

            Hazırkı vəziyyətə Masallı rayon Mənzil istismar sahəsinin balansında  ümumilikdə 88 bina olmaqla 20 ədəd 1 mərtəbəli, 39 ədəd  2 mərtəbəli, 22 ədəd 4 mərtəbəli  və 7 ədəd 5 mərtəbəli kommunal bina  vardır.(mənzillərin sayı 1396)         

Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən 2013-cü ildə kommunal evlərdə yaşayan əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yaxşılaşdırmaq sahəsində bir sıra işlər görülmüş, kommunal evlərdə cari təmir işlərinin aparılmasına, binaların həyətlərinin təmizlənməsinə,  məişət tullantılarının avtomaşınla daşınması işi təşkil olunmuşdur. Bu məqsədlə 761 ailə ilə müqavilə bağlanmış və əhali tərəfindən atılmiş məişət  tullantılarının daşınıb kənarlaşdırılması üçün ayda 330,0 manat ödəməklə MKTİB-i ilə müqavilə bağlanmışdır.

           Masallı şəhəri Qarabağ küçəsi 9 və 37 saylı kommunal evlərin dam örtüyündə əsaslı təmir işləri aparılmış, hər iki evin dam örtüyü sökülərək mansar tipli dam örtüklə əvəz edilmiş və fasadlarında təmir olunmuşdur. Qarabağ küçəsi 16 saylı və Ə.Əliyev küçəsində 98 saylı binanın dam örtüyündə əsaslı təmir işləri  H.Əliyev prospekti 44, 46, 48 və 50 saylı kommunal evlərinin dam örtüklərində  isə cari təmir işləri aparılmışdır. Xətai küçəsi 8, Z.Əliyeva küçəsi 4 saylı kommunal evlərinin (əlilər binasının) istilik sisteminin bərpası üçün təmir işləri tamamlanmış və hazırda o binalar istiliklə təmin olunmuşdur.     Masallı şəhəri H.Aslanov küçəsi 13, 21 və 24 saylı kommunal evlərinin dam örtüyündə əsaslı təmir  aparılmış, hər üç evin dam örtüyü sökülərək mansar tipli dam örtüklə əvəz edilmiş və  hazırda həmin binaların fasadlarında təmir işləri aparılır.

Yuxarıda qeyd olunan sahələr üzrə görülən işlərə baxmayaraq  bu sahədə hələdə nöqsanlar qalmaqdadır. Belə ki, rayonun qəsəbələrində,  həmçinin bir sıra böyük kəndlərimizdə əhali tərəfində atılan bərk və məişət tullantılarının daşınması işləri təşkil olunmamışdır. Kommunal binalarda tüstü bacalarının təmizlənməsi bu binalarda yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur ki, bu işlərin təşkil olunmasında da qəti tədbirlər görülməmişdir.

 

Sonra Şurada ikinci müzakirə olunacaq “İnzibati ərazi dairələri üzrə yaşayış məntəqələrinin  perspektiv inkişaf  planına  daxil olan və  zəbt  edilmiş  torpaq sahələrinin zəbtdən azad edilməsi vəziyyəti barədə” məsələ ilə bağlı rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Abbas Mikayılov məruzə ilə çıxış edərək vurğulamışdır ki, ərazinin planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsinin təmin edilməsi, ictimaiyyətin rifahına uyğun olması, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə eləcədə dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir.

      Ərazilərin planlaşdırılması təyinatına görə üç növə bölünür. Bunlar ümumi ərazi planlaşdırıması, ərazidən istifadənin planlaşdırılması və müfəssəl ərazi planlaşdırılmasıdır.

      Ümumi ərazi planlaşdırılmasının məqsədləri ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması, insanlar üçün əlverişli, sağlam və təhlükəsizlik yaşayış, iş və istirahət mühitinin yaradılması kimi bağlı məsələlərdən ibarətdir. Bundan başqa ərazilərdə və yaşayış məntəqələrində müvafiq infrastrukstrunun yaradılması və inkişafı, infrastruktur obyektlərinin bütün vətəndaşlar üçün müəyəssər olmasının təmin olunmasıdır.

      Ərazidən istifadənin və müfəssəl ərazi planlaşdırmanın məqsədi ərazilərdə və ya ərazi hissələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınması, mədəni irs obyektlərinin qorunması, milli memarlıq-tikinti ənənələrindən, landşaftın qorunması, kənd və meşə təsərrüfatı, enerji su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunmasıdır.

      Ümumi planların hazırlanmasında məqsəd odur ki, bugünki vəziyyəti-insanların artımını, eyni zamanda proqnozlaşdırılan əhalinin regionda yerləşdirilməsinin mümkin olub olmadığını, tikililərin vəziyyətini və digər məsələləri əks etdirir.

      Bundan başqa  respublikasının ərazilərində istehsal qüvvələrinin inkişafının kompleks proqnozu və yerləşdirilməsindən, ətraf mühitin ekoloji vəziyyəti və bütövlükdə respublikada şəhərsalmanın inkişafının təmin olunması baxımından yaşayış məntəqələrinin mövcud qarşılıqlı əlaqələri nəzərə alınmaqla,  regionlararası mühəndis-nəqliyyat infrastrukturlarının, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılmasından yaşayış məskənləri sistemlərinin dayanıqlı inkişafının, demokrafik proseslərin proqnozlaşdırılmasının, respublika ərazisində məskunlaşmanın təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyən edilməsindən, şəhərlərin (qəsəbələrin) ərazi inkişafının istiqamətləri, sərhədlərinin və ərazilərin funksional təyinatı və tikinti zonalaşdırılmasından, ümumişəhər (ümumiqəsəbə) əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat xidməti, mühəndis təminatı və abadlaşdırma, ərazinin təhlükəli eksogen və texnogen proseslərdən mühafizəsindən, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması istiqamətlərində həyata keçirilmiş tədbirlərin icra vəziyyətinin araşdırılmasından və qeyd olunan sahə üzrə hazırlanmış normativ hüquqi aktların tələblərinə necə əməl olunmasının müəyyənləşdirilməsindən ibrətdir.

     Şəhərlərin və  regionların iqtisadi və sosial inkişaf strategiyasının tərkib hissəsini, rayon planlaşdırmasının sxemləri və baş planları təşkil edir.

     Baş planlar şəhər və digər yaşayış məntəqələr səviyyəsində hazırlanır və qeyd ounuan ərazilərdən şəhərsalma məqsədlər baxımından istifadənin növü proqnozlaşdıra bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir.

     Baş planda tikinti məqsədləri üçün ərazidən istifadənin növündən və miqyasından aslı olaraq tikinti işləri üçün nəzərdə tutulmuş ərazilər, əhalinin əmtəə və xidmətlərlə təminatının, xüsusən onun sosial və mədəni məişət ehtiyyatlarının təmin edilməsi məqsədi ilə müvafiq obyekt və müəssisələr, eləcə də idman və oyun meydançalarının əraziləri, parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri, qəbirstanlıqlar üçün ayrılan ərazilər, yol-nəqliyyat infrastrukturu üçün olan ərazilər, mühəndiz-kommunikasiya təminatı, habelə tullantılar üçün nəzərdə tutulmuş ərazilər, eləcə də daşqından qorumaq və suyun axınını tənzimləmək üçün boş saxlanılmalı olan ərazilər, kənd təsərrüfatı təyinatlı ərazilər, meşə əraziləri, mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər və digər ərazilər yerləşməsi nəzərdə tutulmuşdur. 

    Baş planın tərkib hissəsi olan müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır.

    Müfəssəl planda torpaq sahələrindən istifadə ilə bağlı zəruru və digər obyektlər üçün ərazilər, eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər, idman və oyun qurğuları üçün ayrılan ərazilər, tikinti aparılmayacaq ərazilər və onlardan istifadə, parklar , yaşıllıq əraziləri, çimərlik yerləri, qəbirstanlıq üçün ayrılan ərazilər, örüş yerləri və digər ərazilər, piyada və nəqliyyat vasitəsi hərəkəti üçün infrastruktrun yaradılması üçün yüklənməli olan ərazilər göstərilməlidir.Bundan başqa kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanılması üçün ayrılmış ərazilər daxil edilməlidir.

    Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur. Məlumat üçün bildirirəm ki, şəhərlərin Baş Planları Dövlət vəsaiti, müfəssəl planlar isə yerli İcra hakimiyyəti orqanının sifarişi və ayırdığı vəsait hesabına işlənib hazırlanır. Digər yaşayış məntəqələri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişçisi qismində isə yerli İcra hakimiyyətləri və bələdiyyələr çıxış edirlər.

    Dinamik inkişaf edən Azərbaycan Respublikanın son illərdə şəhər və bölgələrinin ərazilərinin planlaşdırılması və inkişafı üzrə aparılan geniş miqyaslı  işlər sahəsində dünyanın fəal inkişaf edən, strateji cəhətdən mühüm və perspektivli regionuna çevirilmişdir.

    Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Masallı rayonun  sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına yollar salınır, küçələr genişləndirilir, park və xiyabanlar salınır, yeni infrastruktur layihələr hazırlanır, sosial-məişət yönümlü binaların tikintisi və digər   abadlıq quruculuq işləri görüllür.Məlum olduğu kimi 2008-ci ildə Masallı şəhərinin Baş Planı hazırlanmış və təsdiq edilmişdir. Şəhər ərazisində aparılan bütün abadlıq-quruculuq işləri təsdiq olunmuş Baş Plana əsasən aparılır. “Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 05 mart 2013-cü il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentininn 15 mart 2013-cü il tarixli Sərəncamına əsasən Masallı şəhərinin ərazisinə bitişik 5 yaşayış məntəqəsi şəhərə birləşdirilmiş və şəhərin ərazisi 353.5 hektardan artaraq 2541.0 hektara çatdırılmışdır. Qeyd olunan yaşayış məntəqələrinin şəhərə inteqrasiyasının surətləndirilməsindən ötrü rayon İcra hakimiyyəti tərəfindən Nazirlər Kabineti qarşısında məsələ qaldırılmış və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq məktubla müraciət edilmişdir. Edilmiş müraciətlərin nəticəsi olaraq hal-hazırda Şəhərsalma və Arxitektura Komitəsi  tərəfində şəhərin Baş Planının yenidən işlənməsinə başlanılmışdır.   

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən son zamanlarda aparılmış araşdırmalar göstərmişdir ki. bir sıra şəhər və rayonlarda şəhərsalma, tikinti qanunvericiliyinə, yaşayış məntəqələrnin baş və müfəssəl planlarına zidd olaraq torpaq sahələrinin ayrılması, tikintiyə icazə verilməsi perspektiv inkişaf fondu torpaqlarının həcminin xeyli azalması, bəzi hallarda isə hətta kortəbii şəkildə yeni yaşayış massivlərinin yaranması ilə nəticələnir. Belə ki, buraxılmış nöqsanlar hesabına təbii qazın, elektrik, su-kanalizasiya, yollar və digər infrastruktur layihələrin həyata keçirilməsini mürəkkəbləşdirməklə yanaşı   sakinlərin haqlı narazılığına səbəb olması eləcə də bu məqsədlər üçün nəzərdə tutulmamış böyük həcmdə dövlət vəsaitinin sərf olunmasına da  gətirib çıxarır.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasından rayon İcra hakimiyyətinə daxil olmuş məktubla əlaqədar yaşayış məntəqələri üzrə bütün  bələdiyyələrin hər birinə  ərazinin perspektiv inkişaf  planına aid olan torpaq sahələri haqqında və  zəbt  edilmiş  torpaq sahələrinin zəbtdən azad edilməsi barədə  tədbirlərin görülməsi ilə əlaqədar  müvafiq məktublar göndərilmişdir.

    Yuxarıda qeyd olunan məsələlərlə bağlı tərəfimizdən  aparılan araşdırmalar zamanı ümumi olaraq  bütün bələdiyyələrin fəaliyyətində  çatışmamazlıqlar və qanun pozuntu faktları ortaya çıxmışdır. İlk öncə yaşayış məntəqələri üzrə ərazilərin perspektv inkişafı torpaqları haqqında məlumat verimək istərdim.Hələ keçmiş Sovet dönəmində bütün yaşayış məntəqələrinin perspektiv inkişaf torpaqları mövcud olmuşdur. Bu sahələrin mövcudluğu əldə olan yerquruluşu sənədlərində öz əksini tapmışdır. Elə həmin dövrlərdə yerli sovxoz rəhbərlərinin qərarları ilə bir çox sahələr həyətyanı torpaq sahəsi təyinatı ilə vətəndaşların istifadəsinə ayrılmışdır. Bələdiyyə sədrlərinin verdiyi rəsmi arayışlara əsasən hal-hazırki dövrdə rayon üzrə Güllütəpə, Sərçuvar, Tüklə, Xıl, Banbaşı, Kalinovka, Təklə və Qarğalıq inzibatı ərazi dairələri üzrə yaşayış məntəqələri istisna olmaqla digər yaşyış məntəqələrində perspektiv inkişaf torpaqları qalmamışdır. Sovxoz rəhbərlərinin vətəndaşların istifadəsinə ayırdığı torpaq sahələrinin heç də hamısının sənədləşməməsi yerquruluşu sənədlərində həmin ərazilərin zəbt edilmiş hal kimi göstərilməsinə şərait yaratmışdır. Verilmiş məlumatlara istinad edərək bildirmək istəyirəm ki, bu sahədə aparılan təbliğatı və əməli tədbirlərə baxmayaraq torpaq sahələrinin zəbtdən azad edilməsi istiqamətində işlər hələ də ürəkaçan deyildir. Bütün yaşayış məntəqələri üzrə zəbt edilmiş  kəndaltı torpaq sahələri mövcüddur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bədəlan ərazisində 31 hektar Təklə ərazisidə 60 hektar, Kalinovka ərazisi üzrə 76 hektar,Gəyəçöl-25 ha, Yeddioymaq-21 ha, Şərəfə-57 ha, Səmidxan-13.03 ha, Çaxırlı-10 ha, Banbaşı-8.9 ha, Ərkivan-5 ha, Xıl- 4.71 ha, Təzə Alvadı-5.58 ha kəndaltı torpaq sahəsi zəbt altında qalmışdır. Qeyd olunan zəbt torpaq sahələrinə sovet dönəmində ilkin torpaq ayırma sənədləri verilmiş və sənədləşmə işi başa çatdırılmamış torpaq sahələri də daxildir. Bununla yanaşı bildirirəm ki, Şərəfə kəndində 3 ha, Yeddioymaq ərazisində 6,0 ha Mahmudavar ərazisində 3.7 ha perspektiv torpaq sahəsi zəbtdən azad edilmiş və sakinlərə alqı-satqı qaydasında satılmışdır.  Eyni zamanda Təklə ərazisində 5.5 ha, Təzə Alvadı ərazisində 4 ha.Güllütəpə ərazisində 3.1 ha,Banbaşıda 2 ha, Musaküçədə 2.2 ha, Hişkədərə ərazisində 1.4 ha Sığdaş ərazisində 3.25 ha, Ərkivan qəsəbəsində 1.0 hektara yaxın kəndaltı torpaq sahəsi zəbtdən azad edilmişdir. Bütün bunlara baxmayaraq  torpaq sahələrinin zəbtdən azad edilməsi istiqamətində bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlər qənaətbəxş hesab edilə bilməz. Bələdiyyə sədrləri tərəfindən hətta dövlət mülkiyyətinə aid torpaq sahələrinin vətəndaşlara satılması, pay torpaq sahələrində yaşayış evlərinin tikintisinin aparılmasına “şərait” yaradılması halları hələ də baş verməkdədir. Bəzi bələdiyyələr yerquruluşu sənədləri üzrə torpaq sahələrinin təyinata üyğun istifadə olunması istiqamətində işlərinin mövcud qanunvericiliklərin onlara imkan verdiyi ölçüdə qura bilməməsi onların bu sahədə fəaliyyətinə ciddi şəkildə əngəllər törədir.Verilmiş tapşırıqların icrası ilə bağlı Şıxlar, Təzəkənd, Xırmandalı, Qızılağac, Qəriblər və Yeyənkənd bələdiyyələri tərəfindən bu günə kimi heç bir əməli tədbirin görülməməsi onların fəaliyyətinin qanunamüvafiq qaydada  qurulmamasını bir daha subut edir.   

   Çox təssuf  ki, əksər Bələdiyyələr öz fəaliyyətlərini yalnız torpaqların  vətəndaşalara alqı-satqısı ilə məşğul olmasında görürlər. Ərazilərdə olan problemləri isə onlara qədər fəaliyyət göstərmiş sabiq bələdiyyələr tərəfindən ərazinin planlaşdırılmasının düzgün aparılmaması nəticəsində əmələ gəlməsini bildirməklə onların həll yolunun tapılmasında heç bir əməli tədbir görmürlər.

    “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6 maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

     Azərbaycan Respublikası Mülki Məcəllənin 146.3 maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Bu baxımdan, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini nəzərə alaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətandaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsləri də ayrılmazdan əvvəl torpaq üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.Əks təqdirdə həmin torpaqlara dair alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız sayılır.

     Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış etmək səlahiyyətini, sifariş şərtlərini müəyyən edir.Bu qaydalar Azərbaycan Respublikası ərazisində olan bütün bələdiyyələrə və onların birliklərinə şamil edilir.

    Bələdiyyə büdcə gəlirlərini əsasən fiziki şəxslərdən torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlatdan daxil oan gəlirlər vergisi hesabına maliyyələşdirməlidir.Əldə olunan gəlirlər hesabına bələdiyyələr yaşayış məntəqələrinin abadlaşdırılması və digər infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etməlidir.

   Yekun olaraq bildirmək istəyirəm ki, bütün bələdiyyələr öz fəaliyyətləri istiqamətində ciddi dönüş yaratmalı zəbt edilən  torpaq sahələrinin zəbtdən azad olunması və mövcud perspektiv inkişaf torpaq sahələrinin ərazi planlaşdırma sənədlərinə uyğun istifadəsinin təmin etməlidirlər.  

İclasda qaldırılan məsələlərlə bağlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Akif Əliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev və başqaları çıxış etmişlər.

Şura yığıncağının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilmiş, rayon İcra hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülərək aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər