Qodman ərazisində hesabat yığıncağı
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisi üzrə nümayəndəliyinin “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda məruzə ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman kənd üzrə nümayəndə Sirus Səfərov bildirib ki, ərazi Qodman, Əzizabad və Məmmədrzakücə kəndlərini birləşdirir.
Ərazidə 2632 nəfər qeydiyyatdadır. 512 yaşayış evi vardır.
Ərazinin ümumi sahəsi 773 hektardır.
Ərazi nümayəndəliyi təsdiq edilmiş iş planına uyğun olaraq təsərrüfatbaşına kitablarda dəqiqləşmələr aparmış, 651 təsərrüfat və şəxsi hesab elektron statistik məlumat bazasına yerləşdirilməklə 10 ədəd təsərrüfatbaşına uçot kitabı 1 yanvar 2020 – ci il tarixə məlumatlar dəqiqləşdirilmişdir.
Hesabat ilində sakinlərindən Prezident Adminstrasiyasına 8 müraciət, rayon İcra hakimiyyəti başçısının ünvanına 12, nümayəndəliyə isə 13 yazılı və 43 şifahi müraciət daxil olmuşdur.
Ərazidə bir tam orta məktəb fəaliyyət göstərir. Məktəb Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Cəlal Abuzər oğlu Kazımovun adını daşıyır. Məktəbdə 360 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur. “Təhsil haqqında” qanunun yerinə yetirilməsi, şagirdlərin dərslərə müntəzəm davam etmələri, məktəbin maddi-texniki bazasının artırılması, cari təmir işlərinin aparılması, yanacaqla təmin edilməsi ərazi nümayəndəliyinin və bələdiyyənin daimi nəzarətində olmuşdur.
Qodman ərazi nümayəndəliyi kəndlərdə 475 elektrik abonenti və Qodman kəndində təbii qazla təmin olunan 295 abonent vardır. Elektrik dirəklərinin naqillərinin yarasız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısa qapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaradır. Bu barədə rayon elektrik şəbəkəsinə dəfələrlə şifahi və rəsmi məlumat verilmişdir. Ümüdvarıq ki, yaxın gələcəkdə problemlər öz həllini tapacaqdır.
Ərazi nümayəndəliyi enerji və qaz sərfiyyatı haqlarının yığılmasını daim diqqət mərkəzində saxlayır.
Qodman ərazi dairəsi sakinlərinin əsas məşquliyyəti maldarlıq və əkinçilikdir. Belə ki, ərazidə 685 baş iri buynuzlu və 290 baş xırda buynuzlu malqara saxlanılır ki buda əvvəlki illərə nisbətən azdır. Buna səbəb sakinlərin torpağların istifadəsində daha çox əkinçiliyə marağın artması olmuşdur.
2019-2020 - ci il əkinində 250 hektarda şum aparılmışdır. 100 hektarda buğda, 5 hektarda arpa, 110 hektarda vələmir əkilmişdir.
Hesabat ilində arıçıqla məşğul olan 20 əməkçinin 175 arı ailəsi qeydiyyata alınmış, onlardan 12 –i subsidiyaya alomaqdan ötrü müraciət etmişdir.
Keçən il 40 qram barama saxlanılmış, 80 kiloqram yaş barama məhsulu dövlətə təhvil verilmişdir. Bu il də kümçülüyün inkişaf etdirilməsi məqsədi ilə ərazidə Çin xalq respublikasından gətirilmiş 500 ədəd və 200 ədəd yerli tut tingi əkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın, sitrusçulugun,çəltikçiliyin və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılmışdır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir.
Rayonumuzda müasir tipli çəltik emalı müəssisəsi istifadəyə verilmişdir ki, burada yerli düyu növləri istehsal olunur.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə şumun vurulması və dənli bitkilərin yığılması zamanı ərazidə olan texnika səfərbər edilmiş, digər ərazilərdən texnikanın cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Əhaliyə dövlət vəsaiti hesabına verilən yardımlar vaxtında çatdırılmışdır. Cari ildə subsidyaların verilmə qaydası dəyişdirilmişdir. Hər bir vətəndaş mülkiyyətində olan pay torpaqda əkdiyi məsulla bağlı elektron qeydiyyat bazasına əkinini bəyan etməsə həmin vətəndaşa subsidiyanın verilməsi dayandırılacaqdır. Bununla bağlı ərazi nümayəndəliyi tərəfindən son üç ay ərzində vətəndaşlara məlumat verilmiş və vətəndaşların ən çox toplaşdığı yerlərdə elanlar vurulmuşdur.
Ərazidə 4 mağaza, 2 bərbərxana, 2 çayxana fəaliyyət göstərir ki, burda da 10 nəfər işçi çalışır. Sahibkarların işlərinə yersiz müdaxilələrin dayandırılması , sahibkarlıq üçün daha müsbət şəraitin yaradılması haqqında ölkə başçısı cənab İlham Əliyevin tapşırığından sonra sahibkarlar üçün daha geniş meydan açılmışdır.
Ərazidə yerləşən qəbirastanlıqlarda da bələdiyyə və vətəndaşlar tərəfindən daxili imkanlar hesabına abadlıq və səliqə-sahman işləri aparılmışdır.
Şəhid və Qarabağ əlilı ailələrinə, müharibə vetranlarına, tənha və imkansız ailələrə bütün bayramlarda ərzaq sovqatı verilmişdir.
Ərazi nümayəndəliyi yerli məsələlərin həllində Qodman bələdiyyəsi ilə birgə iş planı əsasında əlaqəli işləyir, əhalini narahat edən məsələləri bələdiyyə ilə birlikdə həll edir. Ərazi nümayəndəliyi və bələdiyyənin diqqətində olan məsələlərin ən önəmlisi zəbt olunmuş torpaqların azad edilməsi və qanunsuz tikililərin qarşısının alınması, daxili yolların təmir olması ilə əlaqədardır.
2020-ci il qarşımıza böyük vəzifələr qoyur. Ərazimizdə abadlıq, səliqə-sahman işləri aparmaq, əhalini narahat edən məsələləri vaxtında həll etmək, yolların təmirinə xüsusi fikir vermək, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərini ləyaqətlə yerinə yetirmək və s.
Qodman ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirmişlər.Ərazi nümayəndəliyi fevralın 9-da keçiriləcək Parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün seçki məntəqəsini lazımi avadanlıqlarla təhciz etmiş, aktiv səs vermə hüququna malik seçicilərin siyahısını dəqiqləşdirmişdir.
Müraciətlərin icrasına dair hesabatla bağlı nümayəndəliyin müavini Rahab Şaliyevin məruzəsini dinlədilər.
Sakinlər nümayəndəliyin bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.
Sonda qərar layihəsi hazırlandı.