Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və müasir cəmiyyət

25 yanvar 2020 | 16:00

 Masallı rayon Heydər Əliyev Mərkəzinin «EKO-sinfində” 26 yanvar Dünya Ekoloji Təhsil günü ilə əlaqədar «Ekologiya və müasir cəmiyyət» mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə şəhər «Dəfinə» məktəb - litseyinin müəllim və şagird kollektivləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva Dünya Ekoloji Təhsil günü haqqında məlumat verərək bildirmişdir ki, bu günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltməkdə və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır. Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Sonra çıxış üçün söz Mərkəzin elmi işçisi Raşad Dadaşova verildi.

R.Dadaşov öz çıxışında bildirdi ki, Dünya Ekoloji Təhsil günü dünyanın bir çox ölkəsində təhsil müəssisələrində uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir. Dünya Ekoloji Təhsil Günündə ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil edilir.Ekoloji poblemlər qlobal problemlər sistemində sülh və müharibə problemlərindən sonra birinci sırada durur. Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv bəşəriyyətin mənafeyini ifadə edir. Ekoloji problemlər özünü sivilizasiyanın inkişafının obyektiv amili kimi göstərir; onların kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti məhv olmaq təhlükəsi ilə hədələyir. Onların adekvat təhlili inteqrativ yanaşmanı, yəni təbii, texniki və ictimai elm nümayəndələrinin birgə fəaliyyətini tələb edir. Qlobal ekoloji problemlərin, yəni ətraf mühitin çirklənməsinin səbəbi istehsal və istehlak zamanı yaranan tullantıların təbiətə qaytarılmasıdır. Hazırda bu tullantıların miqdarı ildə 300 mlrd. tonu keçmişdir. Su hövzələri sənaye, kənd təsərrüfatı və məişət sularının daxil olması nəticəsində çirklənir. Hər il su hövzələrinə planetimizin su həcminin 20%-i qədər çirkli sular axıdılır. Bu sularda olan çirkləndiricilərin təsirini azaltmaq üçün onlara öz həcmindən 10 dəfə artıq təmiz su qarışdırılmalıdır. Bu mümkün olmadığı üçün Yerdə içməli su problemi getdikcə kəskinləşir. Nəticədə bəzi çay və göllərin çirklənməsi fəlakət həddinə çatmışdır.

Tədbirin sonunda şagirdlərlə birlikdə Mərkəzin həyətində müxtəlif növ güllər əkildi.

Keçidlər