Masallıda növbəti Şura iclası
02 aprel 2014-cü il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.
İclasda iki məsələ, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək “Əhalinin tibbi müayinədən” keçirilməsi ilə əlaqədar rayonda görülən işlər və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyandan göndərilmiş məktubla əlaqədar Uşaq bağçalarında aparılan yoxlamalar müzakirə olunmuşdur.
Yığıncağı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı, Şuranın sədri Rafil Hüseynov açmış və müzakirə olunan məsələlərin vacibliyini qeyd edərək öz tövsiyələrini vermişdir.
Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şura üzvü Gülşən Xəlilova əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti barədə geniş məruzə ilə çıxış etmişdir. G. Xəlilova qeyd etmişdir ki, 2013-cü il ölkə səhiyyəsi üçün uğurlu olmuşdur. Prezident cənab İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərməsi nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılması geniş vüsət almışdır. Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Onların 56-sı artıq istifadəyə verilib.
Son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür. İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.
Sevindirici haldır ki, bu inkişaf Masallı səhiyyəsindən də yan keçməmiş və qısa müddətdə rayonumuzda bir çox yeni tibb ocaqları tikilmişdir. Belə ki ötən il rayonun Mahmudavar və Alışanlı kəndlərində yeni tibb məntəqələri tikilərək kənd sakinlərinin istifadəsinə verilmişdir. Hazırda Xırmandalı, Qarğalıq, Güllütəpə, Yolağac, Şərəfə, Türkoba kəndlərində yeni tibb məntəqələrinin tikintisi davam etdirilir.
Eyni zamanda rayonumuzda uzun illərdən bəri təmirə ehtiyacı olan Mərkəzi Xəstəxana, Boradigah qəsəbə sahə xəstəxanası, Kalinovka kənd sahə xəstəxanası hazırda əsaslı təmir olunur. Bu rayon səhiyyəsinin inkişafına öz tövhəsini verəcək əlamətdar hadisədir.
Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər.
Bir sözlə Azərbaycan vətəndaşının sağlamlığı dövlət siyasətinin əsas sahələrindəndir. Səhiyyənin inkişafına yönəlmiş dövlət tədbirləri, qəbul olunmuş qərar və sərəncamlar əhalinin sağlamlığına xidmət edir. Vətəndaşların sağlamlığının qorunmasına dair Dövlət Proqramına əsasən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı geniş nitq və tövsiyələrindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyi əhalinin sağlamlığını qorumaq üçün tədbirlər görmuşdür. Belə ki, bir qayda olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək “Əhalinin tibbi müayinə”dən keçirilməsinə başlanılmışdır. Bu hümanist və qayğıkeş addım ölkəmizin Tibbi-demoqrafik göstəricilərinin müsbət dinamikasına öz tövhəsini verməkdədir.
Bütün bölgələrdə olduğu kimi rayonumuzda da “Əhalinin tibbi müayinə”dən keçirilməsi ilə əlaqədar bir sıra işlər görülmüşdür.
Bununla əlaqədar 16 fevral 2014-cü il tarixdə Masallı rayon Mədəniyyət mərkəzində geniş yığıncaq keçirilmişdir. Yığıncaqda aksiya barədə rayon ictimaiyyətinə, idarə müəssisə rəhbərlərinə, ərazi nümayəndəlikləri və bələdiyyələrə məlumat verilmişdir.
Rayonumuzda 17 fevral 2014-cü il tarixdən əhalinin kütləvi tibbi müayinəsinə başlanmışdır.
2014-cü il fevral ayının 17-dən may ayının 1-dək “Əhalinin tibbi müayinədən” keçirilməsi ilə əlaqədar aidiyyatı qrumların nümayəndələrindən ibarət müvafiq komissiyanın yaradılması məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 11 fevral 2014-cü il tarixli 31 saylı Sərəncam verilmişdir. Sərəncamın surəti, o cümlədən rayon icra hakimiyyətində tərtib edilmiş idarə-müəssisə, yaşayış məntəqələrinin tibbi müayinədən keçmə qrafiki Mərkəzi Rayon Xəstəxanasına göndərilmişdir.
“Əhalinin tibbi müayinədən” keçirilməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasında, Boradigah qəsəbə sahə xəstəxanasında, Kalinovka kənd sahə xəstəxanasında həkim briqadalrı yaradılmışdır. Şagirdlərin, məktəbəqədər təhsil müəssisələrindəki uşaqların, o cümlədən xəstəxanaya gələ bilməyən əlil və ahıl insanların tibbi müayinədən keçirilməsindən ötrü iki səyyar həkim briqadası fəaliyyət göstərir.
Hər gün səhər saat 9-00-dan 17-00-a kimi polikilinikada ayrı-ayrı ixtisaslı həkimlər tərəfindən müayinə olunanlar üçün bütün yardımçı diaqnostik kabinetlər, ultra səs, EKQ, EXO kardioqrafiya, rentgen aparatları, klinik laboratoriya xidmət göstərir.
04 mart 2014-cü il tarixdən başlayaraq həkim briqadaları əhalinin tibbi müayinədən keçməsini asanlaşdırmaq məqsədilə yaşayış məntəqələrinə getmişdir. 04 mart 2014-cü il tarixdə Ərkivan qəsəbəsində, 10 mart 2014-cü il tarixdə isə Boradigah qəsəbəsində əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilmişdir. Ərkivan qəsəbəsində keçirilən müayinə zamanı əhalinin sıxlığı müşahidə olunsa da, eyni hal Boradigah qəsəbəsində baş verməmişdir. Belə ki, Boradigah qəsəbəsində keçirilən aksiyanın ilk günlərində əhalinin müayinəyə gəlişində aktivlik olsa da son iki gündə demək olar ki, zəiflik diqqəti cəlb etmişdir. Hesab edirik ki, bu işdə ərazi nümayəndəlikləri və bələdiyyələr daha da fəallıq göstərməli və vətəndaşların məlumatlandırılması istiqamətində ciddi tədbirlər görməlidirlər.
Tərtib olunan qrafikə əsasən 31 mart 2014-cü il tarixə kimi rayonun idarə müəssisələrində çalışan işçilərin tibbi müayinədən keçirilməsi işi başa çatdırılsa da bir sıra müəssisələrdə hələ də tibbi müayinədən keçməyən işçilər qalmışdır.
Əhalinin tibbi müayinəsi işinin təşkili yerli mətbuatda, o cümlədən müxtəlif KİV-lərində mütəmadi olaraq işıqlandırılmışdır.
01 aprel 2014-cü il tarixə kimi ümumilikdə 49425 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 34510 nəfəri 18 yaşdan yuxarı vətəndaşlar, 14915 nəfəri məktəb şagirdləri olmuşdur. Müayinə zamanı ümumilikdə 939 nəfərdə xəstəlik aşkar edilmiş, 878 nəfər ambulator müalicəyə 61 nəfər stasionar müalicəyə cəlb edilmiş 78 nəfər Bakı şəhərinə göndərilmişdir.
Hazırda tibbi müayinə zamanı aşkarlanan göz xəstələrinin siyahiya alınması aparılır. Bu günə kimi 22 göz xəstəsi qeydiyyata alınmışdır. Bu xəstələr barədə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialına məlumat verilmişdir. Bakı şəhərinə getmək imkanı olmayan belə xəstələrin yaxın günlərdə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında müayinə və müalicəsi, o cümlədən göz əməliyyatları həyata keçiriləcək. Eyni zamanda ərazi nümayəndəlikləri və bələdiyyələrə məlumat üçün bildiririk ki, yaşayış məntəqələrində olan imkansız göz xəstələri barədə məlumatları 04 aprel 2014-cü il tarixə kimi Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə bildirsinlər.
İstər rayon ictimaiyyəti, istərsə də səhiyyə işçiləri əhalinin maarifləndirilməsi, o cümlədən əhalinin tibbi müayinəsi işinin təşkilində daima səy göstərməlidirlər. Çünki bu proses xəstəliklərin ilkin aşkarı və düzgün müalicəsinin əsasını qoyur. Əlbəttə ki, bu işdə səhiyyə şöbəsinin üzərinə böyük məsuliyyət düşür. Yoxlamalar zamanı müayinələrin səthi xarakter daşıması, xüsusən də uşaqların yoxlanışında bir sıra vacib analizlərin aparılmaması bu aksiyanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Unutmamalıyıq ki, 2013-cü ildə rayon səhiyyəsi üzrə xəstəliklərin statistik təhlilinə nəzər saldıqda bir sıra yolxucu xətəliklərin sayında artım müşahidə olunmuşdur. Xüsusən də Qazanılmış İmmun Çatışmamazlığı xəstəliyindən əziyyət çəkən xəstələrin sayı 2007-ci ildə 33 nəfər olduğu halda 2013-cü ildə bu göstərici 106 nəfər olmuşdur. Hazırda rayonda 140 QİÇS xəstəsi qeydiyyatdadır.
Risk qrupunda olanlar, xüsusilə də narkomanlar arasında xəstəlik artmaqdadır. Bütün bəşəriyyəti bürüyən narkomaniya bizdən də yan keçmir, cəmiyyətimizin birliyini, möhkəmliyinin əsasını təşkil edən, min illərdən bəri formalaşmış milli adət-ənənələrimizi, qanunlarımızı təhdid edir, gələcək nəsillərimizin sağlamlığına, mənəvi aləmə ciddi təhlükə yaradır. Ona görə də hamı aidiyyatı olub-olmamasından asılı olmayaraq bütün idarə və təşkilatlar, habelə cəmiyyətimizin ağsaqqalı, ziyalısı, din adamı, sadə vətəndaşı ilə hər bir üzvü narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə aparmalıdırlar. 2013-cü ildə rayonda 21 nəfər narkoloji xəstə qeydiyyata götürülmüşdür. Hazırda rayonumuzda 78 nəfər profilaktik, 371 nəfər narkoloji xəstə isə dispanser qeydiyyatındadır.
Analoji artım halı vərəmli xəstələrin sayında da müşahidə olunur. 2012-ci ildə aşkarlanan ilkin vərəmlərin sayı 79 olduğu halda 2013-cü ildə bu göstərici 103-ə bərabər olmuşdur. Ümumi vərəmlərin sayında da son beş ildə artım müşahidə olunur. Hazırda Masallı rayonunda dispanser qeydiyyatında olan vərəmlərin sayı 494-dür. Əlbəttə ki, bu xəstəliklərinin sayının artmasına ekoloji mühitlə yanaşı bir sıra amillər də səbəb olur. Lakin bu işdə istər Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi, istərsə də digər əlaqədar təşkilatlar öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalıdırlar.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki sosial-iqtisadi inkişafın sürətlə yüksəldiyi bir dövrdə rayonumuzda hələ də sterilzatorsuz işləyən stomotoloqlar, heç bir dezinfeksiyaedici vasitələri omayan bər-bərlər, o cümlədən gözəllik salonları mövcuddur.
Təkcə 2013-cü ildə yolxucu xəstəliklərlə mübarizə məqsədi ilə Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən stomatoloji kabinetlərdə aparılan sanitariya baxışı nəticəsində rayonun H.Əliyev və M.Talışxanov prospektlərinin hər birində 1, Ərkivan qəsəbəsində 2 stomatoloji kabinetin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Ümumilikdə 6 stomatoloji kabinet sterilzasiya tədbirlərinin aparılmasından ötəri avtoklaf və quru hava isidici şkaf ilə təmin olunmuşlar. “Sanitar Epidemioloji Salamatlıq” haqqında qanuna əsasən aparılan tədbirlər nəticəsində 3 stomatoloji kabinetin fəaliyyəti tamam dayandırılmışdır. Lakin görülən tədbirlərə baxmayaraq istər Mərkəzi Rayon Xəstəxanası istərsə də rayon Gigiyena və Epidemiologiya Mərkəzi bu sahəyə nəzarəti daha da gücləndirməlidirlər. Tədbirlərlə bərabər səhiyyə maarifi işlərinə də ciddi nəzarət olunmalıdır.
Eyni zamanda uşaqların peyvəndə cəlb olumasında da cox ciddi işlər görülməlidir. Belə ki, bir çox məntəqələrdə, o cümlədən MRX-da BSJ peyvəndinin aparılmasına çox ciddi fikir verilməlidir. MRX-nın Uşaq xəstəlikləri şöbəsində, həkim məntəqələrində peyvəndləmə işinə məsuliyyətlə yanaşılmalı, uşaqların peyvəndə cəlb edilmədən öncə pediatr nəzarətindən keçməsinə diqqət yetirməli, vaxtında vurulmayan peyvəndlərin keçikmə səbəblərini göstərməklə qeydiyyatları dəqiq aparılmalı, qeyd olunan açaqlarda dezinfeksiya işləri qanunamüvafiq yerinə yetirilməlidir. Bu sahədə rayon GEM-nin, MRX-nın, Dezinfeksiya Stansiyasının üzərinə böyük işlər düşür.
İctimai iaşə obyektlərində əhali ilə bilavasitə təmasda olan işçilərin, bağça, məktəb müəllimlərinin tibbi müyinəsində füloroqrafiya müayinəsinin aparılmasına diqqət yetirilməlidir. Təəssüf olsun ki, bu istiqamətdə hələ də bir irəliləyiş əldə olunmamışdır. Belə ki, bir çox hallarda bu müayinə ya formal xarakter daşıyır, ya da ki, ümumiyyətlə tibbi müayinə kitabçasında bu barədə heç bir məlumat olmur.
Ən böyük problemlərdən biri hələ də bir sıra tibb ocaqlarımızın əsaslı təmirə ciddi ehtiyacının olmasıdır. Bu problemin aradan qaldırılması üçün rayonun daxili imkanları hesabına bir çox tibb müəssisələri tikilib istifadəyə verilsə də bu sahədə görüləsi işlər çoxdur.
Digər bir ciddi problem isə tibb ocaqlarımızdakı kadr çatışmamazlığı və bir çox işləyən kadrların peşə hazırlığının aşağı səviyyədə olmasıdır. Bu acınacaqlı hal MRX-nın bütün şöbələrində, xüsusilə doğum və cərrahiyyə şöbələrində daha çox müşahidə olunur. Doğrudur MRX-nın rəhbərliyi 2013-cü ildə 58 nəfər həkim, 63 nəfər orta tibb işçisini ixtisasartırma kurslarına göndərmiş, 108 nəfər həkim 91 nəfər orta tibb işçisi isə Səhiyyə Nazirliyinin Mərkəzi Komissiyasında sertifikasiyadan keçmişdir. Bütün bunlar problemin tam həlli deyil, bu problem MRX-nın rəhbərliyini ciddi düşündürməlidir.
Məsələ ətrafında çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxananın baş həkimi Cəlil Nəzərov, Ərkivan qəsəbə ərazi vahidi üzrə nümayəndəsi Sabiq cahangirov çıxış edərək müayinənin aparılması barədə məlumat vermişlər.
Sonra Şurada ikinci müzakirə olunacaq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyandan göndərilmiş məktubla əlaqədar Uşaq bağçalarında aparılan yoxlamalar barədə məsələ ilə bağlı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Əliyeva məruzə ilə çıxış edərək vurğulamışdır ki, Masallı rayonunda fəaliyyət göstərən 16 uşaq bağçasından 4-ü Masallı şəhərində, 12-i rayonun digər yaşayış məntəqələrində yerləşir. Uşaqların təlim-tərbiyəsi ilə 110 pedaqoji işçi məşğuldur.
Uşaq bağçalarının maddi-texniki bazasının mövcud vəziyyəti ilə saylı bildirmək istəyirəm ki, 16 uşaq bağçasından 3-ü Gəyəçöl kənd, Masallı şəhər 3 saylı və Qızılağac kənd uşaq bağçaları əsaslı təmir olunmuşdur. Yaxın günlərdə isə şəhər 2 saylı uşaq bağçasının tikintisinə başlanılmış və şəhər 4 saylı uşaq bağçasının tikintisinə isə başlanılacaqdır. Digər 11 uşaq bağçasından 7-nin əsaslı təmirə 4-nün isə yeni binaya ehtiyacı vardır ki, bunlardan da ikisi Həsənli və Sərçuvar kənd uşaq bağçaları qəzalı vəziyyətdədir.
Ötən dövrlərə nəzər salsaq görərik ki, Uşaq bağçalarında mövcud yumşaq və bərk inventarların demək olar hamısı yararsız vəziyyətdə idi. Oyuncaq avadanlığı və əyani vəsait isə yox səviyyəsində idi. Lakin müəyyən müddət ərzində bu çatışmazlığın aradan qaldırılması məqsədilə davamlı tədbirlər görülmüşdür. Belə ki, ümumilikdə uşaq bağçalarına 14 soyuducu, 8 tozsoran, 9 paltaryuyan maşın, 5 ətçəkən maşın, 5 qaz peçi, 506 çarpayı, 33 paltar şkafı, 123 uşaq üçün stol, 272 uşaq üçün stul, 24 müəllim stolu, 44 müəllim stulu, 535 odeyal, 527 döşək, 511 balış, 596 yataq dəsti (çexollar), 10 kompüter, 7 dondurucu verilmişdir.
Bağçalarda ötən dövr ərzində qarşımıza çıxan digər bir problem ondan ibarət idi ki, bir çox bağçalarda çalışan işçilərin əksəriyyəti bağça müdirləri və ərazi nümayəndələrinin yaxın qohumları idi. Bu bağçalar adətən bir ailə şirkəti halına gəlmişdi. Amma bu hallar tərəfimizdən aradan qaldırıldı. Belə ki, Gəyəçöl uşaq bağçasının müdirinin yaxın qohumu, gözətçisi işdən azad edilmiş və bir tərbiyəçisinə isə yeni tədris ilinə kimi vaxt verilmişdir. Bundan başqa Kalinovka uşaq bağçasının müdirinin yaxın qohumu, bağça tərbiyəçisi işdən azad olunmuşdur. Ərazi nümayəndələrinin yaxın qohumları işləyən Sərçuvar və Bədəlan kənd uşaq bağçalarının da belə işçiləri işdən azad olunmuşdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyandan göndərilmiş məktubla əlaqədar Uşaq bağçalarında yoxlamalar aparılmış, ciddi nöqsanlar aşkarlanmasa da bəzi çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılmışdır. Araşdırma zamanı aşağıdakılar qeydə alınmışdır:
Uşaq bağçalarında 940 uşaq tərbiyə alır ki, bu da rayonda yaşayan bağça yaşlı uşaqların cəmi 7%-ni təşkil edir. Bu da bağçaya uşaq qəbulunun növbə əsasında aparılması zərurətini yaradır. Bağçalarda qrupların və orada tərbiyə alan uşaqların sayı, boş yerlər barədə məlumatların müraciət etmiş valideynlərdən qəsdən gizlədilməsinin qarşısının alınması üçün mövcud qruplar, uşaqların say normaları, boş yerlər haqqında məlumatlar bağçalarda hamının görə biləcəyi yerdə lövhələrdə yerləşdirilməsi hər bir bağça müdirinə tapşırılmışdır.
Yeni uşaq bağçalarının açılmasının çətinliyini nəzərə alaraq mövcud uşaq bağçalarında yeni qrupların açılması ilə bu problemin həllinə qismən də olsa köməklik göstərmək olar. Məsələn 120 yerlik Gəyəçöl kənd uşaq bağçasında hər cür şərait olmasına baxmayaraq cəmi 2 qrupda 40 uşaq tərbiyə alır. Eyni zamanda Qızılağac, Təzə Alvadı, Ərkivan və Hişkədərə kənd uşaq bağçalarında da yeni qrupların açılması üçün şərait vardır.
Bu bağçalarda yeni qrupların açılması üçün lazımı sənədlər hazırlanmış və yaxın günlərdə Maliyyə Nazirliyinə təqdim edilsə də hələ də müsbət cavab alınmamışdır..
Uşaqların keyfiyyətli və kifayət qədər kalorili yeməklərlə təmin olunmaması, valideynlərdə dövlətin ərzaq təminatının aşağı səviyyədə və stabil olmaması kimi yanlış və mənfi rəy formalaşdırmaqla, onların üzərinə uşaqlar üçün evdən yemək və nahar hazırlanması üçün ərzaq gətirmək vəzifəsinin qoyulması kimi hallar tərəfimizdən aşkar edilməmişdir. Valideyn və uşaqların məlumatlandırılması məqsədilə bağçalarda gündəlik yemək menyusunun lövhədə asılması təmin edilmişdir.
Bağçaların ərzaqla təminat ilə bağlı keçirilən kotirovka sorğularının formal xarakter daşıması, şəffaflığın təmin olunmaması hallarının baş verməməməsi üçün ərzaq markaları müsabiqə yolu ilə seçilir. Müsabiqə ilə bağlı yerli qəzetlərdə elanlar yazılır. Kotirovkada əsasən bu sahədə ixtisaslaşmış, keyfiyyətli ərzaq məhsulları təklif edən təşkilatların iştirakı təmin olunur. Satınalmaların yekun protokolu Satınalmalar üzrə Dövlət Agentliyində qeydiyyatdan keçirilir.
Uşaqlara yemək verilməsi üçün əlavə pul yığılmaması və dövlət tərəfindən ərzaq üçün ayrılmış vəsaitlərin mənimsənilməməsi üçün ərzaqların qaimələri, anbar və anbar kitabı daima tərəfimizdən yoxlanılır.
Lakin qeyd etməliyik ki, ərzaq üçün ayrılan vəsaitin həcmi yertərli deyildir.Belə ki, bir uşaq üçün ayrılan gündəlik ərzaq təminatına 3 manat vəsait tələb olunduğu halda cəmi 82 qəpik vəsait ayrılır.
Bağçada tərbiyə alan uşaqlara fərqli yemək verilməsi, yüksək səviyyəli qulluq göstərilməsi, təmizliyə riayət olunması müqabilində valideynlərdən aylıq pul alınması bir neçə il öncə tətbiq olunurdusa da hazırkı vaxtda belə hal baş vermir və tərəfimizdən nəzarət olunur. Valideynlər tərəfindən RİH-nə bu səbəblə bağlı heç bir şikayət daxil olmamışdır.
Bağçaların təmiri və tikintisi ilə bağlı keçirilən tenderlərin formal xarakter daşıması, tenderdə maliyyələşməni həyata keçirilən qurumlara yaxınlığı ilə seçilən firmaların “qalib gəlməsi” prosesinin aradan qaldırılması üçün keçirilmiş açıq tenderdə qalib gələn şirkət bağçanın təmiri və tikintisini həyata keçirir. Şirkətin texniki təchizatı, kadr potensialı tender komissiyası tərəfindən dəyərləndirilir.
İşə qəbul prosesində yol verilən nöqsanlar, o cümlədən müvafiq ixtisası, uşaqların təlim-tərbiyəsi sahəsində kifayət qədər səriştəsi və təcrübəsi olmayan şəxslərin işə götürülməsi hallarının qarşısının alınması məqsədi ilə bağçalara işçilərin işə qəbulu RİH tərəfindən həyata keçirilir. Habelə işəgötürənlər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun yaxın qohumların birgə işləməsinin qadağan edilməsinə dair müddəaların pozulması, bu sahədə şəffaflığın təmin edilməməsi halları da aradan qalxmış olur.
Əvvəlki illərdə ixtisassız kadrlar bağçada işləsə də bu hallara son qoyulması məqsədilə 18 ixtisassız kadr ixtisaslı kadrlarla əvəz olunmuşdur.
Bununla yanaşı bağça müdirlərinin, tərbiyəçilərinin və musiqi rəhbərlərinin kurikulum proqramına cəlb edilməsi məqsədilə Masallı şəhər 3 saylı tam orta məktəbdə Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən “məktəbəqədər təhsilin proqramı (Kurikulum) 3-6 yaş üzrə təlim kursu keçirilmişdir. Kursa 72 bağça işçisi cəlb edilmişdir.
Bağçalara məxsus inventarların satılaraq mənimsənilməsi, daha keyfiyyətli mebel və digər qiymətli əşyaların bağçaların müdriyyəti tərəfindən şəxsi və keyfiyyətsiz əşyalarla əvəz edilməsi halları yoxdur. Şəffaflığın təmini üçün verilən inventarların qaimələrinin yoxlanılması, inventarların aktlaşdırılması və inventar kitabına yazılması hər bağça müdriyyətindən tələb edilir.
Bu gün Masallı rayonunun 37 ərazi inzibati dairəsindən cəmi 13-də uşaq bağçası fəaliyyət göstərir. 12 minə yaxın əhalinin və 1300 bağça yaşlı uşağın yaşadığı Boradigah qəsəbəsində uşaq bağçasının olmaması bu sahədəki vəziyyəti aydın xarakterizə edir. Bundan başqa kommersiya və biznes baxımından daha əlverişli yerdə yerləşən bağçaların torpaq sahələrinin ələ keçirilməsi məqsədi ilə bağçaların bağlanılmasına 90-cı illərdə rast gəlinmişdir. Yeni bağçaların açılmasının çox çətin və uzun bir proses olduğunu bildirərək qeyd etmək istəyirəm bu işi görənlər həm cəmiyyət, həm də qanun qarşısında günahkardırlar. Çünki uşaq bağçaları özəlləşdirildikdən sonra onların təyinatının müəyyən bir müddət ərzində dəyişdirilməsi qanunən mümkün deyildir. Amma rayonumuzda özəlləşdirilən bütün uşaq bağçalarının ya təyinatı dəyişdirilmiş, ya da sökülmüşdür. Bu halların qarşısının alınması məqsədilə yaşayış məntəqələrində əvvəlki illərdə fəaliyyəti dayandırılmış Qarğalıq, Səmidxan, Musaküçə, Şatıroba, Təklə və Böyük Xocavar kəndlərində uşaq bağçalarının yenidən fəaliyyətlərinin bərpa edilməsi üçün aidiyyəti üzrə rəsmi müraciət edilmişdir.
Bağçalarda qeyd olunan nöqsanların aradan qaldırılması prosesində bütün aidiyyatı şəxslər, idarə müəssisələr, Ərazi nümayəndələri və Bələdiyyələr yaxından iştirak etməlidirlər.
Qaldırılan məsələlərlə bağlı Masallı rayon Prokuroru Fikrət Əsgərov, Masallı şəhər inzibati dairəsi üzrə nümayəndəsi kamal Mazanov, şəhər 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Naibə Aslanova və bağqaları çıxış edərək qaldırılan məsələ ilə bağlı ətraflı çıxış edrək məlumat vermişlər.
Şura yığıncağının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilmiş, rayon İcra hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülərək aidiyyatı üzrə tapşırıqlar verilmişdir.