Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2015-cü ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

17 aprel 2015 | 15:00

16 aprel 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 2015-ci ilin I rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı  keçirilmişdir.

             Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2015-ci ilin I rübünün yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

             Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş  bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, ümumi uzunluğu 3.3 km olan N. Gəncəvi (M.Talışxanov) küçəsində genişləndirilmə işlərinə başlanılmış, yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması və yaşıllıq zolağının salınması davam etdirilir. Bundan əlavə şəhərin Qurtuluş, R. Abbasov küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulmasına başlanılmışdır.
      2014-cü ildə Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin uzunluğu 750 p/m olması nəzərdə tutulan bu park layihənin başa çatdırılması Masallı şəhərinə xüsusi gözəllik verəcəkdir. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi planlaşdırılır.
      Eyni zamanda ümumi sahəsi 11000 m2 olan bayraq meydanının tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 60 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda Bayraq muzeyində və parkda tikinti işləri davam etdirilir.
      Bununla bərabər KTN-nin Masallı rayon İnzibati-laboratoriya binasının, Masallı rayonlararası Mühafizə bölməsinin inzibati binasının tikintisinə başlanılmış və 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Masallı rayon Məhkəməsinin yeni binasının və “ASAN” xidmət mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmış və 2015-ci ildə tikintisi nəzərdə tutulmuşdur.
     Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq muzeyinin və Uşaq İncəsənət məktəbinin tikintisinə başlanılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
     2014-cü ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə 65 nəfər müraciət etmişdir. Onlardan 37 nəfəri işlə təmin olunmuşdur ki, onların da 15 nəfərini qadınlar təşkil edir.
     Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 % artaraq 116.1 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqaisədə 1.3 faiz artaraq 6.8 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 4.9 faiz artaraq 14.7 milyon manata çatmıışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 faiz artaraq 15.6 milyon manat olmuşdur.
     Rüb ərzində adambaşına düşən pul gəlirləri 540 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 274  manat olmuşdur.
     2015-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 6 milyon 696 min 381 manata qarşı 6 milyon 855 min 922 manat və ya 102.3 % icra olunmuşdur. O cümlədən yerli gəlirlər üzrə 1 milyon 728 min 709 manata qarşı 1 milyon 888 min 250 manat və ya 109.2 faiz icra olunmuşdur. Rayonun yerli xərcləri isə 6 milyon 696 min 381 manata qarşı 6 milyon 333 min 425 manat və ya 94.5% icra olmuşdur.
     Qeyri neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərfindən rayonumuzda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Dəfələrlə qeyd etdiyimiz kimi bir daha vurğulamaq istəyirəm ki, sahibkarlara hər cür kömək göstərmək və onları narahat edən problemlərin aradan qaldırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Ona görə də xüsusilə də rayonumuzdan olan sahibkarları Masallıya dəvət edir və onları əmin edirəm ki, onların rahat işləmələri üçün hər cür şərait yaradılacaqdır.
     2015-ci ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 14.7 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin mavafiq dövrü ilə müqayisədə 689.7 min manat və ya 4.9 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 166 manat olmuşdur.
     1aprel 2015-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73080 başa, xırda buynuzlu mal-qaranın baş sayı 82463 başa çatmışdır. Birinci rübdə süd istehsalı 12145 tona, ət istehsalı 1524.4 tona, yumurta istehsalı 193.25.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
     Rayonda 11891 ha taxıl, 8143.5 ha buğda, 3747.5 ha arpa və 1370 ha dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə 1208 ha kartof, 66 ha bostan və 673 ha tərəvəz əkilmişdir. Hal hazırda tərəvəz əkini davam etdirilir.
     Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 16.5 ton kartof, 7.5 ton soğan, 2 ton kələm, 1250 kiloqram süd məhsulları 17300 ədəd yumurta göndərilmişdir.
     210 mindən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənlişdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir. Cünki məhsul istehsalına çox az bir dövr qalıb və vaxtımız çox məhduddur.
    Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
     Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
     Tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər.
      Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 36000 m3 həcmində və 14 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.            
      Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2.8 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 20 ha sahə kollardan təmizlənmişdir.
      Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.

      Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 1289.9 min manata qarşı 1247.4 min manat və ya 96%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 388.6 min manata qarşı 248.9 min manat və ya 64% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 348 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 171 nəfərə əmək pensiyası təyin olunmuşdur.
      2015-ci ilin birinci rübündə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 796 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 760 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 36 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 672054.43 min manat vəsait ödənilmişdir.
     Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 10 ədəd dəmir beton, 4 ədəd isə ağac dayaq dəyişdirilmişdir.
    Lakin enerji haqlarının toplanmasında istənilən nəticə əldə olunmamışdır və bu sahədə çətinliklər hələ də qalmaqdadır.
       Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Rüb ərzində rayonun I Yeddioymaq, Qədirli və Xallıcallı kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 781 abonent təbii qazla təmin edilmişdir.

           Hamımıza məlumdur ki, Masallı rayonunun əksər kəndlərində içməli su xətti və ya  su qaynaqları yoxdur. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar vermişdir. Ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. Belə ki, “Azərsu” ASC-i “Birləşmiş Sukanal” MMC tərəfindən ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Lazımi maliyyə vəsaiti ayrılmasa da hazırki vaxta qədər 20 km xətt çəkilmişdir. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhalimiz ən yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir. İlin sonuna qədər bu kəndlərin bir çoxuna içməli suyun verilməsi gözlənilir. 
    Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 300000 m2-dən 340950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 120 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
    Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.
        Masallı şəhər ərazisinin genişləndirilməsi, park və yaşıllıqların artması Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinin yenidən qurulmasını zəruri etmişdir.Ona görə də burada islahat aparılaraq sturuktuk dəyişikliyi edilmiş və mövcud tələblərə görə yeni xidmət sahələri yaradılmışdır.   Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında son illərdə Masallıda 46 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Görülən işlərə baxmayaraq hələ də rayonda 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir ki, bu proqramın icrasının yaxın illərdə tamamlanması nəzərdə tutulur.
        Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən yeganə peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və fəaliyyətinin genişləndirilməsi həlli vacib məsələlərdəndir.
          Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Uşaq bağçaları mütəmadi olaraq yataq dəsti, çarpayı və digər inventarla təmin olunmuşdur. Hazırda 60 yerlik şəhər 2 saylı və 100 yerlik şəhər 5 saylı uşaq bağçalarının  tikintisi davam etdirilir. Bununla bərabər bu sahədə problemlər qalmaqdadır. Belə ki, layihə əsasında tikilmiş 7 uşaq bağçasının əsaslı təmirə, 5 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan da 2-si qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi 7% təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Yaşayış məntəqələrimizin əksəriyyətində uşaq bağçalarının olmaması gələcək nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərir. 11000 nəfərdən artıq əhalisi, 1300 nəfərə qədər bağça yaşlı uşağın olmasına baxmayaraq bu gün Boradigah qəsəbəsində uşaq bağçası yoxdur. Ehtiyac olan yaşayış məntəqələrində yeni bağçaların açılması ilə bağlı aidiyyatı təşkilatlara müraciət olunmuşdur.  
       2015-ci ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
       2015-cü ilin ilk üç ayında rayonda 679 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.3 ‰ (2 nəfər) olmuşdur. 
       Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 774 nəfər yeni doğulmuş uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
       İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 4498 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 497 vərəmli xəstə, 100 nəfər xroniki böyrək çatışmamazlığı, 785 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 80 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
Respublika Prezidentinin tapşırığına uyğun olaraq 01 fevral 2015-ci il tarixdən 01 may 2015-ci il tarixə kimi əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 88346 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 1833 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 1386 nəfəri ambulator, 447 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 102 nəfər isə Bakı şəhərinə göndərilmişdir. Müayinəyə cəlb olunanlardan 7570 nəfəri uşaqlardır.
      Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 32 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 16 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 135954 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 67050 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

      Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Bölgələrdən Paytaxta” layihəsi çərçivəsində 10 fevral 2015-ci il tarixdə Bakı şəhərində Masallı mədəniyyət ustalarının konsert proqramı keçirilmişdir. Tədbirdə rayonun zəngin folklor nümunələrini, xalq sənətkarlığını, turizm potensialını, mətbəxini əks etdirən sərgi nümayiş olunmuşdur.
      Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 3 ayı ərzində bu turist obyektlərində 3486 nəfər turist istirahət etmişdir ki, onlardan 376 nəfəri xarici turist olmuşdur. 
Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 93 ilk təşkilatının 10 min nəfərə yaxın üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1391 nəfərdir.
Rayon  ərazisində 36  QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Cənab Prezidentin xeyir-duası ilə 2013-cü ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi bu gün fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsi, gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq, rəssamlıq emalatxanaları, kino-studiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı, dizayn, milli rəqs, xarici dil, kompyuter dərnəkləri, ekoloji sinif, internet kafe, 3 D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı, nikah otağı fəaliyyət göstərir. Hazırda bu kursların imkanlarından istifadə edənlərin sayı 300 nəfərdən çoxdur.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 200 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
           Rüb ərzində rayon İcra hakimiyyətinə 404 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 216-sı vətəndaşların, 188 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 243 nəfər şikayətçi qəbul edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
Hesabat ilində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. 2014-cü ildə rayonumuzdan 1 nəfər Cənab Prezidentin sərəncamı ilə təltif olunmuşdur. Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Dadaşbala Dünüyev “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Fürsətdən istifadə edib onu təbrik edir və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Görülən işlər, əldə edilən uğurlar nə qədər dəyərli olsa da bu bizi arxayınlaşdırmır. Çünki  2015-ci ildə bizi daha böyük və çətin işlər gözləyir.
Masallı şəhərində abadlıq işlərinin aparılması və Qurtuluş, Talışxanov, Həzi Aslanov, Digah küçələrinin yenidən qurulması işlərinə və Bayraq meydanının tikintisinə artıq başlanılmışdır. İl ərzində bu işlərin başa çatdırılması nəzərdə tutulur.
       2015- ci il  Masallı şəhərində böyük bir layihənin- Viləş park – bulvar kompleksinin tikintisi ilə əlamətdar olacaqdır ki, artıq bu möhtəşəm layihənin icrasına başlanılmışdır. Şəhərimizə xüsusi gözəllik verəcək bu layihənin il sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
     Masallı şəhərinin ən böyük problemi olan su-kanalizasiya sisteminin qurulması işinin  yüksək səviyyədə təşkili və bu sahədə mövcud problemlərin qısa müddətdə aradan qaldırılması qarşımızda duran əsas vəzifələrdəndir. Artıq bununla bağlı lazımı tədbirlər görülüb və düşünürük ki, bu sahədə qısa müddət ərzində müsbət dönüş əldə olunacaqdır.
    Rayon ərazisində qazlaşdırmanın başa çatdırılması həlli vacib olan məsələlərdəndir. Belə ki, bu gün yaşayış məntəqələrimizin 72 faizi qazla təmin olunub. Lakin cənab Prezidentin tapşırığına əsasən bu rəqəm 95 faizə çatdırılmalıdır. Ona görə də bu sahəyə diqqət artırmalı və mümkün qədər ən qısa vaxtda yaşayış məntəqələrimizin qazla təminatı başa çatdırılmalıdır.
     Hamımıza məlumdur ki, Masallı şəhəri istisna olmaqla rayon ərazisində mövcud olan elektrik xətt təsərrüfatı bərbad vəziyyətdədir və istifadəyə yararsızdır. Xüsusən də qış aylarında tez-tez bu xətlərdə qəzalar baş verir ki, bu da əhali tərəfindən narazılıqla qarşılanır. Bu problem də həlli vacib məsələlərdəndir və bu istiqamətdə səylərimizi davam etdirməliyik.  
     Rayonun 38 kəndində yaşayan 110 minə yaxın əhali bu gün içməli suyun olmamasından əziyyət çəkir. Cənab Prezidentin tapşırığı ilə bu kəndlərimizə içməli su xəttinin çəkilməsi işinə başlanmışdır. 2015-ci ildə bu işlərin böyük bir hissəsinin yüksək səviyyədə başa çatdırılması və əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi məqsədilə bütün imkanlar səfərbər olunacaqdır.
    Son illərdə Masallı rayonunda kəndlərarası  yolların asfaltlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bununla bərabər hələ də bəzi yolların, o cümlədən ilk növbədə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 12.3 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin, 10 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 12.4 km olan Səmidxan-Xallıcallı-Eminli-Məmmədxanlı istiqamətlərində yeni yolların çəkilməsinə ehtiyac vardır.
2015-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Bununla əlaqədar olaraq Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, tərəvəzçiliyin inkişafı, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir. Əhalinin rifah halının yüksəlməsi, yeni iş yerlərinin açılması rayon iqtisadiyyatının yenidən qurulmasından aslıdır ki, burada əsas yeri aqrar sahənin inkişafı tutur. Daha çox əmək tutumu olan və daha çox gəlir gətirən sahələrin genişləndirilməsi ilə bərabər tədarük mərkəzinin- Yaşıl marketin  yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacaqdır.
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirlərinin içərisində turizmin inkişafı da xüsusi yer tutur. Masallının çox geniş turizm potensialı var və bu potensialdan tam istifadə olunmur. Son illərdə görülən tədbirlər, təşkil olunan müxtəlif festival və sərgilər rayona gələn turistlərin sayının artmasına səbəb olsa da bu yetərli deyil.  Ona görə də bu sahəyə investisiyaların cəlb olunması, xidmət səviyyələrin yüksəldilməsi, müasir istirahət mərkəzlərinin və ya otellərin tikintisinin təşviqi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi 2015-ci ildə bizim üçün əsas vəzifələrdən olacaqdır. Xüsusilə də Qəriblər və Qodman kəndlərinin arasında yerləşən ərazidə Turizm şəhərciyinin salınması ən böyük layihlərimizdəndir. Bu layihənin icrası rayonun iqtisadiyyatının formalaşmasında çox mühüm rol oynayacaqdır. Bundan əlavə tikintisi davam edən bir çox sosial obyektlərin, o cümlədən Masallı Tarix Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət Məktəbinin, səhiyyə ocaqlarının, məktəb binalarının və uşaq bağçalarının tikintisinin başa çatdırılması nəzərdə tutulur.
2014-cü ildə Masallı rayonunda ağac əkini kompaniyaları geniş vüsət almış və 20 minə qədər müxtəlif ağac və gül kolları əkilmişdir. 2015-ci ildə də bu tədbirlər daha geniş formada davam etdiriləcək və yeni yaşıllıq sahələrinin salınması prosesi ciddi nəzarətdə saxlanılacaqdır.
Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial- iqtisadi tərəqqinin təmin olunması məqsədi ilə qəbul olunmuş proqramlar bizim hər birimizdən böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.
Prezident İlham Əliyev cənablarını əmin etmək istəyirik ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyü bütün işlərdə biz masallılar həmişə onunla olacaq, Ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyalarını rəhbər tutaraq doğma Vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəyik.

             Toplantıda çıxış edənlərdən Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Lətifə Mövsümova, Masallı rayon İcra hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, 41 saylı yol təmir-tikinti idarəsinin rəisi Elman Həsənov və başqaları 2014-cü ilin I rübündə Masallı görülmüş işlərdən danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər