Deputat və rayon rəsmisi şəhid ailələrini ziyarət etdi
19 mart 2021 | 16:00
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, "YAŞAT" fondu Himayəçilik Şurasının üzvü Anar İsgəndərov və Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov şəhid ailələrini ziyarət etdi. Ziyarət zamanı Masallı şəhər və Ərkivan qəsəbəsindən olan şəhidlərin ailələri ilə görüşülüb, onların problıemləri ilə maraqlanılıb və şəhidlərin xatirələri bölüşülmüşdür. Şəhidlərin ailələri öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.